Dırnaqlarımı kəlbətinlə dartıb çıxartdılar - “Tərtər işi” ŞOK
Hikmət Həsənov “vətən xaini” etməyə çalışdığı qəhrəman kəşfiyyatçını sonradan evinə çağırıb, susmasını tələb edib; Nəcməddin Sadıkovun bacısı oğlu isə həbsdən buraxılan kimi Elmar Allahverdiyevi növbəti dəfə şərləməyə cəhd edib
“Tərtər işi” üzrə zərərçəkən şəxslərdən biri də Elmar Allahverdiyevdir. O, Şanlı Aprel döyüşlərinin qəhrəman iştirakçılarındandır. Həmin döyüşlərdə fərqlənənlərdən olub. “Tərtər işi” üzrə ortada olan faktlardan, general Bəkir Orucovun məhkəmədə verdiyi ifadəsindən belə qənaət formalaşır ki, kəşfiyyatçı Elmar Allahverdiyevin başına gələnlər də elə həmin döyüşlərdə fərqlənməsindən qaynaqlanıb.
O deyir ki, hazırda məhkəməsi gedən Vüsal Ələsgərov və digər 3 nəfər istəsəydilər belə, onların işi üzrə hazırda zərərçəkən kimi tanınan 185 nəfər hərbçiyə qarşı bu miqyasda əməli özbaşına törədə bilməzdilər...
“Yeni Müsavat” “Tərtər işi” üzrə yenilənmiş istintaqda zərərçəkmiş şəxs qismində tanınan, dindirilən Elmar Saleh oğlu Allahverdiyevin verdiyi ifadəni təqdim edir. Həmin ifadəni Elmar Allahverdiyev özü haqda məlumatları bölüşməklə verib. Bildirib ki, 2009-cu ildən Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə işləyib. 2013-2016-cı illərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri olub. 2018-ci ilin martında ordu sıralarından tərxis olunub. 2020-ci ilin oktyabr ayında II Qarabağ döyüşlərində könüllü iştirakı ilə bağlı orduya, digər hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsinə bərpa olunub. 2021-ci ilin avqustunda isə ehtiyata buraxılıb. 2016-cı ilin aprelində Tərtərin Seysulan kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib. Rəhbərlik etdiyi bölmənin şəxsi heyətinin şücaəti ali rəhbərlik tərəfindən qiymətləndirilib...
O, istintaqa verdiyi ifadəsində yazıb:
“Hikmət Həsənov daha bərk əsəbləşdi, ”presə" komandası verdi"
-...Mən bu və digər uğurlarımı sadalayıb, “bunları da ermənilər edib?” deyə Hikmət Həsənovdan soruşdum. Əvəzində məni təhqir etməyə başladı, təhqirlərinin cavabını verdim. Hikmət Həsənov daha bərk əsəbləşdi, “presə” komandası verdi. Qara maskalılardan Qurban Cümşüdov, Polad Əzizov və Cabir Qəhrəmanov otağa daxil oldular və üstümə gəldilər. Mənə ilk yaxınlaşan Qurban Cümşüdovu kənara itələdim və Hikmət Həsənova “mərdi qovub namərd etmə, mənim xidmətimi Allah və yanımdakı döyüşçülər bilir” dedim. Əllərimi arxaya atdım, dərhal qollarımdan tutub otaqdan çıxardılar.
