Sabah Gəncə qiyamından 30 il ötür....
Sabah - iyunun 4-də AXC hakimiyyətinə qarşı Gəncə qiyamının (1993) 30 ili tamam olur. İyun hadisələri heç şübhəsiz, Azərbaycanın ən yeni tarixinə silinməz möhürünü basıb. “4 iyun qiyamı” adlanan hadisələr illər keçdikcə yenə də müzakirə obyektidir.
Məlumat üçün qısaca deyək ki, həmin vaxt Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Keçmiş korpus komandiri olan Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub. “Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətinin yıxılması ilə nəticələnib.
Hər il 4 iyun hadisələrinin ildönümü ərəfəsində məsələyə müxtəlif mövqelərdən münasibətlər bildirilir, müəyyən fikirlər söylənilir. Bu da 4 iyun hadisələrinin ölkənin ictimai rəyində maraq kəsb etməsinin sübutudur. Bəs 30 il sonra da həmin olaylarla bağlı cavabı tapılmayan sual qalırmı?

Aydın Mirzəzadə
Hakim partiyanın deputatı Aydın Mirzəzadə 30 il əvvəlki hadisələrə qiymət verərkən “Yeni Müsavat”a qeyd etdi ki, 4 iyun qiyamı həmin dövrün ağır xarakteristikalarından biridir. Onun sözlərinə görə, bir-birinin ardınca hakimiyyətə gələn siyasi komandalar ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunub saxlanılmasında əhəmiyyətli problemləri həll etmək gücündə olmadılar: “Onların nə dövlətçilik, nə həyat təcrübləri var idi, nə də beynəlxalq proseslərdən xəbərdar idilər. Bu da vəziyyəti daha da çətinləşdirirdi. 1992-ci ildə AXC-Müsavat cütlüyü isə iqtidara gələndə öz üzərinə düşən siyasi məsuliyyətin ağır yükünü dərk etmədi, getdikcə siyasi böhran yarandı, ölkədə qarmaqarışlıq baş verdi, bu qüvvələr Azərbaycanın strateji xəttini müəyyənləşdirə bilmədi, nəticədə gərginlik daha artdı”.
A.Mirzəzadə xatırladır ki, o zaman həm hakim komandada olan siyasi qarşıdurma, həm ordudan ayrı-ayrı adamların öz siyasi məqsədləri üçün alət kimi istifadəsi nəticədə 4 iyun qiyamına gətirib çıxardı: “Hətta həmin dövrdə Azərbaycan dövlət müstəqilliyini itirməyə yaxın idi. Lakin o ağır vəziyyətdən çıxmağı Ulu Öndər Heydər Əliyevin qayıdışı həll etdi. Əgər 4 iyun hadisələri davam etsəydi, Heydər Əliyev faktoru olmasaydı, Azərbaycanın torpaqlarının bir hissəsi bu gün də işğal altında olacaqdı, sərvətləri böyük dövlətlər tərəfindən mənimsəniləcəkdi. Məhz Ulu Öndərin gəlişi ölkəni çox ağır problemlərdən xilas etdi və dövlətçiliyin möhkəmlənməsi prosesi getdi. Daha sonra cənab İlham Əliyev bu siyasi kursu davam etdirdi, ölkəmizin inkişafı, yüksəlişi sürətləndi, nəhayət, üç il əvvəl Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olundu və bu gün Azərbaycan beynəlxalq aləmdə öz yeri, sözü, nüfuzu olan bir dövlət olaraq qəbul edilir”.

Qulamhüseyn Əlibəyli
1992-ci ilin noyabrından 1993-cü ilin iyununadək mərhum prezident Əbülfəz Elçibəyin parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışmış Qulamhüseyn Əlibəyli isə qeyd etdi ki, qiyamı yatırmaq mümkün idi. Onun sözlərinə görə, 4 iyun hadisələri bir çox xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən hazırlanmışdı və aparıcı Rusiya idi: “Qiyamda iştirak edənlər də Rusiyaya bağlı adamları idi. Azərbaycanın o dövrkü hakimiyyəti barışdırıcı mövqe tutdu, qiyamı yatırmaq əvəzinə, amnistiya qəbul etdi. Ancaq qiyam silahlı qüvvələrdə olmuşdu və onu yatırmaq üçün elə silahlı qüvvələr cəlb edilməli idi. Təəssüf ki, bu məsələdə hakimiyyət qətiyyətsizlik göstərdi. Dövlətə və xalqa qarşı qiyam qaldırılıbsa, həmin silahla da qiyamçılar məhv edilməli idi”.
Q.Əlibəyli hesab edir ki, 4 iyun qiyamı nəticəsində demokratikləşmə prosesində geriləmə oldu: “Əgər bu hadisələr olmasaydı, neft müqavilələrinin bağlanması nəzərdə tutulurdu, artıq bp ilə kontraktlar hazır idi, əlverişli şərtlərlə sənədlər imzalanacaqdı. Əfsus ki, heç biri olmadı və xeyli geri düşdük...”
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Həbsdə olan jurnalistin ailəsində növbəti faciə
28 yanvar 2026 19:15
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
