Naxçıvanın 657 kvadrat km ərazisi qanunsuz olaraq Ermənistana verilib
Naxçıvanın 657 kvadrat km ərazisi qanunsuz olaraq Ermənistana verilib
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 657 kvadrat kilometr ərazisi SSRİ dövründə qanunsuz olaraq Ermənistana verilib.
"Report”un xəbərinə görə, bu, Naxçıvan Televiziyasının 1921-ci ildə imzalanan Qars müqaviləsinin şərtlərinin və beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması barədə apardığı araşdırma zamanı məlum olub.
Qeyd olunub ki, Naxçıvanın muxtariyyət statusuna təminat verən Qars müqaviləsi çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olmaqla yanaşı, muxtar respublikanın ərazi mənsubiyyəti, sərhədlərinin təsbiti və qorunmasına təminat verir. Lakin Qars müqaviləsinə zidd olaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə qəsdlər olunub, bu müqavilə ilə təsbit edilmiş ərazinin təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib.
Belə ki, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisinin bir qismi, daha dəqiq desək, 657 kvadrat kilometr ərazi qanunsuz olaraq Ermənistana verilib.
Araşdırma zamanı məlum olub ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Ağbinə, Ağxəç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarsevən sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi Ermənistana verilib. 1930-cu ildə Naxçıvana məxsus daha 3 kənd Ermənistana birləşdirilib. Lehvaz, Astazur və Aldərə kəndləri yenə də beynəlxalq zəmanət verilmiş muxtar respublika ərazilərindən ayrılaraq Ermənistana verilib. Təsadüfi deyildir ki, Ermənistana verilmiş Sultanbəy kəndinə 1935-ci ildə Bartsiruni, Qurdqulaq kəndinə 1946-cı ildə Boloraberd, Horadiz kəndinə 1968-ci ildə Oradis, İtqıran kəndinə 1991-ci ildə Nor Aznaberd kimi qondarma adlar qoymaqla Azərbaycan toponimləri saxtalaşdırılıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 1929-cu il qərarı Qars müqaviləsinin kobud şəkildə pozulması idi: "Çünki bu qərarla bəhs edilən ərazilərin Ermənistana verilməsindən nə Azərbaycanın, nə də Türkiyənin xəbəri vardı. Türkiyə bu qərara etiraz notası ilə cavab verdi. Bildirildi ki, Qars müqaviləsi Türkiyə ilə bağlandığına görə onun müddəaları yerinə yetirilməlidir. Sonrakı mərhələlərdə də Naxçıvanın 6 min kvadratkilometrdən çox ərazisi 5,5 min kvadratkilometrədək endirildi”.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə deyib ki, Ermənistan sonradan Qars müqaviləsinin maddələri ilə razılaşmayıb: "Baxmayaraq ki, bütün bunları öz qanunvericilik məclislərində təsdiq etmişdilər. Ermənilər Naxçıvana olan ərazi iddialarını yenidən gündəmə gətirdilər. Həmin dövrdə sovet rəhbərliyinin dəstəyini alaraq Qars müqaviləsinin ləğvi, yaxud sərhədlərin dəyişdirilməsi ilə bağlı çıxış ediblər. Təəssüf ki, bu iddiaların bir qismi həyata keçirildi və 1929-cu ildə Naxçıvanın 12 kəndi ermənilər tərəfindən işğal olundu”.
Sonrakı illərdə Sədərək rayonunun Kərki kəndi də daxil olmaqla bir sıra ərazilər Ermənistan tərəfindən işğal olunub, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın bir qismi deportasiya olunaraq Naxçıvana köçməyə məcbur edilib.
Tarix elmləri doktoru Emin Şıxəliyev qeyd edib ki, həm Moskva, həm də Qars müqaviləsində ərazisi təsbit olunmuş bir yerin sonradan ermənilərə peşkəş verilməsi qanun pozuntusudur: "Ona görə də Azərbaycan bu gün haqlı olaraq delimitasiya və demarkasiya məsələlərində itirilmiş torpaqlarını gündəmə gətirir”.
Beləliklə, tarixi sənəd və faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, sovet hakimiyyəti illərində Naxçıvanın 12 kəndi Ermənistana verilib, bu kəndlərdən yerli azərbaycanlı əhali çıxarılıb, yer adları dəyişdirilib.
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya