Sem dayı Cənubi Qafqazı Moskvanın caynağından qopa biləcəkmi?

Sem dayı Cənubi Qafqazı Moskvanın caynağından qopa biləcəkmi? Rusiyadakı hərbi qiyam Vaşinqton danışıqlarına necə təsir edəcək?
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda mayda keçirilən son Ermənistan-Azərbaycan danışığına münasibət bildirərkən belə demişdi: "İstənilən marafonda son metrləri başa vurmaq həmişə çox çətin olur, biz bunu bilirik". Bəllidir ki, bu gün Vaşinqtonda tərəflər arasında yenidən görüş keçiriləcək. 3 gün davam edəcək görüşdə real nəticə olacaqmı? Avropa İttifaqına bağlı “opendemocracy.net” yazır ki, bəziləri əvvəlki danışıqlarda irəliləyişin olduğunu etiraf edir. Sənədin demək olar ki, yarısının artıq razılaşdırıldığını bildirənlər də var. Ancaq uğurlu sona aparan yol hələ də xeyli uzaq görünür. Tərəflər arasında əsas fikir ayrılığı Dağlıq Qarabağdakı etnik ermənilərin taleyi ilə bağlı kompromislərlə bağlıdır. “Opendemocracy.net” qeyd edir ki, Bakı Stepanakertlə (Xankəndi) yalnız Azərbaycanın paytaxtında danışıqlar aparmağa razıdır. Söhbətin yalnız Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasından getməsini istəyirlər. Qarabağ erməniləri isə beynəlxalq səviyyədə danışıqların aparılmasında təkid edir. Rəsmi Bakı Qarabağ məsələsinə xarici müdaxilənin qəti əleyhinədir. Rusiya “sülhməramlıları”ndan son dərəcə məyus görünən Azərbaycan rəhbərliyi 2025-ci ildə onları ərazidən çıxartmağa can atır. Ondan sonra nə olacağı isə bəlli deyil. Rəsmi Bakı əraziyə beynəlxalq nəzarətin olmasına da razılıq vermir. Beynəlxalq nəzarətin hərbi, yoxsa mülki formada olacağı da bəlli deyil. Ermənistan Azərbaycan münasibətlərinə Rusiyanın narahatlığı da təsir edir. Belə ki, rəsmi Moskva hesab edir ki, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb kənara atmağa çalışır. Məqalədə o da vurğulanır ki, 2020-ci ildə müharibə başa çatandan indiyə kimi tərəflərin birgə itkisi 1.200 nəfərdən çox olub, yəni qarşıdurma ciddi itkilərlə müşahidə olunur. Rusiyanın Ukraynada apardığı müharibə onun Cənubi Qafqazda manevr imkanlarını və təsir gücünü xeyli azaldır. Təəssüf ki, “opendemocracy.net” saytı Qarabağ erməniləri ilə bağlı əsas məqama toxunmur. Bu məqam isə ondan ibarətdir ki, Ermənistandan fərqli olaraq Qarabağ erməniləri və onların qondarma rəhbərliyi Qərbin yox, məhz Rusiyanın yanındadır. Rusiyanın maraqlarından çıxış edir. Hətta Rusiya-Ukrayna müharibəsində belə ruslara açıq şəkildə dəstək verirlər. Təbii ki, bu məqamın üstündən sükutla keçilməsi təsadüfi deyil, bu, məlumatsızlıqdan da irəli gəlmir. Sadəcə olaraq “opendemocracy.net” saytı ermənilərin marağından çıxış etdiyinə görə məqsədli şəkildə bu məqama toxunmur. Vaşinqtonda keçirilən görüş isə son dərəcə önəmlidir və Cənubi Qafqaza yenidən nizam verə bilər. Avropa İttifaqına bağlı “opendemocracy.net” saytının bəhs etdiyimiz məqaləsinin “It’s make or break time for Nagorno-Karabakh’s future” adlanması da elə bundan xəbər verir. Belə ki, ingilis dilində “make” sözü düzəltmək, qurmaq, ona həmqafiyə olan “break” sözü isə sındırmaq, dağıtmaq anlamını verir. Yəni Dağlıq Qarabağın gələcəyi qurulurmur, yoxsa dağılırmı. Maraqlıdır ki, sözügedən geniş məqalədə Zəngəzur dəhlizi ilə bağlı bir kəlmə də yoxdur. Bu, necə, təsadüfdürmü? Şübhəsiz ki, Rusiyada baş verən hərbi qiyamdan sonra Vaşinqton danışıqları tam fərqli bir ortamda keçiriləcək. Məntiqlə bu ortam tərəfləri bir-birinə daha da yaxınlaşdırmalıdır. Prosesə vasitəçilik edən Amerikanın da bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışacağı da şübhə doğurmur. Beləliklə, Vaşinqton danışıqlarından daha optimist nəticələr gözlənilir. 3-4 gündən sonra Vaşinqton danışıqlarının nəticəsi haqqında daha konkret fikirlər söyləmək olar.
Elbəyi Həsənli, Sürix
https://www.opendemocracy.net/en/odr/armenia-azerbaijan-nagorno-karabakh-talks-washington/
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- 10 ildən sonra Bakıda - FOTOLAR
24 mart 2025 23:03
- Azərbaycanda bu qadağa qüvvəyə MİNİR
23 mart 2025 20:49
- Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR
23 mart 2025 20:02
- Azərbaycanda milyonlar qazanan Almaniya şirkətinin 330 minlik borcu var
23 mart 2025 19:05
- Ermənistan rəsmisinin sensasion etirafı: Azərbaycanın iddiaları təsdiqləndi, gizlinlər üzə çıxdı
20 mart 2025 23:58
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45