Zirzəmisinə metro xətti çəkilən “Brejnevin binası” – Yuri Qaqarin niyə..?

Moskvanın tam mərkəzində, Kutuzov prospekti 26-da yerləşən yaşayış binasını Moskva sakinləri bu gün də “Brejnevin binası” adlandırırlar. Bir neçə korpusdan və 23 girişdən ibarət olan binanın mərtəbələri 7-12 arasında dəyişir.
Binanın inşası hələ sovet-alman müharibəsindən əvvəl planlaşdırılıb. Müharibənin başlanması ilə tikinti işləri yarımçıq qalıb, nəhayət, 1947-ci ildə tikinti işləri yekunlaşıb.
“Kutuzov 26”-nın inşasına başlananda bina partiya elitası üçün nəzərdə tutulub. Mənzillərin bölgüsü isə Mərkəzi Komitənin İşlər İdarəsi tərəfindən aparılıb. Bina “Brejenvin binası” kimi məşhurlaşsa da, “Kutuzov 26”-da daha iki baş katib, Yuri Andropov və Konstantin Çernenko da mənzil sahibi olublar. Birincilərlə yanaşı bir sıra yüksək ranqlı dövlət məmurları da məşhur binanın sakinləri olublar. SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva, Mərkəzi Komitənin katibi Mixail Suslov, SSRİ daxili işlər naziri Nikolay Şelokov, Siyasi Büronun ona yaxın üzvləri uzun illər bu binada yaşayıblar. Bəzən “Kutuzov 26”-nı zaraftayana Siyasi Büronun filialı da adlandırıblar.
Mövcud dövr üçün bina təhlükəsizlik baxımından ən yüksək standartlara cavab verib. Həmçinin xüsusi mühafizə dəstəsi tərəfindən mühafizə olunub.
Binanın həyətində göz oxşayan yaşıllıq salınıb, istirahət məkanı yaradılıb. O cümlədən həyətdə uşaq bağçası da fəaliyyət göstərib ki, həmin bağçaya yalnız “Kutuzov 26”-da qeydiyyatda olan birincilərin uşaqları və nəvələri qəbul edilib.
Binanın təxminən iki-üç mərtəbə dərinliyində olan zirzəmisinə “Metro 2” adı ilə metro xətti çəkilib. Fövqəladə vəziyyətlərdə binadan çıxmamaqla sakinlərin təxliyəsi mümkün olub. 1980-ci illərin sonlarında bu xətlər ləğv edilib.
Leonid Brejnevə “Kutuzov 26”-da Mərkəzi Komitənin katibi seçiləndə mənzil verilib. 1964-cü ildə Brejnev baş katib seçiləndə qonşu mənzil də onun evinə qatılıb. 1977-ci ildə isə Brejnev baş katibliyi ilə yanaşı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə sahib olanda isə daha bir mənzilin də divarları götürülərək onun mənzili genişləndirilib. Baş katibin 4-cü mərtəbədəki mənzilinin ümumi sahəsi 300 kvadratmetr olub. Binadan əlavə qonşuluqdakı ikiotaqlı, 60 kvadratmetrlik mənzil Brejnevin tibbi personalı üçün ayrılıb ki, həkimlər gecə-gündüz bu mənzildə növbə çəkiblər.
Mixail Suslov Brejnevdən bir mərtəbə yuxarıda, 5-ci mərtəbədə yaşayıb. Həmkarlarından fərqli olaraq onun mənzili nisbətən kiçik, 90 kvadraemetr olub.
Yuri Andropov isə “Kutuzov 26”-da altıncı mərtəbədə məskunlaşıb. Onun 155 kvadratmetrlik mənzili 4 otaqdan, iki yataq otağından, bir iş kabinetindən və geniş qonaq otağından ibarət olub.
SSRİ daxili işlər naziri, Yuri Andropovla düşmənçilik mövqeyində olan Nikolay Şelokov altıncı mərtəbədə Andropovla divar qonşusu olub.
Brejnevdən başqa digər yüksəkçinlilər evdən işə, işdən evə qayıdanda Kutuzov prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılmayıb. Yalnız Brejnev gedib gələrkən prospektə hərəkət dövlət yol müfəttişləri tərəfindən dayandırılıb.
Yuri Qaqarin kosmosu fəth etdikdən sonra Nikita Xruşşov kosmonavta “Kutuzov 26”-da mənzil ayrılması ilə bağlı göstəriş verib. Qaqarin bu təklifdən imtina edərək özünə məşhur “Sahildəki ev”dən mənzil istəyib. Yəqin ki, kosmonavt siyasi elitanın arasında daima nəzarətdə olacağından çəkinərək birincilərlə qonşu olmaq istəməyib.
Brejnevin hakimiyyəti illərində “Kutuzov 26”-da mənzil verilən şıxslər əvvəlcədən onunla razılaşdırılıb. Baş katibin razılığı olmadan onun qonşuluğuna köçmək mümkün olmayıb.
Brejnev 1964-cü ildə baş katib seçildikdən sonra şəhər mənzilində az yaşayıb. O, Moskva ətrafında “Zareçye 6”-dakı bağ evində yaşamağa daha çox üstünlük verib. Ora köçməzdən əvvəl iqamətgahda əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bağ evi geniş qonaq otağından, iş kabinetindən, kitabxanadan və əlavə altı otaqdan ibarət olub. Bağ evində daimi olaraq baş katibə iyirmidən artıq xidməti personal qulluq edib.
