Prezident Dövlət Xidmətinin yeni binasının açılışında
Siyasət30 mart 2023 16:19

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.
Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.
Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən "Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Belə ki, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.
Xüsusi vurğulayaq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə ötən il 390 min hektar sahədə yerquruluşu, 283 min hektarda çöl torpaq tədqiqatı, 309 min hektarda geobotaniki tədqiqat işləri görülüb. Həmçinin azad edilən ərazilərdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu sahədə uğurlardan biri də işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə toplanmış məlumatların etibarlı surətdə qorunmasının və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminin yaradılmasıdır. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.
Oxşar xəbərlər
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 2025 12:42
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 2025 10:24
- Yeni səfir Bakıya gəldi
30 iyul 2025 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 2025 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 2025 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 2025 23:31
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 2025 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 2025 16:22
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 2025 10:23
Xəbər lenti
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya