Atamla anamın gözəl səsi olub, Aybənizlə mən...
Müsahibə3 iyun 2023 12:27

“Çox qorxurdum ki, onu itirə bilərəm, ona görə də heç bir problemi ona deməmişəm, özüm çəkmişəm”
“Dünəndən etibarən doğum günü təbrikləri alıram. O qədər xoşbəxt oldum ki. Özüm də başa düşmədim ki, iyunun 1-də doğulmuşam yoxsa 2-si?! Həmişə doğum günlərimdə ağlayırdım. Bu həm də sevinc göz yaşları idi. Xalqımıza çox minnətdaram. Onların qarşısında hər zaman özümü borclu hesab edirəm. Bu sevgi qarşısında düşünürəm ki, mən hələ heç nə etməmişəm. Çox xidmət etməliyəm ki, xalqın bu etimadına layiq olam. Son nəfəsimə qədər, Allah imkan versə canlı oxuyacam. Necə ki, hər zaman canlı oxuyuram. Səsim olsa da, olmasa da xalqımın, dövlətimin yanındayam. Allah ölkəmizi, ölkə başçımızı, vətənimizi yaşatsın. Şəhidlərimizin ruhu şad olsun ki, onlar torpağımızı işğaldan azad etdi”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevimli sənətkar Şahnaz Haşımova deyib. O uşaqlıq illərini xatırlayıb.

“Uşaq olanda atam həmişə başımın üstündə saz çalıb, oxuyub. Şeirlərini söyləyib. O lay-lay ilə, şeirlərlə böyümüşəm. Anamın da gözəl səsi olub. Ev işləri görəndə həmişə oxuyurdu. Aybəniz xanımla mənim səsim valideynlərimizdən bəhrələnib. 6 yaşım var idi, Zeynəb xanımı və digər sənətkarları televizorda görəndə, uzun saçlarım var idi, saçımı hörə-hörə oxuyurdum. İlk dəfə “Ceyran” mahnısını oxumuşam. Bütün yaradıcı ömrümü Gəncənin mədəni mühitində keçirmişəm. Bu gün də Gəncədə yaşayıb, yaradıram. Gəncədən heç vaxt ayrılıb, Bakıya gedə bilmədim. Gəncə Musiqi kollekcində dərs deyirəm, tələbələr yetişdirirəm. Bakıya gəlməyimlə bağlı çox dəvətlər gəlib, amma getməmişəm. Hətta o illərdə Opera və Balet teatrına da dəvət almışdım, amma getmədim. “Leyli və Məcnun” əsərini 1980-ci illərdə hazırlayıb, Leyli obrazında səhnəyə çıxdım” deyə sənətkar bildirib.
Sənətkar ailə həyatından da danışıb.

“Gənc qız olanda düşünürdüm ki, mütləq musiqiçi ilə ailə həyatı quracam ki, mənim ifaçılığıma mane olmasın. Bilirsiniz ki, həyat yoldaşım, əməkdar artist Eldar Abdullayev mahir kamança ifaçısıdır. Oğlum Tural 6 aylıq olanda Eldar müəllimin ürəyində problem yarandı, ağır əməliyyat keçirdi. O vaxtdan qorxdum ki, onu itirə bilərik. Ona heç bir problemi bildirmədim, ağrını-acını özüm çəkdim. Ailənin bütün rəhbərliyi, idarəçiliyi onun üzərinə düşüb. Bir yerə mən gedəndə, bir yerə də o gedib. O məndən əvvəl “Göy-göl” ansamblında çalışıb. Bu ansamblın ilk yaradıcı kollektivinin üzvü olub. Eldar müəllim təkcə kamançasını çalıb, mən təkcə oxuyub getməmişik. Bu kollektivə ailə kimi baxmışıq. O mənim tək ömür-gün yoldaşım deyil, həm həmkarımdır, həm də dostumdur. Sevgisini, qayğısını sözündə yox, əməlində göstərib” deyə sənətkar bildirib.
Xalq artisti gənclərə tövsiyyələrini də verib.

“Bu gün musiqimizə, muğam sənətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Yetişən gənc nəsil də istedadlıdır. Amma bəzən gənclər də asan yolla gündəmə gəlmək istəyirlər. Bu hər gəncə aid deyil. Toya gedib pul qazanmaq yaxşıdır, amma toyun da öz repertuarı olmalıdır. Bizim insanlarımız, xalqımız musiqini dərindən duyandırlar. Toyda da sən ağzına gələni oxuya bilməzsən” deyə xanəndə bildirib.
Oxşar xəbərlər
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
2 aprel 2025 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya