İlham Əliyev Bosniya və Herseqovinada rəsmi səfərdədir
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.
***
Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.
Dövlət başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim edilib.
***
Aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü başlayıb.
Əvvəlcə rəsmi foto çəkdirilib.
Aprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzalayıblar.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.
Sədr Jelka Tsviyanoviçin bəyanatı
- Hər kəsə təşəkkür edirəm.
Bizim hörmətli qonağımız cənab Prezident İlham Əliyevi salamlayıram. Mən bir aydan bir az çox müddət öncə Bakıda oldum. Orada mənə cənab İlham Əliyev kimi dost tərəfindən isti, mehriban qonaqpərvərlik göstərildi. Orada mən cənab Prezidenti buraya dəvət etdim. Qısa bir zamanda cənab Prezident buraya səfər edib, Bosniya və Herseqovinanın dostu olduğunu sübut edib.
Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlıq etməyə başlayaq. Bu fürsətdən istifadə edərək, cənab Prezident Əliyevə və ölkənizə 2014-cü ildə bizim ölkədə baş vermiş daşqın zamanı göstərilmiş yardıma görə minnətdarlığımı bildirirəm. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi və Azərbaycan o zaman bizim yanımızda oldu, daha sonra koronavirus və pandemiya dövründə də Azərbaycan bizə yardım göstərdi. Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur. Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq.
Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açmışdır və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir. Bununla bağlı təlimatlarımızı artıq Xarici İşlər Nazirliyinə vermişik və əminəm ki, səfirliyimiz açılan kimi onun bəhrəsini görəcəyik.
Qeyd edim ki, Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb, artıq biz indi praktiki əməkdaşlığa başlayırıq. Dünən biz Azərbaycanın iqtisadiyyat naziri və nümayəndə heyəti ilə görüş keçirdik. Bizim Nazirlər Şurasında və işgüzar dairələrdə görüşlər həyata keçirildi ki, biz hansı istiqamətdə əməkdaşlığımızı davam etdirə bilərik. Biz nəqliyyat, energetika, turizm və digər sahələrdə imkanları nəzərdən keçirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə təlimat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik.
Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük.
Cənab Prezident, Sizi burada salamlamaq mənim üçün böyük şərəfdir. Sağ olun ki, mənim dəvətimi qəbul etdiniz. Şadam ki, bu gün biz bu fürsəti əldə etmişik. Burada da əzmimizi ifadə edirik ki, əməkdaşlığımızı davam etdirəcəyik.
Sizə təşəkkür edirəm.
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli xanım Sədr, hörmətli cənab Komşiç, hörmətli cənab Beçiroviç.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, xanım Sədr, mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə bir ay yarım bundan əvvəl Bakıda görüşmüşdük. Siz məni ölkənizə dəvət etmişdiniz və mən böyük məmnuniyyətlə bu dəvəti qəbul edib bu gün Sizin ölkənizdəyəm.
Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək.
Əlaqələrimizin tarixi də çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi.
Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq.
Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.
Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir.
Biz müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələr aparacağıq. Eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. Birgə komissiya, yəni, Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq.
Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.
Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.
Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir.
Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.
Bununla paralel olaraq nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər.
Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.
Mən bir daha bu dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq. Sağ olun.
***
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycanın Bosniya və Herseqovinanın dostu olduğunu deyən Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının Bosniya və Herseqovinaya daim dostluq münasibəti göstərməsini yüksək qiymətləndirdilər. Xüsusilə Azərbaycanın 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında və COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstəyi vurğulayaraq, ölkəmizin Bosniya və Herseqovinada humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirməsini, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmirini çox yüksək qiymətləndiriblər.
Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının bu səfərinin ölkələrimiz arasında tərəfdaşlığın inkişafında yeni səhifə açacağına və əlaqələrimizin daha da inkişafına ciddi töhfə verəcəyinə əminliklərini bildirdilər. Səfər çərçivəsində həm ikitərəfli gündəlikdə duran məsələlərə, həm də beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsinin aparılacağı vurğulanıb.
Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi xüsusi qeyd edildi. Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirildi və Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edildi. Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı vurğulanıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamın heç zaman unudulmamasının vacibliyinə toxundular, Bosniya və Herseqovinanın tarixi ilə Azərbaycanın tarixində bənzər hadisələrin olduğunu qeyd ediblər.
1972-ci ildə Bakı və Sarayevo şəhərlərinin qardaşlaşması ilə bağlı sazişin imzalandığını xatırladan Prezident İlham Əliyev bu şəhərlər arasında münasibətlərin qardaşlıq zəminində inkişaf etdiyini deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
Prezident İlham Əliyev siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiklərini vurğuladı, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi. Azərbaycanın Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini diqqətə çatdıran dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi zamanı da Bosniya və Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyin təqdir olunduğunu deyib.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Bu xüsusda iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən çıxış edərək hökumətlərarası birgə komissiyanın və müvafiq sahələr üzrə birgə əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılması qərara alınıb.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib və bu xüsusda Bosniya və Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər.
Azərbaycanın təbii qazının Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyi vurğulanaraq, gələcəkdə enerji sahəsində əməkdaşlıq imkanlarının mümkünlüyü qeyd olunub.
Dövlətimizin başçısı bildirib ki, həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bu baxımdan da ölkələrimiz arasında təcrübə mübadiləsinin aparılması da yaxşı haldır. Eyni zamanda, ölkələrimizin vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərinin vacibliyi də bildirilib.
Azərbaycanın və Bosniya və Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edilib.
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Prezident: Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
18 dekabr 2024 11:39
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Rüstəm Minnixanov DOSTLUQ ordeni ilə təltif edildi
17 dekabr 2024 17:23
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 20:50
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 18:49
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 11:11