Azərbaycanda Müstəqillik Günüdür
Cəmiyyət28 may 2023 00:45

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.
"Report" xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.
Bu bayram artıq üçüncü ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra artıq ikinci dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.
Oxşar xəbərlər
- Separatçılar yalvarmağa BAŞLADI
30 sentyabr 2023 00:32
- Lütfiyar İmanovun oğlu -Polad Bülbüloğlunun atama etdiyini heç düşmən də etməz
29 sentyabr 2023 12:15
- Azərbaycanda Anım Günüdür
27 sentyabr 2023 08:32
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
25 sentyabr 2023 12:07
- Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
19 sentyabr 2023 15:57
- Azərbaycanda Baş Nazir müavininin oğlu şəhid olub - ŞOK
18 sentyabr 2023 23:42
- Zakir Fərəcov vətəndaşlara, sahibkarlara, hətta dövlətə meydan oxuyur?!
15 sentyabr 2023 18:53
- Elçin Bilaloğlunun AD GÜNÜDÜR....
14 sentyabr 2023 11:53
- İranlı professor Bakıda xəstələrə narkotik tərkibli dərman verirmiş
13 sentyabr 2023 14:31
- Heç kəs unutmasın ki, bizim yaradıcılığımız şəxsi əmlakımız deyil xalqın sərvətidir
11 sentyabr 2023 14:02
Xəbər lenti
- Sara Xatunun bu xahişini II Mehmet eşitmir…
01 oktyabr 18:25
- Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
01 oktyabr 18:06
- Qənirə Paşayevaya HEYKƏL qoyulacaq - FOTO
01 oktyabr 17:19
- Sarsaq İrəvan -Qərb bizə silah versə, Bakıya bayrağımızı sancarıq
01 oktyabr 14:53
- Nar” şəbəkəsi Xankəndi şəhərində!
01 oktyabr 14:36
- Məzuniyyətə gələn əsgər 4-5 Kamaz daş vurub, anasına 5-10 manat çörək pulu..
01 oktyabr 13:16
- Türkiyədə DİN-in binasına terror hücumunun görüntüləri + Video
01 oktyabr 12:46
- ŞAGİRDLƏR ARASINDA KRİMİNAL ALƏMƏ MARAQ NİYƏ BU QƏDƏR ÇOXDUR?
01 oktyabr 11:24
- NK qərarı-Vətəndaş 1 paltonu 8, 1 ayaqqabını 4 il geyməlidir-MÜTLƏQ OXUYUN
01 oktyabr 11:02
- BMT 30 ildən sonra ilk dəfə Qarabağda
01 oktyabr 10:52
- Zaqatalada qumbara partladı - Vətən müharibəsi iştirakçısı öldü
01 oktyabr 10:36
- Robert Köçəryanın qardaşları Mərdan, Pirxan, Elman Gəncədə yaşayır -ŞOK
30 sentyabr 22:05
- Bu gün şəhid olan hərbçimizin - Fotoları
30 sentyabr 21:47
- Saakaşvili QARABAĞDAN yazdı...
30 sentyabr 20:16
- Bu gün Ermənistan tərəfdən snayperlə atəş açıldı, hərbçimiz şəhid oldu
30 sentyabr 19:07
- Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir
30 sentyabr 17:45
- Prezidentdən təbrik məktubu
30 sentyabr 16:40
- Geydirmə Prezidentin köməkçisi David Babayan da həbs olundu - Rəsmi
30 sentyabr 16:34
- 90 %-i AC-YALAVAC yaşayan yazıçı dostlarıma
30 sentyabr 14:12
- Sabah dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq
30 sentyabr 13:54
- Erməni eşşəyi ZIRI BALAYAN gəbərir....
30 sentyabr 13:31
- "Sarsaq" Respublikasının QozProkuroruru da saxlanıldı...))
30 sentyabr 13:01
- Xocalı qatili və keçmiş "müdafiə naziri" ələ keçdi....
30 sentyabr 12:50
- DTX- Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb"
30 sentyabr 12:21
- Eldar Mahmudov illər sonra görüntüləndi - Foto- Video
30 sentyabr 11:50
- Mən sənsiz ölmədim, məni bağışla...”
30 sentyabr 11:39
- Separatçılar yalvarmağa BAŞLADI
30 sentyabr 00:32
- Sərsəng su anbarına Azərbaycan nəzarət edir - Foto
29 sentyabr 23:57
- Vardanyandan sonra onlar da saxlanıldı - Yenilənib
29 sentyabr 23:48
- NAR “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
29 sentyabr 14:45
Video & Fotoqalereya
Video
Fotoqalereya