Prezident Qazaxıstanın Baş nazirini qəbul etdi
Prezident İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. *** Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlət başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıdığını qeyd edib. Azərbaycan Prezidenti bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev Alixan Smailovun səfərinin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib. Xoş sözlərə görə minnətdarlıq edən qonaq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib. Alixan Smailov qarşıdan gələn Qurban bayramı münasibətilə dövlətimizin başçısına və dost Azərbaycan xalqına təbriklərini çatdırıb. Bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu vurğulayan qonaq ulu öndərin Qazaxıstana həmişə səmimi dostluq münasibətləri bəslədiyini deyib, bu il Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin açılışını ölkələrimizin və xalqlarımızın birliyinin təcəssümünü bir daha nümayiş etdirdiyini bildirib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin xatirəsinə olan hörmətə görə təşəkkürünü ifadə edib, bunun Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən və bütün sahələrdə əməkdaşlığımızın uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb. Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən qonaq ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirib və potensialın daha da artırılması üçün imkanların olduğunu vurğulayıb. Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirildi, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Son dövrlərdə Xəzər dənizindən Orta Dəhliz vasitəsilə Azərbaycan və Qazaxıstan, həmçinin üçüncü tərəflərin bu marşrut istiqamətində yüklərinin həcminin çoxalması məmnunluqla qeyd edilib, bu istiqamətdə ölkələrimizin birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb. Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.
- Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…
30 dekabr 2024 16:49
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 2024 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....
30 dekabr 2024 12:09
- Anam yanıma bayrama gəlirdi, onu aeroportda çox gözlədim... - Video
30 dekabr 2024 11:50
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 2024 11:04
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 2024 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 2024 18:08
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 2024 16:37
- Kadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ
29 dekabr 2024 09:56
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 20:16
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 18:51
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 18:31
- ŞOK - Köpəkbalığı Avropa Komissiyasının rəsmisini öldürdü
30 dekabr 18:12
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 17:27
- Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…
30 dekabr 16:49
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 13:31
- Sabah Bakıda atəşfəşanlıq olacaq
30 dekabr 12:43
- TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....
30 dekabr 12:09
- Anam yanıma bayrama gəlirdi, onu aeroportda çox gözlədim... - Video
30 dekabr 11:50
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 11:04
- Qazaxıstan qara qutuları Braziliyaya göndərir: Kasım Jomart Kremlə boyun əymədi!
30 dekabr 00:20
- Türkiyə ilə Almaniya arasında -DÖNƏR KABAB- DAVASI
29 dekabr 20:42
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 18:08
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SİYAHI YOXDUR VİDEO
29 dekabr 17:30
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 16:37
- Direktor gecə məktəbdə ölüb- Direktor gecə məktəbdə nə edir ?
29 dekabr 16:22
- Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər
29 dekabr 15:56
- Bayram tətili başlayır: 7 GÜN İŞ OLMAYACAQ
29 dekabr 10:15
- Türkiyəli deputatlar Abdullah Öcalanla görüşdülər
29 dekabr 10:08
- Kadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ
29 dekabr 09:56
- Narin cinayəti: Anası, qardaşı və əmisi ömürlük həbs cəzasına məhkum edildi
29 dekabr 09:43
- BAP ilin yekun tədbirini keçirdi
28 dekabr 21:44
- Mətbuat Şurasının İdarə Heyətinin 2024-cü ildəki son iclası keçirildi - FOTOLAR
28 dekabr 21:11
- Trampın andiçmə mərasiminə Zurabişvili dəvət olundu
28 dekabr 19:44
- Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb
28 dekabr 19:23