Siz, Prezident Aparatına yazırsınız, mən də kağızlara baxmadan, tualetdə istifadə edərək, atıram

Məmur özbaşınalığının və harınlığın daha bir təsdiqi Ölkə mətbuatında xəbər yayılıb ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da, borclu olduğu sahibkarları qəbul edərək, onları təhdid edib. Bu barədə verilən məlumatlarda deyilir ki, o, borclu qaldığı külli miqdarda pulu qaytarmamaq üçün, biabırçı və məmur etikasına uyğun olmayan ifadələr işlədib. İş adamlarına qəbul otağında deyib ki, ondan pul istəməsinlər. Əks təqdirdə, 50 min manat verib, onları həbs etdirəcək.
BakuPress.az-ın əldə etdiyi digər bir məlumata görə, həmin qəbulda, baş verən bir başqa məsələyə də aydınlıq gəlib. Məlum olub ki, Zakir Fərəcov sahibkarları təkcə həbslə hədələməyib. Həm də, onların dövlət qurumlarına etdiyi şikayətləri belə əhəmiyyətsiz hesab edib. Sahibkarların verdiyi məlumata görə, icra başçısı qəbulda onlara deyib ki, əziyyət çəkib Prezident Admnistrasiyasına, başqa dövlət qurumlarına müraciət etməsinlər, bunun heç bir xeyrini görməyəcəklər: “Zakir Fərəcov bizə dedi ki, boş yerə özümüzü yorub, müraciət etməyək. Bildirdi ki, həmin müraciətlərin surətləri, dərhal ona göndərilir. Daha sonra, o: “Siz Prezident Aparatına, başqa yerlərə yazırsınız. Onlar da, həmin müraciətləri mənə göndərirlər. Mən də, həmin kağızları götürüb, tualetdə istifadə edərək, atıram”, — dedi”. Sahibkarlar onu da qeyd edirlər ki, Zakir Fərəcovun bu sözləri dövlət məmuruna, ölkənin üçüncü ən böyük şəhərinin rəhbərinə yaraşmır. Onlar Fərəcovun bu qədər özbaşına, harın və kimsədən çəkinməyən olduğu üçün təəccübləniblər: “Bu adamın Preziden Administrasiyasının ona ünvanladığı sənədləri kağız parçası hesab etməsi elə də dəhşətli deyil. Ən dəhşətlisi odur ki, Zakir Fərəcov həmin kağızları tualetdə istifadə etdiyini, yəni tualet kağızı qədər dəyəri olduğunu açıq və çəkinmədən deyir. Ölkə tarixində hələ heç bir icra başçısı onun fəaliyyətini tənzimləyən Prezident Aparıtını bu qədər aşağılayıb, təhqir etməyib. Görünür, Fərəcovun arxası dövlətdən, onun qurumlarından daha üstündür ki, o, özündə belə cəsarət tapıb, dövlət qurumunun sənədini tualet kağızı hesab edir”. İş adamları onu da bildiriblər ki, bütün bunlara rəğmən, onlar borclarını almaq üçün, bütün qanuni imkanlardan istifadə edəcəklər. Yaxın günlərdə isə, vəkilləri ilə məsləhətləşərək, Zakir Fərəcovu məhkəməyə belə verməyi planlaşdırırlar. Qeyd edək ki, Zakir Fərəcovla bir qrup sahibkar arasında borc qalmaqalı hələ 2016-cı ildən start götürüb. Sumqayıt Dənizkənarı Bulvarında və şəhərin müxtəlif yerlərində həyata keçirlən yenidənqurma, tikinti və abadlıq işlərini həyata keçirən şirkətlərə icra başçısının toplam 10 milyon manatdan çox borcu yaranıb. Lakin 7 ildir iş adamları həmin pulu Fərəcovdan ala bilmirlər. Sözügedən şəxs hər dəfə onları bir bəhanə ilə başından edir. Bəzən təhdid dili ilə danışır, bəzən də, həqiqət həbsə qədər davam edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, həmin görüşdən sonra, Zakir Fərəcov özünə yaxın bildiyi ətrafı ilə bu məsələni müzakirə edərkən belə deyib: “Mən, indi mətbuatda gedən yazılara təkzib verdirə də bilmirəm. Çünki, yuxarılarda da etiraf etmişəm ki, bəli, həmin iş adamlarına o məbləği borcluyam. Onlarla görüşərək, borclarını qaytaracağıma söz vermişəm. Bu etiraf olmasaydı, çoxları əlimdən qurtara bilməzdi, məhkəmələrdə və hüquq-mühafizə orqanlarında onların başlarına oyun açardım!”. Hələlik, bu yazını nöqtələyirik. Məmur harınlığı və özbaşınalığının daha bir sübutu olan bu ciddi məsələni isə, araz.az xəbər portalı olaraq, həmişə diqqətdə saxlayacağıq. Qarşı tərəfin də, məsələyə münasibətini dinləməyə hazırıq.
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 2025 14:33
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 2025 21:02
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 20:23
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 19:40
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
12 aprel 17:36