Həmin vaxt dəhlizdə kimsə “otaq hazırdır, gətirin, gətirin” deyirdi. Qəbul otağına yaxın 20 kvadratlıq, divarların boyası getmiş, suvaq görsənən, pəncərələri taxtadan və sellofanla örtülü, şüşəsi olmayan otağa gətirdilər. Otaqda yerdə ağ rəngli plastmas borular, məftillərdən hazırlanmış şallaq, içində su olan butulkalar vardı. Qiyas Abbasov da otağa gəldi və mənə “sakitləş” deyəndə, kimsə arxadan başıma küt alətlə vurdu. Zərbədən yerə yıxıldım. Bu zaman əl-ayağımı məftillə, skoçla bağladılar və əynimdə olan bütün paltarları çıxardılar. Ondan sonra Qurban Cümşüdov, Polad Əzizov, Cabir Qəhrəmanov və bir neçə şəxs boru şlanqlarla və şallaqlarla bədənimə zərbələr vurmağa başladılar. Tələb bu idi ki, ermənilərə işləməyimi boynuma alım, mənimlə əlbir olan yüksək rütbəli şəxsin adını verim. Əgər bunları etməsəm, məni öldürəcəklərini deyirdilər. Mən də erməniyə işləmədiyimi, olmayan bir şeyi deməyəcəyimi bildirirdim. Həmin gün 4-5 saat plastmas borularla və məftil şallaqlarla döyüb işgəncə verdilər. O qədər vurmuşdular ki, işgəncədən artıq halsız bir vəziyyətə gəlmişdim.
“Dizlərimin altına xırda daşlar tökərək şallaqla vururdular, danışmağımı tələb edirdilər”
Səhəri gün sürüyüb başqa otağa apardılar. Gözüm, əl-ayağım bağlı vəziyyətdə idi. Gözlərimə əski qoyub skoçla bağlamışdılar. Bu zaman Hikmət Həsənovun səsini eşitdim. Kimdənsə mənim danışıb-danışmadığımı soruşdu. Cavab verən şəxsin səsindən Qurban Cümşüdov olduğunu bildim. O, Hikmət Həsənova dedi ki, hələ danışmayıb, amma danışdıracağıq. Bundan sonra sürüyüb həmin mərtəbədə başqa bir otağa apardılar. Gözüm bağlı olduğundan hansı otaq olduğunu bilmədim. Orada dizlərimin altına xırda daşlar tökərək, diz üstə saxlayıb şallaqla vururdular, danışmağımı tələb edirdilər.
“Dişlərimə, cinsiyyət orqanıma elektrik naqilləri qoşub ”tok" verirdilər"
İşgəncə verənlər Qurban Cümşüdov, Polad Əzizov, Cabir Qəhrəmanov, səslərindən tanıdığım hərbi hissənin zabiti Ruslan Mikayılov və həmin hərbi hissənin giziri Elçin Əliyev, Rəşad adlı başqa bir gizir idi. Mən onlarla birlikdə dəfələrlə təlimlərdə olmuşdum, bir yerdə çörək yemişdik, münasibətlərimiz vardı. Ona görə də onları xarici görkəmlərindən və səslərindən tanıya bilirdim. Su çəlləyinə salıb boğurdular və huşum itənə qədər suda saxlayırdılar. Dişlərimə, cinsiyyət orqanıma elektrik naqilləri qoşub “tok” verirdilər.
İşgəncə zamanı 1-ci korpusun komandirinin müavini Qiyas Abbasov, Fuad Ağayev, Hikmət Həsənovun özü və hərbi hissənin komandiri Teymur Məmmədovun və 1-ci kopusun qərargah rəisi Mübariz Rzayevin səslərin eşidirdim. Onlar tez-tez etiraf edib-etmədiyimlə maraqlanırdılar. Gördülər ki, yalanlarına qol qoymuram, əl və ayaq dırnaqlarımı kəlbətinlə dartıb çıxartdılar. İşgəncə zamanı, sonra həmin otaqdan başqa otağa sürüyüb aparanda elə olurdu ki, gözümdəki əski sürüşüb aşağı düşürdü. Orada mənə işgəncə verilən otağın qapısının ağzında hərbi hissənin xüsusi təyinatlı bölüyün komandiri Anar Ramazanovu da görmüşdüm.
