Peyğəmbər deyiləm, amma gələcəyi görən həssas adamam...
Bu il böyük şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin 75 yaşı tamam olur. Şairin yubileyi münasibətilə yazıçı Fərid Hüseyn “Qafqazinfo” üçün onunla görüşüb ədəbiyyatdan, poeziyadan, dünyanın gərdişindən danışıb.
– Vaqif müəllim, yaradıcılığınızın ilk dönəmindəki məşhur şeirlərinizdən biri “Unudulacaq bütün sevdalar” adlanırdı. Həmin şeirin yazılmasından sonra çox sular bulanıb, çox sular da durulub. Həmin şeirin yazılmasından az qala yarım əsr keçib, sizin üçün bu dünyada unudulmayan nələr oldu?
– Mən “Unudulacaq bütün sevdalar” adlı həmin şeiri yazanda bilirdim ki, heç zaman ölməyəcəyəm, yaxud öləndə də var olaraq hər şeyi xatırlayacağam. Mənim zamanımı başqalarının zamanı ilə qarışıq salmaq olmaz. Mən bütün ömrümü öz zamanımda yaşamışam. O zaman ancaq mənə aiddir, oradakı saatlar da, dəqiqələr də, saniyələr də tamam başqa vaxt ölçülərinin göstəriciləridir. Mənim zamanımda heç kəs unudulmur.
– Zamandan söz açmışkən soruşmaq istəyirəm ki, Sovet dönəmində gələcək zaman deyərkən daha çox kommunizmin qurulacağı dövr nəzərdə tutulurmuş. Elə bir zamanda sizin şeirlərinizdə ən yaxın gələcək “min illər sonra” ifadəsində əks olunurdu. O zamanın “Fatı otur, Fatı dur” xislətli, sovet rejiminin diktəsi ilə yazan bir sıra ədəbi tənqidçiləri sizin şeirlərinizdəki “min illər sonra” kimi uzaq gələcəyi nişan verən misraları necə qarşılayırdılar?
– O cür tənqidçilər mənim yaradıcılığımı, ümumiyyətlə, qəbul eləmirdilər. Hətta məndən Mərkəzi Komitəyə şikayətlər yazırdılar. Bəziləri isə məni əməlli-başlı dəli sayırdılar. O vaxt onların məni əməlli-başlı dəli saymaları çox xoşuma gəlirdi. Mənə gerçək dəli kimi baxmaları yaxşı idi, nəinki dəlisov biri kimi qəbul etmələri. Hətta buna görə onlara qəlbimdə təşəkkür və dua da edirdim. Dua edirdim ki, qoy onlar aşk və sevgi ilə yaşasınlar. Və əgər bu duam həyata keçsə, onlar sevgi ilə yaşamağın necə böyük xoşbəxtlik olmasını anlayacaq və beləliklə mənim şeirlərimi də başa düşəcəkdilər.
– Sizə qənim kəsilənlərə də dua edən bir şairsiniz. Bəs yaşadığınız bu ömür möhlətində həyata keçən dualarınız hansılar oldu?
– Mənim cavanlıqdan əsas duam o idi ki, türk ölkələri müstəqil olsun. Türk dili hakim dillərdən biri olsun. Bu dualarımı da Tanrı eşidib həyata keçirdi. Allah mənim üzümə baxdı ki, bütün arzularımın həyata keçməsini gördüm. Buna görə də Allahın ətəyindən öpürəm.
– Bir zamanlar sizin yaradıcılığınızı tənqid edən ədəbi tənqidçilər var idi, amma zaman keçdi, onlar şeirləriniz haqqında ağızdolusu danışmağa başladılar. Həmin dönəmdə valı çevirməkdə mahir olan bu cür adamlardakı dəyişiklikləri necə qiymətləndirirdiniz?
– Buna görə çox sevinirdim. Lap mənim yaradıcılığımla bağlı fikirlərini dəyişməsəydilər belə, mən yenə də sevinəcəkdim. Çünki insan Allahın yaratdığı dahiyanə əsərdir. Yaradıcı adamların gözü bütün insanları gözəl görməlidir. O cür adamlar bir vaxtlar məndən uzaqda idilər, məni anladıqca mənə sarı yaxınlaşdılar.
– 25 il öncə verdiyiniz müsahibələrin birində Qarabağ problemini Türkiyə və Azərbaycan birliyi yolu ilə həll ediləcəyini demişdiniz. Bu o çağlar idi ki, çoxları BMT və ATƏT-dən mədəd umurdu, müharibənin sülh yolu ilə həll olunacağını düşünürdü...
– Mən doğulan gündən keçmişlə gələcəyin içindəyəm. Ona görə də min il bundan qabaq da, min il bundan sonra da mənim gözümün qabağındadır. Əgər sən min il bundan sonradan da sual versən, o suala da cavab verə bilərəm. Peyğəmbər deyiləm, amma gələcəyi görən həssas bir adamam. Mən təkcə Qarabağın yox, dünyanın xilasını türklərin birləşməsində görürəm.
– Sizin şeirlərinizdə sözlər, fikirlər tez-tez təkararlanır, sanki zikr olunan kəlmələr poetik nümunənin ümumi ab-havasına əlavə məna qazandırır. Şeirlərinizdə təkrarlanan fikirlərə önəm verməyinizin əsas səbəbi nə idi?
– Əslində, mənim sözlərim təkrarlanmır. Bütün təkrarladığım sözlər deyilişinə görə başqa məna qazanır. Allah da belə edir: Biz insanlar bir-birimizə zahirən oxşasaq da, əslində, hər birimiz fərqliyik. Ancaq mən şeirimdəki o təkrarları bilərəkdən yazmamışam, o kəlmələr özü dünya ilə həmahəng təkrarlanıb.
– Şeirdəki tək-tək sözləri seçmək, məsələn, “körpə” sözünü “cocuk”la əvəzləmək və sair bu qəbildən redaktə xırdalıqları sizin yazı mətbəxiniz üçün nə dərəcədə vacib məsələdir?
– Bütün türk dilləri mənə doğmadır. Biz şairlər hamımız çalışmalıyıq ki, şeirlərimizdə daha çox türk kəlmələri işlədək. Sözü seçmək isə mənim üçün bir anlıq prosesdir. Necə ki, məharətli bir insanı bir an tərifləyirsən. Bir insanı bir an tərifləmək də onu seçməkdir. Seçilən söz bir anda başqa sözlərdən seçilir və şair onu şeirə gətirir.
– Yazılarınızın birində Məhəmməd Füzulini “şairlərin ekvator xətti” adlandırmısınız. Bu fikri daha əhatəli izah etmənizi təvəqqe edərdim...
– Füzuli mənim üçün dünya poeziyasının qızıl ortasıdır. O, poeziyanın həm keçmiş, həm də gələcəyində dayanır. Füzuli elə şairdir ki, onda bircə “xaltura” misra belə yoxdur. Onun şeirlərində sözlərin hamısı əbədiyyət üçün seçilib və o sözlər bir-birinin yanında əbədiyyət üçün dayanıb. Mənim üçün dünyada ən gözəl düzülüş, duruş gözəl sözlərin bir-birinin yanında dayanmasıdır.
– Şeirlərinizi səsləndirənlər çoxdur. Ən usta qiraət ustalarından tutmuş, oğlunuz balaca Odərə qədər... Ancaq bu səslənişlərdən hansı sizin qəlbinizin intonasiyasına daha doğmadır?
– Şeirlərimi səsləndirənlərin hamısının tellərindən öpürəm. Çox sağ olsunlar. Ancaq ən çox şeirlərimi ürəklərində deyənlərin ifalarını bəyənirəm. Öz səsini özü də eşitməyənlərin ifası mənə daha çox doğmadır. Şeirlərimi ürəyində deyənlərin, pıçıldayanların ifalarını daha çox bəyənirəm.
