Həsən Orucoğlu: SÜSƏN DAĞINDAN GƏLƏN MUĞAMAT SƏSİ

Həsən Orucoğlu: SÜSƏN DAĞINDAN GƏLƏN MUĞAMAT SƏSİ
1.KÖKDƏN DOĞAN SEHR
...Onun səsinə,muğam,təsnif oxumasına çoxdan qulaq asmışdım.Təxminən bir il öncə ola,ya olmaya.Amma tanımadığımdan əlimə qələm alıb,yazmaq fikrində olsam da belə, nədənsə tərəddüd edirdim.Eşitmişdim ki,əslən Zəngilanın Genlik kəndindəndir.
Bunu dəqiqləşdirmək üçün rayonun keçmiş baş memarı,bizim hörmətli Dilşad xanım Həsənovaya üz tutdum və ondan bu haqda soruşanda:
-Hə,əslin...kökün tanıyıram.Yaxşı nəsildəndirlər.Əsl zəhmətkeş,fədakar bir ailənin övladıdır.Ulu babası Seyidalı kişi də öz dövrünün ən tanınmış,hörmətli musiqiçisi olmuşdur.Bütün el şənliklərində,məclislərdə onun səsi-sorağı geniş vüsət doğurardı.Ətraf rayonların-Füzuli,Cəbrayıl,Qubadlının,hətta Qafan elinin,Naxçıvanın,Dərələyəz mahalının toy-büsatları onsuz keçməzdi. Seyidalı kişinin dəvətləri o qədər çox olurdu ki,toy sahibləri şənliklərini yazdan-payıza,payızdan isə qışa keçirərdilər...Bu,bir həqiqətdir ki, o qədər şirin,təsirli aşıq havası çalırmış ki,dağdan qoyun-quzunu çobansız,bələdçilik gədiklərdən aşıra-aşıra kəndə haraylayıb...gətirərmiş! Bu,bir möcüzə,sirr-sehr deyilmi?! Deyilənə görə Seyidalı kişinin qara zurnada qeyri-adi ifası musiqi xəzinəmizin "Qızıl fondu"-nda hələ indi də qalmaqdadır... Bünövrələrində çalıb-oynamaq,oxumaq eşqi,həvəsi olduğundan kifayət qədər xəbərdaram.Hələ Aynurun kiçik qardaşı Orxan da mahir tar çalandır...Sumqayıtda onları musiqiçilər ailəsi kimi tanıyırlar.
Və bu sözlərdən ürəklənib esseni həvəslə yazdım.Həm də sevindim ki,belə gözəl,şirin səsə sahib olan Aynur
Həsənxanova nə yaxşı ki,bizim eldən-obadandır!
2.MUĞAM-MUSİQİNİN İLK CIĞIRI
...Musiqi janrları içində muğam və ya muğamat emosional məna daşıyan mürəkkəb bir bədii həyacan əsəridir.
Dərin və bitkin təfəkkür tərzi lazımdır ki,onu ifa edə biləsən...səsləndirəsən!
Əlbəttə,muğamın bütün şöbə və guşələrini ardıcıl,sistemli ifa etmək üçün musiqi kompozisiyasının incəliklərini yaşamağı bacarmalısan.Sözsüz ki,hər kəs bu ağır,məsuliyyətli yükün altına öz çiyinlərini verməyə cürət etməzdi.
Muğam çox sujetli bir əsərdir.Onun musiqi-poetik məzmununu,dəqiq ritmini və mahiyyətini dərk etmədən irəli bir addım da belə atmaq olmaz.
Ancaq gənc istedadlı xanəndə Aynur Həsənxanova muğam oxuyarkən şöbədən-şöbəyə,guşədən-guşəyə rahat və asanlıqla keçə bilir.Bu isə onun musiqinin məntiqinə yaxından bələd olmasından,dərin duyumundan xəbər verir.Özünü azad və sərbəst hiss etməyi isə muğamı tez bir zamanda ram etməsinin nəticəsidir.Aynur sanki qaynar bir bulaqdır.Əvvəlcə çox sakit...asta...aramla və səbrlə-tələsmədən,qarıxmadan oxuyur...sonra isə yavaş-yavaş elə aşıb-daşır ki, bu yerdə gəl,onun "üzünü görmə".Adamı tutub...elə silkələyir ki, dünya başına fırlanır...
Adi bir bəstəkar...və ya xalq mahnısını oxumağa nə var ki!