İşgəncə gedişatında məni birinci mərtəbəyə aparıb həkim müayinəsindən keçirdilər. Gözümdəki əski düşmüşdü deyə müayinədə 3 həkimin iştirak etdiyini gördüm. Həkimlərdən biri ağbaş, 40-50 yaş arası, arıq, 1,60-1,70 metr boylu, digəri 35-40 yaşlı, 1,70-1,75 metr boyu, orta çəkili idi. Digərinin əlamətlərini isə xatırlamıram. Həkimlər hərbi formada idi və formanın üstündən ağ xalat geyinmişdilər. Həkimlər məni müayinə edəndən sonra nə yazdıqlarını bilmədim. Yenə sürüyüb 2-ci mərtəbəyə apardılar. Otaqda olarkən yaxınlıqdakı hərbi hissədə xidmət etmiş, təqaüddə olan polkovnik-leytenant Saleh Qafarovu (işgəncələr zamanı ağzı cırılıb və döyülərək öldürülüb-E.M) gördüm. Salehə, “bu sənsən?” dedim. Gözləri bağlı idi, ağlaya-ağlaya kimliyimi soruşdu. Elmar olduğumu dedim. Saleh dedi ki, ona işgəncə verirlər və həmin işgəncələrə görə məcbur olub yalandan erməniyə işlədiyini deyib. Salehə eləmədiyi işi nahaq dediyini bildirdim.
Bu zaman otaqda olan və başımın üstündə dayanan bir nəfər sifətimə təpik vurdu. Mənə ardıcıl 4 gün işgəncə verdilər. İşgəncənin təsirindən huşumu itirdim. Bir də ayılanda Bakı şəhərində yerləşən hərbi hospitalda olduğumu bilmişəm. Hospitalda 4 gün əlim-ayağım çarpayıya bağlı vəziyyətdə saxlanılmışam. Huşum özümə gələndə eşitdim ki, bir nəfər “ayıldı” dedi.
Elə həmin gün bir avtomobilin yük yerinə qoyub apardılar. Hara olduğunu bilmədim. Əl-ayağım bağlı vəziyyətdə olsa da, məni harasa bağladılar. Güc verib qolumu bağlandığı yerdən dartıb çıxartdım və gözünü açdım. Otaq qaranlıq idi. Qapıya yaxınlaşıb baxanda bildim ki, haupvaxtadayam. Bir neçə dəqiqədən sonra bir neçə nəfər otağa daxil olub əlimi bağladılar. Bir müddət sonra oradan çıxarıb başqa bir otağa apardılar. Orada məni müstəntiq dindirdi. İfadə verdim, ermənilərlə əlaqəmin olmadığını dedim. Səhəri gün, 2017-ci ilin may-iyun ayında yenə əlimi və gözümü bağlayıb təqsirləndirlən şəxslərin daşınması üçün nəzərdə tutulan xüsusi avtomobilə mindirdilər. Həmin avtomobildə məndən başqa bir neçə şəxs də vardı. Kim olduqlarını bilmədim. Mən də, həmin şəxslər də lüt vəziyyətdə idik. Mənzil başına çatanda bildim ki, Yevlaxın ərazisindəki N saylı hərbi hissənin köhnə binasıdır. Aparıldığım otaqda həddindən artıq çox adam vardı. Hamı da işgəncədən ah-nalə edirdi. Bir müddətdən sonra qapı açıldı və “Allahverdiyev kimdir” deyə soruşdular. Oradakılardan kimsə məni işarə verdi. Bir neçə nəfər sürüyüb bir otağa apardılar.
Orada gözümü açanda gördüm ki, otaqda 10-a yaxın adam var. Yanımda 1 nəfər maskalı şəxs durmuşdu, əynində sarımtıl rəngli hərbi forma vardı. Otaqda olan şəxslər məni yenə sorğu-sual etdilər və dedilər ki, avtomobilimdən qumbara tapıblar. Avtomobilimdə qumbara gəzdirmədiyimi bildirdim. Ondan sonra məni xüsusi təcili yardım avtomobili ilə Bakı şəhərinə, DTX-nin hərbi hospitalına gətirdilər. Orada bir neçə gün müalicə aldıqdan sonra DTX-nın İstintaq Təcridxanasına aparıldım. Azərbaycan Respublikası CM-in 228.1-ci (qanunsuz olaraq silah, sursat əldə etmə, gəzdirmə) maddəsi ilə ittiham verildi.