– Bir çox şairlərdə şairlik bir vəziyyətdir. Məsələn, bir an ayağa qalxmaq, yaxud qolunu qaldırmaq və sair sayaq. Sizdə isə şairlik bir yaşam tərzi, nəfəs-alıb vermək kimi təbii bir prosesdir. Bu qənaətimdə nə qədər haqlıyam?
– Şair hər şeyi düşünüb edəndə onun həyatındakı poeziya bitir. Gərək elə yaşayasan ki, ömründə poeziya bitməsin. Poeziya şairin həyatında bir film kimi bitə də bilər, bir yuxu kimi uzana da. Şairsənsə, gərək şeirlə yaşamaqdan daim məmnun olasan. Şair həyatını düsturlaşdıranda onun həyatında şeir də bitir.
– Sovet dövrünün senzorları o dönəmdə nəşr olunan bəzi şeirlərinizi dəyişiblər. Amma müstəqillik dövründə o şeirləri yenidən əvvəlki vəziyyətinə qaytarmısınız. Bildiyim qədər şeirlərinizin çoxunun əlyazmaları kirayə evlərdə, köçhaköçdə itib-batıb. Bəs o şeirləri necə bərpa edirdiniz, yaddaşınıza söykənərək?
– Bəli, yadımda, ruhumda necə qalıbsa, elə də bərpa edirdim. Mənim evim-eşiyim yox idi deyə əlyazmalarımı da qoymağa yer yox idi. Yeganə boş və rahat yerim ciblərim idi ki, ona da əllərimi qoyurdum (gülür).
– Fikir vermişəm, çox zaman evsizlik, işsizlik problemini müşkül kimi yox, məmnuniyyətlə xatırlayırsınız...
– Mənim üçün çətinliyə düşmək xoş idi. Çünki mən elə zamanlarda həmişə sevgilər içində olurdum. Ətrafımdakı hər şey: otlar, ağaclar, buludlar mənə əlini uzadıb deyirdilər ki, “oğlumuz, möhkəm ol, biz hamımız səni sevirik”. Mən həmişə hər şeyin mənə qarşı sevgisini hiss etmişəm, bundan gözəl nə ola bilər ki?
– Mitinqdə sizə dəyənək vuran polisdəmi o dəyənəyi sizə sevgi ilə vurmuşdu? Çünki ədəbi söhbətlərinizin birində həmin polis nəfərinə hər zaman duaçı olduğunuzu demişdiniz...
– Bəli, mən tək ona yox, mən məni vuran bütün insanlara dua edirəm. Dua mənim canımdadır. Mənim telim, ayağım, əlim belə hər an hamıya dua edir.
– Dünyanın əbədi olması qənətindəsiniz, o məntiqlə insanların yaşları şərti anlam daşıyır?
– Mən arzu edərdim ki, hər kəs öz yaşını müəyyənləşdirsin. Çünki insan düşünərək, ya yuxuda, ya da xəyalən öz yaşını bilməlidir. Təəssüf ki, insanların çoxu öz yaşlarını bilmirlər. Ölümü isə heç zaman qəbul etməmişəm.
– Siz yaradıcılığı haqqında ən çox məqalələr yazılan şairlərdən birisiniz. Eyni zamanda şəxsiyyətinizin də məftunları çoxdur və bu sıra hər keçən gün daha da artır. Bu qədər sevginin içində insan yenə tənha ola bilər?
– Bəli. Mən hamıyla birgə tənhayam.
– Həyat yoldaşınız Tamam xanıma yazdığınız son şeirdə qeyd edirsiniz ki, “mən bu dünyadan getmərəm, bu dünyadan sənin qoxun gəlir”. Adətən, uşaqlar ən əlamətdar anları qoxuları ilə xatırlayır. Bu düşüncələr sizdə ixtiyar çağın cocuqluğundan doğub, yoxsa?
– Mənə görə yaradıcı adam daim uşaq olmalıdır. Əsas olan daim uşaq kimi sevinməyi bacarmaqdır. Bayaq sən gəlməmişdən qabaq çiçəkləri öpürdüm. Çünki istədim o çiçəklər sevinsinlər. Mən onları öpməsəm, kimdir onlara bu qədər gözəl olduqlarını deyən? Kimdir onları öz gözəllikləri ilə sevindirən?
– Adətən, böyük sarsıntılar, dərd-ələmlər görmüş adamlardan soruşurlar ki: “Bunca kədər ürəyinə necə sığışdı?”. Amma mən eyni fikri sevgiyə yönəldərək sual edəcəyəm: Vaqif müəllim, bunca sevgini ürəyinizə necə yerləşdirə bilmisiniz?
– Sevgi mənim ürəyimə sığışmayıb, mən sevginin ürəyində bir damla şəklində yerləşmişəm.
– İnsanın Tanrını hiss etməsi ilə şairin Tanrını hiss etməsi arasında, sizcə, hansısa fərq varmı?
– Böyük şairlər Tanrını dahiyanə hiss edirlər. Hər kəs Tanrını ona olan ehtiyacı qədər hiss edir.
– Gəncliyinizdə yazdığınız elə şeirləriniz varmı ki, indi həmin nümunələri oxuyanda onlara yadlaşdığınızı hiss edəsiniz?
– Bütün şeirlərimi ürəyimlə, qanımla, ruhumla yazmışam. Ona görə də heç bir şeirimə yadlaşmamışam. Onlara yadlaşmaq üçün gərək özümə yadlaşam.
– İnsanlarının sizin yaradıcılığınızı duymasından razısınızmı, yəni sizi lazımi səviyyədə anlaya bilirlərmi?
– Mənim şeirlərimi kim nə qədər bacarırsa, o qədər duyur. Mən məni duyanların ürəyində öz şəklimi asıram. Sonra o şəkillərdə özümə baxıb sevinirəm. Bax indi mən sənin ürəyindəki şəklimi də görürəm. İnsanları gözəlləşdirmək, bütün insanları bir-birinə sevdirməkdə tənbəl deyiləm.
– Nə xoş ki... Sizin şeirlərinizin təqlidçiləri yetişmədi.
– Mənim üslubum dünya kimi sərbəstdir. Mən heca janrında da sərbəst şeir yaradıram. Mənim şeirimi təkrarlamaq üçün gərək mənimlə əkiz doğulasan. Bu da mümkünsüzdür.
– Mərhum akademik Tofiq Hacıyev sizin yaradıcılığınız haqqındakı məqaləsində qeyd edirdi ki, Vaqif Bayatlı Odərin adı da sərbəst şeirdir.
– Çox gözəl deyib. Mənim üçün janr fərqi yoxdur. Mənim şeirlərim sadəcə İlahini duymaq prosesini əbədiləşdirməkdir.
– “Ölməyə aparırlar yaşamaq istəyirəm, nəfəs verirlər, ölmək istəyirəm” yazırsınız. Bu cür ziddiyyətli düşüncə tərzi hələ də sizi müşayiət edirmi?
– Mən poeziyada İlahinin dəsti-xəttini bir çox şairlərdən tez götürmüşəm. İlahinin dəsti-xəttində isə ziddiyyət yoxdur.
– “Hardasan Tanrım? deyirəm, insanoğlu cavab verir. “Bu sənsəmi, insan oğlu, “Mənəm” deyir Tanrı”. Görünür, Allahı axtaranda insanı, insanı axtaranda Tanrını tapırsınız. Heç olubmu ki, haçansa axtardıqlarınızdan birini tapmayasınız?
– Mənim ürəyimdə Tanrı və insan bir-birinə tamamilə bağlıdır. Ona görə də axtardığımı həmişə tapmışam. Tanrı məni heç zaman tək qoymayıb.
– Mərhum Prezident Əbülfəz Elçibəy haqqında belə bir fikriniz var ki, o, Allahın dünyanı dəyişmək üçün cəhdlərindən biri idi. Ə.Elçibəydən sonra başqa bir insanın timsalında Tanrının bir daha dünyanı dəyişmək cəhdini duymusunuzmu?
– Tanrı, əslində, hər bir insanla dünyanı daha da gözəlləşdirməyə cəhd edir. Sadəcə bir sıra insan Tanrının dünyanı onun vasitəsilə gözəlləşdirməsindən boyun qaçırır.
– Aydın Məmmədov, Mehdi Bəyazid və sair nakam taleli ziyalılar haqqındakı yazılarınızda onlar haqqında vəfat etmiş insanlar kimi yox, bizdən uzaqlaşmış adamlar kimi təqdim etməyinizi necə anlayaq?
– Yox, onlar bizdən uzaqlaşmayıblar. Dünya balaca bir yerdir, burda heç kəs bir-birindən uzaqlaşa bilməz. Mənim onlarla dostluğum yenə davam edir, özü də ən yaxın məsafədə...
– Vaqif müəllim yaşınızın indiki vaxtında keçmişə baxanda nələr sizə yuxu kimi gəlir?
– Nə yaşamışamsa, kimi görmüşəmsə, indi hamısı mənə yuxu kimi gəlir. Əsas odur ki, yuxu kimi gəlir, kabus kimi yox.
– Fiziki ağrılarınız güclənəndə, təzyiqiniz artanda çox zaman “ay ana” deyib çağırırsınız. Çox insanda belədir, nə üçün ətrafımızda anamızdan qat-qat güclü, kömək imkanları geniş insanlar ola-ola biz ağrıyanda daim “ay ana” deyə səslənirik? Nə üçün ömrün ixtiyar çağında da insan mədədi anasından umur?
– Çünki biz anamızın bədənindən ayrılmışıq, bizim bədənimiz həm də anamızın bədənidir. Biz “ay ana” deyəndə təkcə öz bədənimizin yox, anamızın bədəninin də ağrıdığını şüuraltı olaraq hiss edirik. Ona görə də bizimlə eyni ağrıları hiss edən anamızı köməyə çağırırıq.
– Siz hər şeydə ədalətli mövqe tutan birisiniz. Ancaq qadın-kişi bərabərliyinin əleyhinəsiniz, düşünürsünüz ki, qadına cəmiyyətdə daha müstəsna üstünlük tanınmalıdır. Bunun səbəbi nədir?
– Qadın ana olmaqla adi insandan bir mərtəbə yuxarı qalxır. O mərtəbədə kişi ilə qadını eyniləşdirmək ədalətsizlikdir.
– Din, etika, şəriət və sairdən sonra ədəbiyyatın Allaha bunca üz tutmasının səbəbini necə mənalandırırsınız?
– Allah insanların ona bağlanmasını sevir. İncəsənət də, ədəbiyyat da insanın Allaha sənət yolu ilə bağlanması üçün əlavə bir imkandır.
– Bəs unudulmağı ən böyük səadət hesab etmənizi necə izah edərdiniz?
– Düşünürəm ki, xatırlanmayanda heç kimə əziyyət vermirsən. Mənim unudulmaq istəməyimin səbəbi heç kəsin yaddaşına əziyyət vermək istəməyimlə bağlıdır.
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Tramp: Suriyadakı güc Türkiyədir… Ərdoğanla çox yaxşı anlaşırıq, o çox ağıllı bir adamdır
17 dekabr 2024 11:01
- Uşaq bağçasının direktoru MİLYON ÖDƏDİ və ev dustağı oldu
16 dekabr 2024 11:29
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Üç dəfə infarkt keçirən, diri-diri dəfn olunan, qəbri açılan, kəfənini cıran Xalq artisti - Gülşən Qurbanova- VİDEO
15 dekabr 2024 14:01
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- 25 İL ÖNCƏ ...
14 dekabr 2024 13:28
- Rüstəm Behrudi Elçinbəydən 100 dollar pul istədi ? -VİDEO
13 dekabr 2024 19:38
- Azərbaycan vətəndaşı necə Ermənistan prezidenti oldu – ŞOK detallar və Paşinyanın ağ YALANI
11 dekabr 2024 14:56
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54