İranın ali dini lideri Əli Xamneyi: İsrail öz məhvini sürətləndirir

Əli Xamneyi: “İsrail öz məhvini sürətləndirir” İranın ali dini lider Fələstinin İslami Cihad Hərəkatının rəhbərliyin qəbul edib.
İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyi Fələstinin İslami Cihad Hərəkatının rəhbərliyin qəbul edib. O, İsrailə qarşı dirəniş göstərən cihadçıların rəhbəri Ziad Al-Nakhalehi qələbə münasibəti ilə təbrik edib. “İndi sionist rejimin vəziyyəti 70 il əvvəlki ilə müqayisədə xeyli dəyişib və sionist liderlərin bu rejimin 80-ci ilini görməməkdən narahat olmağa haqqı var”, deyə o, vurğulayıb. Bu barədə İranın yarım-rəsmi agentliyi “Fars News” xəbər yayıb. “Biz (2015-ci ildə) qeyd etmişdik ki, sionist rejim bundan sonra heç 25 il ayaqda dura bilməyəcək, lakin görünən odur ki, onlar özləri tələsirlər və daha aradan tez getmək istəyirlər”, - Ali Məqamlı Rəhbər bildirib. “Bu gün sionist düşmən passiv reaksiya mövqeyindədir və bu vəziyyət göstərir ki, Fələstinin İslami Cihad Hərəkatı və müqavimət qrupları mübarizə yolunu düzgün müəyyən edib və həmin yolu tutub gedirlər”. Agentlik qeyd edir ki, mayın əvvəlində İsrail Qəzza zolağında ölümcül bombardman kampaniyasına başladı və bu, fələstinli döyüşçülərin işğal olunmuş ərazilərə doğru mindən çox raket atmasına səbəb oldu. Mühasirəyə alınan anklavda aralarında uşaq və qadınlar olmaqla ən azı 33 fələstinli həlak olub, 150-dən çox fələstinli yaralanıb. Münaqişə Qəzzanın müqavimət qrupları ilə İsrail rejimi arasında 2021-ci ildə baş vermiş 10 günlük müharibədən bəri ən qanlı döyüş sayılır. İranın rəhbəri çıxışının başqa bir yerində böyük hədəflərə çatmağın böyük risklər tələb etdiyini vurğulayıb: “Bu gün Allahın lütfü ilə Fələstin müqavimət qruplarının və İslami Cihadın gücü və etibarı günü-gündən artır və sionist rejimin beş günlük müharibədə son məğlubiyyəti bunu təsdiqləyir”. O, İslami Cihad və digər Fələstin müqavimət qruplarının İsrail rejimi ilə mübarizənin əsas “açarını” kəşf etdiyini bildirib və əlavə edib: “İordan çayının qərb sahilində müqavimət qruplarının artan qüdrəti sionist düşməni diz çökdürmək üçün açardır və bu mübarizə davam etməlidir”. Əli Xamneyi İsrailin son 4 ildə 4 Baş nazir dəyişməsini də ölkə daxilində ciddi siyasi sarsıntıların və problemlərin olmasının əlaməti kimi dəyərləndirib. Qeyd edək ki, İran İsrailə qarşı ən radikal mövqedə olan ölkədir. Rəsmi Tehran İsrailə qarşı olan bütün hərəkatlara açıq şəkildə dəstək verir. İsrail də nüvə silahı əldə etməyin bir addımlığında olan İrana qarşı düşmən mövqeyindən çıxış edir. Təsadüfi deyil ki, İsrail dəfələrlə İranın bir sıra hərbi obyektini bombalayıb.
Elbəyi Həsənli, Sürix
https://www.farsnews.ir/en/news/14020325000122/Iran's-Leader-Israel-in-Passive-Sas#
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 2025 01:39
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 2025 10:23
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 2025 12:35
- Bakcell-in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda - Fotolar
26 iyul 2025 10:06
- Ruslar çərkəzləri yox etdilər, indi də yollarını kəsirlər – Tanınmış araşdırmaçı Rusiya ilə bağlı tarixi faktları açıqladı
26 iyul 2025 00:07
- Çinlilər Rusiyanı BELƏ ələ keçirir – Duqindən ŞOK XƏBƏRDARLIQ
25 iyul 2025 14:00
- Fransa bu tarixdə Fələstini tanıyacaq
25 iyul 2025 03:26
- Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
24 iyul 2025 12:29
- Qədim Romada qızlar neçə yaşında ərə verilirdi? - Bu gün vəhşilik kimi görünür
23 iyul 2025 12:16
- Bakıda HƏNBƏLİ-lik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi
22 iyul 2025 01:03
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42
- Yayın xiyar-pomidor salatı barədə XƏBƏRDARLIQ
27 iyul 09:55
- Makron və Ərdoğan arasında telefon danışığı: Bu məsələni müzakirə etdilər
27 iyul 09:43
- Türkiyə ən güclü bombasını sınaqdan keçirdi
27 iyul 02:13
- İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib: EMİN ƏMRULLAYEVƏ ÇƏTİN SUAL?
26 iyul 20:58
- Rəşidə Behbudova oğlu Rəşid Behbudovun ad gününü belə təbrik etdi - FOTO
26 iyul 20:23
- Ukrayna və Rusiya, demək olar ki, Zelenski-Putin görüşü haqda razılığa gəldi...
26 iyul 18:19