“O videonu özüm bilərəkdən yaydım” - Türkanın valideynləri danışdı
Xəbər verdiyimiz kimi, tanınmış plastik-cərrah Türkan Gündüz əri, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
"Qafqazinfo"nun məlumatına görə, news24.az-a danışan Türkan Gündüzün atası qızının qətli ilə bağlı mühüm detalları açıqlayıb:
"Türkanın həyat yoldaşı bizim müəssisədə ocaqçı olub. Sadəcə olaraq, bizə yaxın yerdə kirayədə yaşayıb. Sonra da özünün bu tülkü variantı ilə qızımın qəlbini alıb. Mən subay oğlanam, beləyəm, eləyəm… Uşaq da 19 yaşında onu sevib. Mənim balam çox savadlı uşaqdır. Nəinki o, hər üç övladım ali təhsillidir. Ümumiyyətlə, bizim ailə ali təhsillidir. Uşaqlarımın hamısı yüksək səviyyədə təhsil alıb. Yoldaşım da ali savadlıdır, iki ixtisas sahibidir. Bu adam isə ocaqçı olub, heç peşə məktəbini də qurtarmayıb. Yetim bir ailənin uşağıdır. Bunların hamısını ailə qurandan bir neçə il sonra bilmişəm. Sonradan, nəvəm anadan olanda öyrəndik ki, bunun Türkiyədə ailəsi olub və boşanıb".
O, Türkanın Məhəmməd Gündüzün hesabına ali təhsil alması məsələsinə də toxunub:
"Bunların hamısı şayiədir. Qızımı özüm oxutdurmuşam. Gözümün qabağında müəllimlər hazırlaşdırıb. Həmişə deyirdim ki, savadlı həkim ol. Türkan dəfələrlə olimpiadalarda qalib gəlib. O, bu şəxslə tanış olanda Azərbaycan Tibb Universitetinin 3-cü kursunda təhsil alırdı. Qızım onunla ailə həyatı quranda 4-cü kursa keçmişdi. Eyni zamanda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində çalışırdı. Mətbuatda onun biznesmen olduğu ilə bağlı xəbərlər yayılır. Bunların hamısı yalandır. Onun əvvəlki ailəsindən üç uşağı olub. Biri intihar edib, o biriləri isə bu gün acından ölür. Biznesmenin şəxsi möhürü olur. Nə biznesmen? O, biznesmen deyil. Sadəcə, Türkiyə vətəndaşıdır. İcazəsi yox idi ki, burada torpaq alsın. Türkanın adına torpaqlar ala-ala ev tikməyə başladı. Onu da qeyd edim ki, Türkanla ailə qurandan sonra uzun müddət kirayədə yaşadılar. O, biznesmen idisə, imkanları elə qızıma qədər olardı da…"
Türkanın atası onların boşanma məsələsinə də toxunub:
"Türkan çox saf, xeyirxah idi. Neçə qaziyə, pandemiya dövründə neçə insana təmənasız yardım edib. Ehtiyacı olan insanları təmənnasız əməliyyat edirdi. Qızım onun qulluqçu ilə xəyanətini görmüşdü və buna görə də İstanbulda boşanma ərizəsi yazmışdı".
Türkan Gündüzün anası Sevda Hacıyeva isə xəyanət videosunu özünün yaydığını bildirib: “O videonu özüm bilərəkdən yaydım. Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin. Mənim balama şər atmasınlar. Qızım saf, təmiz, mərhəmətli qız idi”.
Sevda xanım sosial şəbəkədə yazılanların onu çox üzdüyünü də bildirib: “Deyirlər ki, guya mən Türkanı dəfələrlə əri ilə barışdırmağa çalışmışam. Amma bu yalandır. Əksinə, mən onların evliliyinə qarşı olmuşam. Hətta qızım ona razılıq verdiyi üçün 6 ay onunla danışmadım. Qızımın o adama ərə getməsini heç zaman istəməmişəm. Məhəmməd atası ilə mənim qarşımda ağlayıb yalvardı ki, qızınızı sevirəm, evlənməyimizə icazə verin. Ondan sonra ürəyimiz yumşaldı, razılıq verdik”.
- Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı: 3-4 min manat tələb olunur, əgər bu davam etsə...
25 noyabr 2024 21:39
- SON DƏQİQƏ! Hərbi ekspert Ədalət Verdiyev həbs edildi - SƏBƏB...
25 noyabr 2024 20:57
- Heydər Əliyevin MÜHAFİZƏÇİSİ NƏLƏR DANIŞDI ...
20 noyabr 2024 19:37
- Sumqayıt hadisələrinə görə EDAM OLUNAN Əhməd Əhmədovun bacısı DANIŞDI - VİDEO
20 noyabr 2024 19:31
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
16 noyabr 2024 11:05
- Ziya Məmmədovun qardaşı həbs olunur? – Özü danışdı
2 noyabr 2024 14:51
- Şagirdi məktəbin 4-cü mərtəbəsindən çölə salladılar (VİDEO)
2 noyabr 2024 14:12
- Hajıbala DANIŞDI - Baçımız günü-gündən gözəlləşir...
1 noyabr 2024 14:26
- Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
26 oktyabr 2024 13:03
- Cavanşir Feyziyev AP-nin Azərbaycana davamlı hücumlarından danışdı
27 oktyabr 2024 16:11
- Ərdoğandan Suriyada baş verənlərə - Reaksiya
03 dekabr 10:04
- Sumqayıtda partlayış: HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
03 dekabr 09:47
- Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
03 dekabr 00:34
- Uşaq Bağçası sahibinin dələduzluq əməlindən 133 ZƏRƏRÇƏKMİŞ VAR
03 dekabr 00:06
- 8 mindən çox bələdiyyə üzvü seçiləcək
02 dekabr 23:51
- Bakıda hərbçi qəfil vəfat etdi - Foto
02 dekabr 23:07
- Xalq artisti məhkəmədə uduzdu
02 dekabr 22:33
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
02 dekabr 14:17
- Hər gün LİMON...DİŞLƏRİ ZƏDƏLƏYİR
02 dekabr 12:58
- Gürcüstanda etirazlar davam edir
02 dekabr 12:33
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
02 dekabr 11:48
- Gürcüstanın iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib
02 dekabr 11:14
- Prezident qəbul keçirdi
02 dekabr 11:04
- DƏM qazından ölən 23 yaşlı AŞBAZ Mehribanın - Fotoları
02 dekabr 10:51
- Kərə yağı KƏSKİN bahalaşdı - Yeni qiymətlər
02 dekabr 10:29
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
02 dekabr 10:16
- Ebru 5-ci ərindən də boşanır FOTO
02 dekabr 10:05
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
02 dekabr 09:54
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
02 dekabr 09:39
- Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
02 dekabr 09:27
- Üsyançılar Hələbdə Prezidentin -başı- ilə FUTBOL OYNAYIR
02 dekabr 02:34
- Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək... - Kobaxidze prezidentə vaxt qoydu
02 dekabr 02:25
- Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
02 dekabr 02:11
- İmpotent kişilər yerişindən bilinir – Alimlər
02 dekabr 01:52
- Hələb qalasına Türkiyə bayrağı asıldı
02 dekabr 01:38
- Yeni ildə 7 gün ardıcıl İŞ OLMAYACAQ - Tarixlər
02 dekabr 01:29
- MDB-də ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı –VİDEO
02 dekabr 01:12
- Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib
02 dekabr 00:40
- Kənd yumurtası adı altında broyler yumurtaları satılır? - VİDEO
02 dekabr 00:22
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
01 dekabr 23:57