Şahın oğlunun başını kəsib süfrəyə qoydular...
Hadisə9 iyul 2023 14:24
İngilislər Moğol imperiyasında 2 milyon müsəlmanı qətlə yetirdi
Böyük Moğol İmperiyasının sonuncu hökmdarı II Bahadır Şah həm də şair və xəttat olaraq tanınırdı. Bir çoxları onu siyasi liderdən daha çox sənətçi kimi qəbul edirdi. Bilməyənlər üçün deyim ki, Böyük Moğol İmperiyasını Teymurilər dövlətinin banisi Əmir Teymurun (1370-1405) torunları yaradıb. Böyük Moğol imperiyası hazırda mövcud olan Hindistanın ərazisini ehtiva edirdi. 1526-1857-ci illər arasında mövcud olmuş bu imperiyanın əsasını isə Qazi Zahirəddin Məhəmməd Babur (1494-1500) qoyub. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur... II Bahadır Şah isə urdu dilində yazıb. Urdu anlamı türk dillərində olan ordu sözündən gəlir. Moğollar (moğol sözü də monqol sözünün hind dilindəki tələffüzündən yaranıb) müxtəlif xalqların qarışığından yaratdıqları orduda süni yaradılmış urdu dilindən istifadə edirdilər. Urdu dilli bəzən Laşkari dili olaraq da adlandırılır. Ləşkər sözü də fars dilindən gəlir və ordu anlamını verir. Urdu dili hazırda Pakistan və Hindistanda rəsmi dövlət dillərindən biridir. Bu dil türk, monqol, fars, sanskrit, ərəb, hind dillərindən çox söz almışdır. Urdu əlifbası ərəb əlifbasına əsaslanır. Hazırda bu dil 70 milyon adamın ana dilidir. Ancaq bu dil geniş yayılıb və 230 milyondan çox insan bu dildə danışa bilər. II Bahadır Şah Zəfər zəfərin yox, məğlubiyyətin rəmzidir. İngilislər Hindistana hücum edəndə o, qocalıb əldən düşmüşdü, ömrünün qürub çağını yaşayırdı. İngilis tarixçiləri yazır ki, Moğolların sonuncu imperatorunu bir gecədə taxtdan saldılar. 1857-ci ildə Dehlidə şahın qeyd-şərtsiz təslim olması üçün onun kiçik oğlunun başını kəsib səhər yeməyi verilən boşqabın içində qarşısına qoydular. Şahın digər oğullarını da güllələdilər. O günlərdə II Bahadır Şah Zəfərin tərəfdarları ingilislərə qarşı vuruşurdu.
Həmin döyüşlərdə 2 milyondan çox müsəlman qətlə yetirildi. Böyük Moğol İmperiyasını ingilislər qan içində basdırdılar... Tarixçilər onu da yazır ki, ingilislər Hindistanı özlərinə tabe etmək məqsədi ilə qədim Romadan qalmış “Parçala, hökm sür” siyasətini işə saldılar. Hinduizmə tapınan insanlarla müsəlmanlar arasında düşmənçilik toxumu səpildi. Bu bəla bu gün də davam edir, hər il Hindistan, Pakistan və Banqladeşdə dini zəmində minlərlə insan qətlə yetirilir. Halbuki moğollar dönəmində Hindistan fərqli dinlərin harmoniyasına köklənmişdi. İngilislərin sürgünə göndərdiyi 87 yaşlı şah 1862-ci ilin noyabrında Rangune şəhərində vəfat etdi. Britaniya imperiyası onun qəbrinin yerini uzun müddət gizli saxladı. Yalnız 1991-ci ildə II Bahadır Şah Zəfərin qəbri təsadüf nəticəsində aşkara çıxdı. O da maraqlıdır ki, 1975-ci ildə Hindistanda II Bahadır Şahın dünyaya gəlişinin 200 illiyi ilə bağlı poçt markası buraxıb. Markanın üzərində isə şahın urdu dilində yazdığı şer yer alıb... Onu da deyim ki, Bahadır Şahın 4 xanımı olub. Türk törəninə uyğun olaraq onların dördünün də adı “bəyim” müraciəti ilədir. Sonuncu xanımının adı isə Tac Mahal bəyimdir. 22 oğlu, 32 qızı olmuş şah sufi düşüncəsinə sahib idi. O, sufilikdə ən yüksək məqam olan pir kimi tanınırdı. Çoxsaylı müridləri vardı. Daha çox kasıb alim və dərviş kimi görünürdü. Dini baxımdan xüsusi statusda olması ona imperator kimi müqəddəslik məqamı qazandırmisdir. Şah Zəfər bir misrasında həm hinduizm, həm də islam eyni mahiyyəti bölüşür, deyir. Bu yanaşma çox mədəniyyətli Hindu-İslam Moğol mədəniyyətini özündə cəmləşdirirdi. Şah öz sarayında Rakhi, Holi, Divali kimi bir çox hindu bayramlarını qeyd edərdi. Şah Zəfər şiə müsəlmanlara qarşı da dözümlü idi və onun sarayında şiələrə də ehtiram göstərilirdi. İngilislər Şahı onlara qarşı qiyam təşkil etməkdə suçlayırdılar. Bununla bağlı 21 gün davam edən məhkəmə quruldu. 19 dinləmə keçirildi, 21 şahid ifadə verdi. Məhkəmənin gedişi fars və urdu dillərində qeydə alındı, ingilis dilinə tərcümələri ilə birlikdə yüzdən çox sənəd məhkəməyə təqdim olundu. Şah Dehlidəki Qırmızı Qala adlanan yerdə mühakimə olundu. Onun haqqında ölüm hökmü çıxarıldı, ancaq hökm icra olunmadı. Şahı Ranquna sürgünə göndərdilər. Xanımları və sağ qalan iki oğlu onunla birlikdə sürgünə yollandı... İngilislər Moğol imperiyasının idarə etdiyi Hindistanı 2 milyondan çox insanı qətl edərək ələ keçirdilər. Və möhtəşəm bir ölkə ingilislər tərəfindən vəhşicəsinə qarət olundu... Bu gün də Böyük Britaniya qeyri-rəsmi şəkildə Hindistan, Pakistan və Banqladeşi öz təsir dairəsində saxlayır. Balaca Britaniya yeritdiyi siyasətin hesabına bu nəhəng ölkələrin hələ də öz cazibəsindən qopmasına imkan vermir...
Elbəyi Həsənli, Sürix
Oxşar xəbərlər
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
3 yanvar 2025 23:27
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
3 yanvar 2025 17:55
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
2 yanvar 2025 15:12
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 2024 18:04
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 2024 16:03
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- Özü nazir müavini getdi, köməkçisini baş həkim, 22 yaşlı qohumunu isə... - Müdir direktora qarşı
12 dekabr 2024 12:20
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
Xəbər lenti
- Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır...
05 yanvar 00:08
- Dünyanın ən yaşlı insanı VƏFAT ETDİ
04 yanvar 23:11
- Adı yaşıl, özü ağ, buzlu adaya iddialar - Qrenlandiya niyə qiymətli olub?
04 yanvar 22:33
- lBakı həbsxanasında MƏHKUM ÖLDÜ
04 yanvar 14:43
- Bakıda sərnişin avtobusu TIR-la toqquşdu - Ölən var
04 yanvar 13:23
- Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı
04 yanvar 12:51
- Almaniya ölkələrinə dönən HƏR suriyalıya 1200 avro verəcək
04 yanvar 12:43
- İki rəfiqənin dəhşət saçan qətl planı: Ərinin sevgilisini öldürdü VİDEO
04 yanvar 11:55
- Levon Ter-Petrosyanın gerçək üzü: 1993-cü ildə etdiyi çıxış yayıldı və hər şey ortaya çıxdı - VİDEO
04 yanvar 11:43
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
04 yanvar 00:31
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
03 yanvar 23:27
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
03 yanvar 22:22
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
03 yanvar 19:13
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
03 yanvar 17:55
- Bakının bu rayonlarında 13 SААT SU olmayacaq
03 yanvar 17:06
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
03 yanvar 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
03 yanvar 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
03 yanvar 14:21
- Həlak olan ekipaj üzvlərinin ailələrinə nə qədər Prezident təqaüdü veriləcək?
03 yanvar 14:06
- Millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 13:30
- Zelenski Avropaya ultimatum verdi
03 yanvar 12:11
- Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır
03 yanvar 11:53
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
Video & Fotoqalereya
Video
Fotoqalereya