1978-ci ildə Şusev küçəsində partiya elitası üçün yeni, daha müasir yaşayış binası tikiləndə Brejnev üçün ayrıca bir mərtəbə nəzərdə tutulub. “Gözütox” baş katib həmin mənzildən imtina edib, “Kutuzov 26”-nı daha üstün sayıb.
“Brejnevin binası” təkcə elit sakinləri ilə deyil, həm də faciəli hadisələrlə yadda qalıb. SSRİ-nin iki daxili işlər naziri, Nikolay Şelokov və Boris Puqo məhz bu binadakı mənzillərində intihar ediblər.
1990-cı illərdən sonra “Kutuzov 26”-nın sakinləri tam yenilənib. Brejnevin birləşdirlimiş mənzilləri yenidən ayrılaraq ayrı-ayrı şəxslərə satılıb. Andropovun, Çernenkonun, Suslovun, Siyasi Büronun digər üzvlərinin həyat yoldaşları və övladları mənzillər özəlləşdirildikdn sonra satıb köçüblər.
“Kutuzov 26” şəhərin mərkəzində yerləşsə də yaşayış binası kimi əvvəlki prestijini saxlaya bilməyib. Müasir tikililərdəki komfort “Brejnevin binası”nı qat-qat üstələdiyindən indi “Kutuzov 26”-dan daha çox ofislər kimi istifadə olunur.
İlham Cəmiloğlu, Musavat.com
- NAR metroda şəbəkəsini gücləndirir
2 oktyabr 2023 18:29
- Sara Xatunun bu xahişini II Mehmet eşitmir…
1 oktyabr 2023 18:25
- ŞAGİRDLƏR ARASINDA KRİMİNAL ALƏMƏ MARAQ NİYƏ BU QƏDƏR ÇOXDUR?
1 oktyabr 2023 11:24
- Allah var, ay adamlar, vallah Allah var !
29 sentyabr 2023 14:32
- Lütfiyar İmanovun oğlu -Polad Bülbüloğlunun atama etdiyini heç düşmən də etməz
29 sentyabr 2023 12:15
- Azərbaycanda Anım Günüdür
27 sentyabr 2023 08:32
- Paşinyan yenə Lavrovu aşağıladı-Mənim üçün əsas Putinin nə deməsidir
17 sentyabr 2023 16:20
- Şahin Bağırov gələndə dedilər ki, ərizənizlə işdən çıxın, sonra qayıdacaqsız
11 sentyabr 2023 17:26
- Çar 2-ci Nikolayı güllələmiş çekist: Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü
11 sentyabr 2023 14:34
- Biz Hegeldə dayanırıq, dünya Hegeldən başlayır… – Müsahibə
11 sentyabr 2023 13:15
- DTX ermənilərin "prezidenti" Araik Arutyunyanı Bakıya gətirir..
03 oktyabr 22:17
- Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
03 oktyabr 22:11
- Separatçıların keçmiş “lider”ləri saxlanıldı
03 oktyabr 21:51
- Bu gün Almaniya BİRLİK GÜNÜNÜ bayram edir - 33 İL ƏVVƏL
03 oktyabr 17:58
- Prezident Məşhur Məmmədovla bağlı sərəncam imzaladı
03 oktyabr 16:49
- Putin Ermənistana getsə, mütləq həbs olunacaq - ROMA STATUTU
03 oktyabr 16:23
- Binəqədi və Abşeronun 1213 hektar ərazisi Sumqayıta verilir
03 oktyabr 14:12
- Saakaşvli Ruben Vardanyanın həbsindən danışdı: Xeyirlə şər..."
03 oktyabr 11:26
- KİV: Ararat Melkumyan saxlanılıb
03 oktyabr 11:19
- Bədənimizdəki bu nahiyələr mikrobla dolu imiş - Diqqət!
03 oktyabr 09:05
- Qədim Roma seçki kampaniyası materialları tapıldı: Seçicilərin ələ alınması...
03 oktyabr 00:17
- Kadırovun qızı Çeçenistan Baş nazirinin müavini olacaq
02 oktyabr 22:50
- Emin Əmrullayev onları direktor təyin etdi
02 oktyabr 22:23
- NAR metroda şəbəkəsini gücləndirir
02 oktyabr 18:29
- Xocalıda narkotik plantasiyası aşkarlandı - Foto
02 oktyabr 17:53
- İslam necə nifrət dininə çevrildi? - Fəxri Uğurlu
02 oktyabr 16:53
- Beynəlxalq Həkimlər Günüdür
02 oktyabr 15:21
- Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olundu
02 oktyabr 15:01
- Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb
02 oktyabr 14:32
- Deputatdan təklif: Matəm günləri təqvimdən çıxarılsın"
02 oktyabr 13:42
- Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi
02 oktyabr 12:27
- Ötən il bəraət almışdı - 10 il həbs cəzası verildi
02 oktyabr 12:15
- İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verildi
02 oktyabr 08:56
- Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirl SABUN BİZNESİ ilə məşğuldur...
01 oktyabr 21:11
- Sara Xatunun bu xahişini II Mehmet eşitmir…
01 oktyabr 18:25
- Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
01 oktyabr 18:06
- Qənirə Paşayevaya HEYKƏL qoyulacaq - FOTO
01 oktyabr 17:19
- Sarsaq İrəvan -Qərb bizə silah versə, Bakıya bayrağımızı sancarıq
01 oktyabr 14:53
- Nar” şəbəkəsi Xankəndi şəhərində!
01 oktyabr 14:36
- Məzuniyyətə gələn əsgər 4-5 Kamaz daş vurub, anasına 5-10 manat çörək pulu..
01 oktyabr 13:16