İslam dünyasını monqollardan xilas edən hadisə - Ayn-Calut döyüşü

Qardaşı, Böyük Monqol xanı Mongkə tərəfindən qərbə göndərilən Hülakü xan Azərbaycanı, daha sonra Abbasilər xilafətinin paytaxtı Bağdadı 1258-ci ildə işğal etdi. İslam paytaxtı Bağdad heç bir vaxt belə dağıntıya məruz qalmamışdı. Elm və mədəniyyət mərkəzi darmadağın edilir , sonuncu Abbasi xəlifəsi isə edam edilir. Monqollar üzünü Dəməşq və Hələbə çevirir. Növbə zəbt olunmamı sonuncu islam dövləti - Məmlük sultanlığının idi.
Hülakü xanın məşhur məktubu: Məscidlərinizi dağıdacaq və Allahınızın zəifliyini ortaya qoyacağıq...
1260-cı ilin əvvəlində Hülakünün sərkərdəsi Kitbuğa Məmlük Sultanı Kutuza Hülaki xanın təhdid dolu məktubu göndərir:
Şərq və qərb hökmdarları hökümdarı böyük xaqandan. Qılınclarımızdan qaçan Məmlük hökmdarı Kutuza. Digər ölkələrə nələr olduğunu görməli və bizə təslim olmalısınız. Böyük bir imperiyanı necə fəth etdiyimizi və oradakı iğtişaşların kökünü necə kəsdiyimizi eşitmisiniz. Neçə-neçə belə böyük əraziləri fəth etdik, oradakı bütün insanları öldürdük. Özünüzü ordularımızın qorxusundan azad edə və qaça bilməzsiniz. Atlarımız sürətli, oxlarımız kəskin, qılınclarımız ildırım kimidir. Qəlblərimiz dağlar qədər sərt, əsgərlərimiz qum qədər çoxdur. Allaha dua etməyinizin faydası yoxdur. Nə göz yaşları, nə də fəryad bizə təsir edə bilməz. Yalnız himayəmiz üçün bizə yalvaranlar təhlükəsiz olacaqlar. Müharibə atəşini alovlandırmazdan əvvəl cavab verməyə tələsin. Qarşı çıxsaz, ən dəhşətli fəlakətlərə düçar olacaqsınız. Məscidlərinizi dağıdacaq və Allahınızın zəifliyini ortaya qoyacağıq. Daha sonra sizi uşaqlar və qocalarınızla birlikdə məhv edəcəyik.
Məmlüklər monqollara meydan oxuyur...
Kutuz monqollara təslim olmayan digər dövlətlərin başına nələr gəldiyini yaxşı bilirdi. Lakin dərhal təslim olmağı düşünməyərək əmirləri ilə vəziyyəti müzakirə edir. Alınan qərarlara görə monqollara tabe olunmayacaq və onlara sona qədər müqavimət göstəriləcəkdi. Kitbuğanın elçiləri dərhal edam edilir. Bu o dövrdə geriyə dönüşün olmadığı, ya ölüm ya qalım məsələsi demək idi.
Kutuz sonradan onu devirəcək olan sərkərdəsi Baybarsa arxalanırdı. Keçmiş qul olan Baybars artıq xaçlılarla döyüşlərdə özünün sərkərdəlik məharətini sübut etmişdi.
Monqollar da öz növbəsində xaçlılarla ittifaqa cəhd edir. Monqollar məmlüklərlə daim müharibə vəziyyətində olan Əkka şəhərininin xaçlı baronları ilə ittifaqa az qala əmin idilər. Lakin Sidon xaçlıları ilə münaqişədə Kitbuğanın nəvələrindən birinin ölümü ilə nəticələnən hadisədən sonra franklar və monqollar arasında gərginlik qəzəblənmiş Kitbuğanın Sidon şəhərini talan etməsi ilə nəticələnir.
Hadisədən dərs çıxaran və məmlüklərlə ənənəvi düşmənçilik münasibətləri olmasına baxmayaraq Əkka baronları monqolları özləri üçün daha böyük təhlükə hesab edərək bu iki qüvvə arasında neytral qalmağı üstün tutdular. Onlar hətta Misir məmlüklərinin öz ərazilərindən keçərək təhlükəsiz şəraitdə şimala yürüş etmələrinə və hətta ordunun yenidən təchizatı üçün Əkka yaxınlığında düşərgə salmalarına icazə verdilər.
Monqolların yeni ittifaqı - erməni və gürcülərin birləşmiş dəstələri monqollara qoşulur
İlk öncə hərəkətə keçən, tərkibinə daxil etdiyi Gürcüstan krallığı və Kilikaya erməni çarlığından da 500-ə yaxın qoşun əldə etmiş monqollar oldu. Monqolların ermənilər və gürcülərlə gücləndirilmiş qoşunlarının İordan çayını keçməsi xəbərini aldıqda Sultan Kutuz və qüvvələri cənuba — İsrail vadisindəki Ayn-Calut adlı yerə doğru irəlilədilər.
Kitbuğa monqolların ard arda əldə etdikləri qələbələrdən məst olmuşdu. O məmlüklərin döyüş qüvvəsini və coğrafi ərazini nəzərə almırdı. Təkəbbürlük isə bəzən bütün döyüşün taleyini dəyişir.
Monqollardan fərqli olaraq Məmlüklərin sayı az qala iki dəfə az idi ancaq onlar öz ərazilərini yaxşı tanıyırdı. Kutuz döyüşdən əvvəl qoşunun əsas hissəsini dağlıq ərazidə gizlədir.
3 sentyabr 1260-cı il!
İki ordu saatlarla davam edən döyüşdə üz-üzə gəldi. Baybars həm monqolları qıcıqlandırmaq, həm də ordunun daha çox hissəsini qorumaq üçün, əsasən, vur-qaç taktikasından istifadə edirdi. Baybars erkən yaşlarından qaçqın kimi uzun illər bu ərazidə yaşadığı üçün döyüşün ümumi strategiyasını hazırlamaq ona tapşırılmışdı. Monqollar növbəti ağır hücumunu həyata keçirdikdə Baybars son dəfə geri çəkilirmiş kimi hərəkət etdi və monqolları məmlüklərin ağacların arasında gizlənmiş dəstələri olan dağlıq əraziyə gətirərək pusquya saldı. Artıq Baybars və qoşunlarının irəli-geri hərəkət etməsindən hiddətlənmiş Monqol hökmdarı Kit Buğa ağır səhv etdi. O, bunun pusqu olacağından şübhələnmək əvəzinə bütün ordu ilə məmlüklərin üzərinə yürüş etdi. Monqollar dağlıq ərazilərə çatdıqda gizlənmiş məmlüklər oxlar atmağa və süvarilərlə hücuma keçməyə başladılar. Kitbuğa dərhal tələyə salındığını anladı. Zira, mühasirə hər tərəfdən mühasirəyə alınmışdı.
Qəzəblənmiş monqol dəstələri vuruşmağa davam edərək xilas olmaq güclü və aqressiv mübarizə aparmağa başladılar. Məmlüklər də yorulmuş və ruhdan düşməyə başlamışdı. Məmlüklərin sol qanadının məhvinə və monqolların mühasirədən çıxmasına çox az zaman qalmışdı.
Bu zaman döyüşü uzaqdan izləyən Kutuz döyüş dəbilqəsini irəli atdı. İslam qoşununun ruhdan düşmüş sərkərdələri qılıncını əlindən tutaraq düşmən sıralarına dəlicəsinə soxulan öz liderləri Kutuza baxdılar. Kutuz ordusunu qətiyyətli olmağa səslədi və " Ey İslam! Ya Allah, qulun Kutuza monqollara qarşı kömək et”.. deyərək məmlüklərin zəifləmiş qolunun müdafiəsinə başçılıq etdi.
Döyüş artıq coğrafi və psixoloji cəhətdən üstünlüyü ələ alan məmlüklərin xeyrinə idi və nəhayət, onlar monqolları geri çəkilməyə məcbur etdilər. Kitbuğa məmlüklər tərəfindən əsir götürüldü. Əsir düşmüş Kitbuğa Hülakü xanın bu məğlubiyyətə görə vəhşi qisas alacağını dedikdən sonra başı kəsilir. Məğlubiyyətdən sonra monqol ordusunun əsgərləri ya Baybarsın əsgərləri, ya da yerli əhali tərəfindən öldürüldü.
Döyüş bütöv bir coğrafiyanın taleyini həll edir!
Hülaki xan məmlüklərdən dərhal qisas ala bilmədi. Böyük monqol xanının taxt tacı uğrunda mübarizə gedirdi. Üstəlik də Elxanilərin şimalında yerləşən Qızıl Ordanın hökmdarı Bərkə xan İslamı qəbul etmiş və əmisi oğlunun İslamın mənəvi və inzibati mərkəzi olan Abbasilər xilafətini işğal etməsini vahiməli bir şəkildə qarşılamışdı. Bərkənin həm müsəlman olduğunu, həm də əmisi oğluyla münasibətlərinin yaxşı olmadığını öyrənən məmlüklər Bərkə və onun xanlığıyla əlaqələri yaxşı saxlamağa xüsusi diqqət göstərirdilər.
Hülakü xan Kitbuğanın andını yerinə yetirə bilmir. Ölümündən bir qədər əvvəl Hülakü xan məmlüklərin üzərinə yalnız iki tüməndən ibarət ordu göndərə bilmişdi. Məmlüklər bu hücumu da dəf edə bilir.
Ayn-Calut qələbəsi təkcə Misiri deyil, Suriyanı da monqol hökmranlığından azad etdi. Çingiz xanın dünya ağalığı və dünya ağalığı ideyasından yola çıxaraq qarşılarında heç bir gücün dayana bilməyəcəyini düşünən Elxanilər Məmlüklər tərəfindən dayandırıldı. Məmlüklərin Elxanilərə qarşı qazandıqları uğurlar və bunun nəticəsində İslam dünyasında nüfuzlarının artması Osmanlı İmperatorluğunun yüksəlişinə qədər onların regionda ən mühüm siyasi güc olmasına səbəb oldu.
Ayn-Calutda məmlük və monqol qüvvələrinin toqquşması dünya tarixinin ən mühüm döyüşlərindən biridir -. Bu döyüş 751-ci il Talas döyüşü ilə müqayisə oluna bilər - çünki həm İslam, həm də Qərb sivilizasiyasının taleyini həll edirdi. .Hülakü qayıtdıqdan sonra monqollar Misiri ələ keçirə bilsəydilər, şübhəsiz ki, Şərqi Afrikadakı Cəbəllütariq boğazına qədər gedəcəkdilər. Tarixdə Osmanlı imperiyası yarana biləcəkdimi və ya Avropada İntibah baş verə bilərdimi? Onda dünya yəqin ki, bu gün çox fərqli bir yer olacaqdı...
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
9 aprel 2025 23:31
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
9 aprel 2025 19:57
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46