Dövlətə xəyanət etməyim sübut olunmadığına görə 2017-ci ilin dekabrında CM-in 228.1-ci maddəsi ilə barəmdə başlanmış cinayət işi Tərtər Hərbi Məhkəməsinə göndərildi. Məhkəmənin hökmü ilə 9 ay müddətində azadlıqdan məhrum olundum. 2018-ci il fevralın 13-də azadlığa buraxıldım. Təxminən 2 gün sonra hərbi hissə komandirinin təlim-tərbiyə üzrə Elnur adlı müavini telefonuma zəng etdi, dedi ki, sən gəlib hərbi hissədən xidməti formanı götür, korpus komandiri Hikmət Həsənovun qəbuluna getməlisən.
“Hikmət Həsənov dedi ki, sən elə bilmə mən eləmişəm, səni Qiyas Abbasov tutdurub”
Elnura dedim ki, mən daha forma geymirəm, Hikmət Həsənova de ki, istəyirsə, mülki geyimdə gəlim. O da məruzə edib nəticəsini deyəcəyini bildirdi. Səhəri gün 1-ci Ordu korpusunun qarşısına çağırdı. Hikmət Həsənov məni xidməti otağında qəbul etdi və forma geyinməməyimin səbəbini soruşdu. Dedim ki, əynimə forma geyinib onunla xidmət etmək istəmirəm, inşallah, haqq-ədalət yerini tutar. Hikmət Həsənov dedi ki, sən elə bilmə mən eləmişəm, sənin bu işdə getməyində mənim əlim yoxdur, səni Qiyas Abbasov tutdurub. Bir də dedi ki, hələ sənin əmrin yoxdur, onadək forma geyinib xidmətdə olmalısan. Mən də dedim ki, sizlə xidmət etməkdən imtina edirəm.
Otağa Hikmət Həsənovun təlim-tərbiyə işləri üzrə müavini Babək Səmidli gəldi. Hikmət mənə dedi ki, heç yerdə, heç nə danışma, olanlar qurtarıb, bütün zərər-ziyanımı da qarşılayacaqlar. O söylədi ki, “Qiyas məni inandırdı ki, Elmar döyüşdən qaçdı, istəyirsən Babəki göndərim üzləşdirmə sənədlərinə baxsın, üzləşmədə də Qiyas yalan danışdığını boynuna alıb”. Qiyasın ünvanına söyüş söydü, “ax tı tvar, demək məni aldatmısan” dedi. Babək Səmidlinin mobil nömrəsini mənə verdi və Hikmət dedi ki, nəyə ehtiyacım olsa, ona zəng edim. Həmin gün korpusdan 45 günlük məzuniyyət vərəqəsi verdilər...
Nəcməddin Sadıkovun bacısı oğlunun idarəsi Tərtər polisinə böhtan dolu məktub göndərib!
Elmar Allahverdiyev istintaqa ifadəsində həmçinin deyib ki, 2018-ci ilin təxminən mart ayında, dəqiq xatırlamadığı tarixdə ona zəng gəlib:
-Zəng edən özünü Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi kimi təqdim etdi və şöbəyə yaxınlaşmağımı istədi. Elə zəng olunan gün Tərtər polisinə getdim. Polis rəisinin yanında müstəntiq dedi ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin (Həmin vaxt Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərov olub- E.M) məktub daxil olub və həmin məktuba əsasən izahat verməliyəm. Tələb etdim, məktubu verdilər, oxudum. Daxili Təhlükəsizlik Baş İdarəsindən göndərilən məktubda yazmışdılar ki, guya mən bəzi vaxtlarda Tərtər rayonunda gəncləri başıma yığıb dövlət əleyhinə çevriliş hazırlamışam. İzahat verdim və göstərilənləri təkzib etdim. Mən məzuniyyətə buraxılandan sonra Tərtərə, ümumiyyətlə, getməmişdim.
