Məmmədyarov adı keçən mənzil biznesi ilə bağlı qalmaqaldan danışdı

Ağ Şəhərdə “Diplomat 2008" MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almalı olan XİN işçilərini kim aldadıb?
Bakı Ağ Şəhərdə “Diplomat 2008" MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşdırılmamasından və mənzillərin sakinlərin yaşaması üçün təhvil verilməməsindən şikayət edirlər. Onlar əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər. Sakinlər problemlərinin ictimailəşməsi üçün Marja.az-a müraciət ediblər.
“Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan "Diplomat 2008" MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlayıb. “Diplomat 2008" MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq, yaşayış binasında işlər yekunlaşdırılmayıb və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməyib”, - deyə müraciətdə bildirilir. Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri-yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq binada işləri yekunlaşdırmaqda maraqlı deyil.
“Məsələ ilə bağlı xarici işlər naziri cənab Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə kimi müraciətimiz cavabsız qalıb, problemlərimiz həll olunmayib.
Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya “Diplomat 2008" MTK-nın qanunsuz əməllərinə göz yumur”, - deyə şikayətçilər bildirib. Elxan Azayev Marja.az-a açıqlamasında bildirdi ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəbindən gecikir: “Maliyyə çətinliyi də oldu. Şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər”. Elxan Azayev vurğulayıb ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamlama işləri yekunlaşacaq: “2-3 həftəyə işlər tamamilə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur”.
Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd etdi ki, 98 mənzildən ibarət bina nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib: "Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti nazirliyin əməkdaşlarına verilib, əməkdaşların tələbatından artıq olan hissəsi kənar şəxslərə satılıb".
Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə “Diplomat 2008" Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilib.
Elmar Məmmədyarov
Məsələ ilə bağlı sabiq nazir Elmar Məmmədyarovla əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, bu binanın ona aidiyyəti yoxdur: “Vaxtilə kooperativ idi, 2008-ci ildə Xarici İşlər Nazirliyinin arxasında diplomatlar üçün binanı tikdik. Amma Ağ Şəhərdə tikilən o mənzillərin mənə aidiyyəti yoxdur. Bəlkə də doğrudan da diplomatlar orada tikiblər, düzəldiblər, amma mənim bundan xəbərim yoxdur. Mənim adım "Diplomat 2008"ə görə hallanır. O vaxt tikildi, bəli, amma ondan sonra olanların mənə aidiyyəti yoxdur".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, vətəndaşlar əksər hallarda məcburdur ki, tikinti şirkətlərinə inanıb etibar etsinlər: “Amma bu sahəyə nəzarət edən bir qurum yoxdur ki, tikintilərin vaxtında başa çatmasına nəzarət etsin. Vətəndaşların ödədiyi pula nəzarət etsin. Alqı-satqı müqavilələrinə nəzarət etsin. Bir mənzil iki-üç nəfərə satılmasın deyə alqı-satqılar hansısa bir dövlət qurumunda olsun. Bu tip məsələlər bizdə hələ ki aktual olaraq qalıb”.
Elnur Fərzəliyev
Ekspert əlavə edir ki, qonşu ölkələrdə tikinti ilə bağlı qaydalar fərqlidir: “Türkiyədə vətəndaş hər hansı yeni tikili binadan mənzil almaq istəyərkən bələdiyyəyə yaxınlaşır. Bələdiyyədə bina ilə bağlı tam məlumat əldə edə bilir. Çünki tikinti şirkətləri ilə bələdiyyələr arasında sıx bağlılıq var ki, tikinti prosesi hansı formada gedir, hansı mənzillər kimlərə satılır. Bununla bağlı həmin tikinti şirkətləri ərazi üzrə bələdiyyələrə məlumat verirlər. Rusiyada isə alqı-satqı prosesləri daha çox banklar vasitəsilə idarə olunur. Yəni vətəndaş mənzil almaq istəyərkən onunla alqı-satqı müqavilələri banklarda bağlanır. Çünki tikinti şirkətlərinə maliyyə ayıran banklar olduğuna görə banklarla şirkətlərin ortaqlığı olur. Bu səbəbdən onlar vətəndaşa tam qarant verirlər. Tikintinin müddətinin başlandığı və başa çatacağı müddət, tikinti gecikərsə vətəndaşa kompensasiyalar ödənilir və sairə. Burada da bankın marağındadır ki, proses daha tez başa çatsın və bank da öz sərmayəsini və qazancını götürə bilsin. Ölkəmizdə isə vəziyyət fərqlidir. Azərbaycanda tikintini MTK-lar, MMC-lər və digər tikinti şirkətləri aparır ki, burada vətəndaş pul ödəyir. Bəzən tikinti prosesləri yubanır, yubandıqca vətəndaşların ev problemləri də ciddi vəziyyət alır. Bəzən sakinlərin ucbatından tikintilər yubanır, bəzən də tikinti şirkətlərinin. Ərazilər sökülür, bir neçə qonşunun çıxmaması səbəbindən yubanmalar baş verir ki, bu da digər sakinlərin narazılığına səbəb olur. Vətəndaşlar ev almaq üçün külli miqdarda pul ödəyirlər, bəzi tikinti şirkətlərində süründürməçilik baş verir. Bu zaman vətəndaş istədiyi dövlət orqanına şikayət etsə də, şirkət tərəfindən gətirilən bəhanələr səbəbindən vətəndaşın şikayəti sənədlərdə qalır”.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35