Kür Xəzərə qovuşdu - Fotolar

Kürdə suyun səviyyəsi 1,7 metr qalxıb. Bu isə çayboyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də səbəb olub.
NUH.az Azərtac-a istinadən xəbər verir ki, qlobal ekoloji problem səbəbindən çayın aşağı axınlarında, xüsusilə Salyan və Neftçala rayonlarının ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından ciddi təhlükə yaranmışdı. Son günlər Kür çayının səviyyəsində gözəçarpacaq dərəcədə qalxma müşahidə olunur. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricilərdə də kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olması deməkdir.
Hazırda Salyan və Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin içməli su problemi qaydasına düşür. Kürdə suyun səviyyəsi daha da qalxarsa, sakinlər yaranan problemi geridə qoyacaqlar. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətovun sözlərinə görə, rayonun əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qalxır. Hazırda sahələri suvarmaq üçün istifadə edilən kanallar nasos stansiyaları vasitəsilə qidalandırılır. Nasoslar növbəlilik prinsipi ilə işləyir.
Pənah Mehnətov bildirib ki, suaşıran bəndlərin tikintisində məqsəd Kür çayının azsululuq dövründə su ehtiyatının yaradılması və qorunub-saxlanılması, çoxsululuq dövründə isə dəniz suyunun çaya qarışmasının qarşısını almaqdır:
"Gördüyünüz kimi, hər iki bəndin üzərindən Kür çayının suyu Xəzər dənizinə tökülür. Eyni zamanda, Xəzər dənizindən Kür çayına balıqların miqrasiyası üçün nəzərdə tutulmuş bənddən suyun keçməsi təmin edilib. Hazırda Salyan və Neftçala əhalisinin su ehtiyacı ödənilir”.
Qeyd edək ki, Kür çayının əsas və əlavə qolunun Xəzər dənizi ilə qovuşmasında tikilən suaşıran bəndlərin inşasına ötən il başlanılıb və bu ilin yanvarında başa çatıb. Birinci bəndin uzunluğu 350, eni 16, ikinci bəndin uzunluğu 200, eni 16, balıq keçiricisinin isə uzunluğu 20, eni üç metrdir.
Oxşar xəbərlər
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 2025 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 2025 10:24
- Bakcell-in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda - Fotolar
26 iyul 2025 10:06
- Azərbaycanda OTBİÇMƏ YARIŞI keçirildi ...))) - Fotolar
26 iyul 2025 09:50
- Zita və Gita 50 il sonra - Tanınmaz halda - FOTOLAR
24 iyul 2025 12:08
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 2025 00:24
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 2025 10:19
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 2025 14:35
- Suriya Prezidenti Azərbaycandadır - Fotolar
12 iyul 2025 14:09
- Paraşütlə tullanıb... ÖLMƏK neçəyədir?
9 iyul 2025 11:09
Xəbər lenti
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya