Deputat Etibar Əliyev İranı yerdən-yerə vurdu

“Məscidlərdə donuz saxlayan erməniləri qoruyan fars rejiminin deputatları Azərbaycanın İsraildə səfirlik açmasından narahat olublar. Hətta utanmadan Azərbaycan hökumətinin bu qərarını "İslam dünyasının maraqlarına zidd hərəkət" kimi təqdim edib”.
Musavat.com bildirir ki, bunu deputat Etibar Əliyev Milli Məclisdə söyləyib. E.Əliyev xatırladıb ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası hökumətinin bu hərəkəti onlara qarşı çoxlu mənfi siyasi nəticələrə səbəb olacaqdır...Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, İslam Məclislərarası Katibliyi və dünyanın azadlıqsevər nümayəndələrindən bunu qınamalarını xahiş edirik”.
E.Əliyev bildirdi ki, bu ölkənin azadlıqsevərliyinə dair bir neçə tərs şillə effektli faktlar deyəcək:
“İran molla rejimi müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngin 1967-ci il avqustun 31-də 29 yaşında Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğub öldürdü. O, mənfur rejimin qurbanı oldu.
Məşhur sosioloq, tarixçi, ədəbiyyatçı və islam tədqiqatçısı, açıqfikirli intellektual, "Şəhid müəllim" adlandırılan Əli Şəriəti Fransanın Sorbonna Universitetini bitirmişdi. Əsl islamı təbliğ edirdi.
Şəriəti "Özünüdərk və eşşəkləşdirmə" əsərində yazır: "Peyğəmbərglərin dövründən sonra eşşəkləşdirici və insanlığa zidd güclər dinin taleyini ələ keçirdilər. Həm fərdi eşşəkləşdirmə, həm də ictimai eşşəkləşdirmə başladı. Çünki din hər ikisinə diqqət ayırır. Xüsusilə İslam dini həm "fərdi özünüdərk"ə, həm də ictimai "özünüdərkə" -hər ikisinə-özündə yer vermişdi. Buna görə də İslam tarixində Peyğəmbərdən sonra din eşşəkləşdirmə vasitəsinə çevrildikdə bəşəri cəmiyyətin ən böyük müsibəti başladı. Çünki bir zərbə hər iki dərki iflic etdi. Həm "fərdi dərk"i, həm də "ictimai dərk"i." Fars rejimi onu 2 dəfə həbsə atdı. Sonra ölkədən çıxartılar və 44 yaşında zəhərləyib öldürdülər.
Azadlıqsevərlikdən danışırsınız? İranda 2009-cu ildə bütün dünyanı sarsıldan utancverici bir hadisə baş verdi. İran hakimiyyəti 2003-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülmüş hüquq müdafiəçisi Şirin Abadinin bank seyfindən onun pulu ilə bərabər Nobel medalını, diplomunu oğurladı. Abadi intervüsündə bunu təsdiq edib: “Rejim mənim aktivlərimi və pulumu oğurladı"-deyib. Məcburiyyət qarşısında qalan nobelçi qadın Londona mühacirət etməyə məcbur oldu. İran nobelçini ölkədən qovan ölkədir. Belə olan halda sıravi insanların hüququ qoruna bilərmi? Biz 250-dən çox Nobel mükafatı laureatının vətəni olan İsraildə səfirliyimizi açmışıq. Bəli biz tərəqqi və inkişaf tərəfdarıyıq”.
Deputat dedi ki, həyasızlığın həddi-hüdudu yoxdur: “Axı, sizin ölkədə də səfirliyimiz var. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində İran hakimiyyətinin xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılmış qanlı, faciəli terror hadisəsi baş verdi. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycanın ərazisinə təcavüzdür. Bütün dünya bu həyasız və vəhşi hərəkətə görə molla rejimini lənətlədi. Sonra terrorçunun psixi durumunda problem olduğunu bəyan etdilər. Həmin terrorçunun psixi durumu elə həmən bu 210 fars deputatlarının psixi durumudur. Biz hansı ölkədə səfirlik açmağımızı çox gözəl bilirik. Biz cəhaləti yox, sivilizasiyanı seçirik və seçəcəyik”.
E.Əliyev qeyd etdi martın 28-də deputat həmkarımız dəyərli Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib: “Bunu da İran təşkil etdi. Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Fazil Mustafaya qarşı sui-qəsd həyata keçirmək istəyən və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi 4 şəxsdən İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Fazil Mustafanı təhdid edənlərin demək olar ki, hamısı iranmeyyli adamlar olublar. Prezident İlham Əliyev Türk Dövlətləri təşkilatının 9-cu Zirvə toplantısında soydaşlarımızın dünyada savadlılıq məsələsinə toxundu. Dövlətimizin başçısı haqlı olaraq bunları dedi: “Təəssüf ki, öz ölkəsindən kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanından məhrumdur.”
Silahı cəhalət və terror olan bir dövlət, dünyanın aparıcı dövlətlərinin yalnız nifrətini qazana bilər. İran rejimi çox uzağa gedə bilməyəcək.
Biz Qalib Xalq olaraq heç bir təhdiddən qorxmuruq və qorxmayacağıq”.
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 2025 11:35
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 2025 22:22
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45