Ancaq muğam oxumaq isə kosmosa qalxıb...enməyə bənzəyir...Muğamı belə oxuyarlar,e.Səsə-avaza bax,bir sən.Yanıqlı...yanğılı...ürəkləri titrədən...könüllərə şəfqət,məlhəm olan nəğməli bir səs! Hər nə varsa,yerində-yatağında.
Onun oxumağı adama elə yapışır ki,muğam səni lap buraxsa da...sənin onu buraxmağa əlin var gəlmir,ancaq...Oxuduğu muğamın,təsnifin sözlərini elə səlis,aydın tələffüs edir ki,elə bilirsən ki,bədii qiraətçi şeir oxuyur.İntonasiya,ahəngdarlıq,səsin-hərflərin vurğusu da yerli- yerində.Adətən,musiqidə bu,çox mühüm və vacib şərtdir.Bu da sözün bir qayəsi...mənziləsidir.
Pərdə üzərində simin titrəməsi ilə səsin üst-üstə düşməsi muğamın effektini,təsirini daha da gücləndirir.Aynurun ədəb-ərkanı,səhnə mədəniyyəti də oxuduğu muğam və təsniflərə xüsusi bir gözəllik qatır...
Bu yerdə yadıma virtuoz tar ifaçısı,Xalq artisti,professor Möhlət Müslümovun bir müdrik sözü düşdü:
-"Aynuru müşayiət edəndə əsla yorulmuruq,bizi qəti incitmir,çətinə də salmır...Nədən ki,o bizim arxamızca oxumaq əvəzinə...muğamı elə sərrast,usta ifa edir ki,biz Aynurun ifasının dalına gülə-gülə düşürük".Bu söz adi görünsə də...əslində gənc,qabiliyyətli və fenomen xanəndə qıza verilən ən böyük bir qiymətdir!
3.ŞUŞADA MÜSABİQƏ QALİBİ
...Sevindirici haldırki,Şuşada keçirilən VIII "Muğam Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşərkən Aynur Həsənxanova musiqi kürsüsünün ikinci yerinin qalibi seçilmişdir.Böyük uğur,böyük qələbədir!
Şərqi Zəngəzurun "de fakto","de yurye" ilk gənc muğam ifaçısı.Yüksək rütbə,yüksək tituldur.
Aynuru ürəkdən təbrik etməyə və onunla qürur duymağa dəyərdi! Xalq musiqisinin əsasını muğamlar təşkil edir.Bütün bəstəkarların əsərləri öz kökü etibarı ilə sözsüz ki, muğamlara bağlıdır.
Bu mənada muğamlarımızın gördüyünüz kimi bənzərsiz gənc ifaçısını öz elimizə-obamıza tanıtdırmaq və onu yaxından tanımaqdan fərəhli nə ola bilərdi!
Yeri gəlmişkən onu da qeyd edim ki,Aynur Həsənxanova həm də Ali təhsilli musiqiçidir.
O,bu il Mədəniyyət və İncəsənət Universitetinin "Solo ifaçılıq və xanəndəlik" ixtisasına yiyələnmişdir.
4.BURA ZƏNGİLANDIR...
Zəngəzurun düz qapısının ağzıdır, Zəngilan.Təbii sərvətləri,meşələri,dağları,yüksəklikləri...buz bulaqları...Həkərisi,Bərgüşadı,Oxçuçayı,Bəsit çayı var,Zəngilanın.Arazı Araz edən qollarıdır,bu çaylar...
Və dünyada birinci olan Rəzdərə Şərq Çinarlığı da burdadır.
Elə adamları da o yerlərin təbiəti kimidir;saf,təmiz...kristal...həlim,mülayim,istiqanlı,ədəb-ərkanlı...Elə səsləri-soraqları da Çinar kimi də ucalıqdan gəlir.
...Xəyalım məni yenə də Xan Çinarlı,ecazkar Zəngilana çəkib apardı.Mənə elə gəlirdi ki, Süsən dağ silsiləsinin ətəklərində yerləşən və zümzüməli Oxçuçayın sahilində isə qərar tutan...təbiətin gözəl,yaraşıqlı mənzərəsinə bürünən-Genlik kəndində gənc xanım xanəndə Aynur Həsənxanova yorulmadan passionar enerji ilə bir-birinin ardınca şövqlə,həvəslə "Şur", "Segah", "Rahab", "Mahur hindu", "Bərdaşt"(Çahargah) və.s. muğamlarını oxuyurdu...
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 2025 00:40
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 2025 21:03
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Suriyada yeni hökumət açıqlandı - İlk və tək qadın nazir odur
30 mart 2025 11:26
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45