Hiss etdim ki, Müdafiə Nazirliyinin hansısa yüksək rütbəli şəxsləri mənimlə bağlı hansısa tədbirlər hazırlayır. Polisdən çıxan kimi Babək Səmidliyə zəng etdim. Dedim ki, arxadan vurmağı yaxşı bacarırsız, indi görün mən sizin başınıza nə oyun açıram. Babək Səmidli üz-üzə söhbət etməli olduğumuzu, polisin qarşısında gözləməyimi istədi. Küçədə ikilikdə görüşdük. Dedi ki, barəndə verilən məlumatlar yalandır, yoxlamışıq, bir daha belə bir şey olmayacağına söz verdi. Mən də dedim ki, artıq gecdir, bütün baş verənlərlə bağlı videoçəkiliş hazırlamışam. Həmin videonu yaxın bir adamıma göndərmişəm. Başıma bir iş gəlsə, mənə nə isə olsa, həmin video dərhal yayılacaq. 2018-ci ilin yazından 2020-ci ilədək Babək Səmidli ilə müntəzəm telefon danışıqlarım olub. O, hər dəfə susmağımı istəyib...
“Hikmət Həsənov işgəncə ilə bağlı mətbuata açıqlama verənləri şikayətlərdən çəkindirməyimi istəyirdi”
Elmar Allahverdiyev istintaqa ifadəsində Hikmət Həsənovun ondan “Tərtər işi”ndəki işgəncələr barəsində danışmaması, bu barədə mətbuata açıqlama verməməsini istədiyini göstərib:
-Hikmət Həsənovun dəvəti ilə Bərdə şəhərindəki xidməti evində olmuşam. Məndən baş verənlər barədə danışmamağı, hətta işgəncə ilə bağlı mətbuata açıqlama verənləri şikayətlərdən çəkindirməyimi istəyirdi. 2018-ci ildən 2020-ci ilədək olan müddətdə Hikmət Həsənov Yevlax rayonu ərazisində, “Yevlax kruqu” deyilən yerdə, Bərdə şəhərində, Goranboy rayonu ərazisində özü şəxsən və Babək Səmidli vasitəsilə hər dəfə müxtəlif məbləğlərdə olmaqla müalicə xərclərimi verib. Hikmət Həsənovla telefon danışıqlarım və görüşlərim 2020-ci ilin yay aylarına qədər davam etdi. Ondan sonra əlaqələr kəsildi. 2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başlayanda könüllü şəkildə müharibədə iştirak etdim. Şuşa, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi ilə bağlı medallarla təltif olundum. Eyni zamanda cəsur döyüşçü medalı almışam...
Elmar Allahverdiyevin ifadəsi burada yekunlaşır. Hazırda isə Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə 3 ayrı-ayrı qrupun cinayət işi üzrə məhkəmə prosesləri isə davam edir.
- Azərbaycanda İPƏKÇİLİK BATIR - Barama isstehsalı 641 tondan 174 tona düşüb
8 dekabr 2024 14:27
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
2 dekabr 2024 10:19
- Azərbaycanda yeni bələdiyyələr yaradıldı - Siyahı
25 noyabr 2024 15:44
- Prezident onları hakim təyin etdi - Sərəncam
20 noyabr 2024 09:28
- Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI
8 noyabr 2024 14:36
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 2024 19:57
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
- Qanun və din kimləri ŞƏHİD sayır...MİNAtəmizləyənlərə bu adı vermək...
19 oktyabr 2024 11:20
- Laçın impressionizmi
14 oktyabr 2024 13:29
- Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...- SENSASİYA
7 oktyabr 2024 16:07
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41