Şeirimizin Tərlanı - Azad Qaradərəli yazır
Mədəniyyət20 mart 2023 20:41

(Şair Tərlanın şeirləri üzərini təzad dolu gəzişmələr)
Şair var ki, haqqında yaza bilmirsən, amma şeirlərini həsrətlə gözləyirsən. Su içən kimi, yer şumlayan kimi, musiqi dinləyən kimi oxuyursan o şeirləri. Və hərdən sənə elə gəlir ki, bunlar şeir deyil, almadı, nardı, üzümdü... götürüb yemək istəyirsən və bir də ayılırsan ki, bunlar şeir imiş...
Gənclik dostum, can-qan sirdaşım Rahid Ulusel mənim haqqımda yazmışdı ki, dostumun yazıları haqqında ha istəsəm də, ürəkdən gələn yazılar yaza bilmirəm... Və əlavə etmişdi ki, az qala "Hophopnamə”sini tam əzbər bilsəm də, Sabir haqqında da yaza bilmirəm...
Yəni, sənə doğma, yaxın olan imzadan yazmaq qədər müşkül şey yox.
Bu doğmalıq, yaxınlıq deyəndə kimlərsə kafedə araq içməyi, kimlərsə illərlə bir-birini tanımağı, kimlərsə... heç üzünü görmədiyin, salam-kalamın olmayan bir şairi yarpaqlı, çiçəkli misrasından, nasiri dən tutmuş sünbül kimi ağırlaşıb başını əyən cümləsindən...
...Lap bu yaxınlarda başımızın bəlası, zəmanəmizin uçar-qaçar bildirçini internetdə belə bir ədəbi qeyd (status) yazmışdım:
"Bir imza var, son zamanlar kəşf etmişəm özümçün. Əvvəllər yəqin ki, görmüşdüm, fəqət bu imzasızların bolluğunda imzanı kəşf etmək də zor işdir. Nə isə, Tərlan Əbilovdan danışıram. O gün bir şeiri çıxmışdı qabağıma. Bu gün də bu misraları saxladı məni yoldan:
Pis olmaz, küləkli, qarlı havada,
sənə yanında yer saxlayan ola.
Öləsən ipisti əllərin altda,
səni özün kimi ağlayan ola.
Şeirdə bi nöqtə var: onluqdu o! Ya ora vuracaqsan,ya da... Daha "ya dası" yox ki...
Tərlanın bu misraları deyir ki, o, şairdir, özü də onluqda.
Quşa dən səpdim,
Yüksəklikdən enmədi
Dəndən ötrü...
Yalnız bir şeyi anlamadım: şairlər daha çox emosianal, daha çox romantikaya bağlı olurlar. Yəni, Tərlan kimi adın varkən, imzanın yanında -ov,-yevə nə hacət? (Təbii, burda bir şair istəyi, tarixi, mənəvi, hər nə isə varsa və bu nəyisə həll edirsə, dərhal fikrimdən daşınıram. Sadəcə, maraq çəkdi yazdım.)
Bu imzanı siz də yadınızda saxlayın. Ovqatınızın bəm vaxtında oxuyun - hara istəsəniz daşıyacaq sizi.”
Bayırda yeni gündür. Novruz gəlib. Dünənəcən yerini belə bilmədiyimiz evsiz-eşiksiz quşlar nəğmə oxuyurlar, əriklər, badamlar, alçalar aləmi bəzəyib, qarışqalar belə boy göstərib... Mən isə bir gözüm telefonda, bayram yumurtası kimi rəngli, müsiqili, paxlava-şəkərbura qoxulu mesajlara baxa-baxa Tərlan haqqında bu esseni kompüterimin klaviaturasına döyəcləyirəm... Çoxdayın istəyi idi. Qismət bu günmüş... Gün bu günmüş... Dəm bu dəmmiş...
Yanır kirpiklərim odda,
Yorulub çapdığım at da...
Qabağa qaçan saatda
geri düşən vaxtam daha...
Yaxşı yadımdadır. Yaradıcılıq fakültəsində tələbələrimə bir söz demişdim: ədəbiyyatda xəbər olmur, olanda da digər metaforalara baxıban o da donun dəyişir, ədəbi xəbər olur. Və bunu da demişdim: ədəbiyyatda ən qorxulu şey təzaddır. Təzadın zirvəsini yaradan Füzuli olan yerdə ya gərək yazmayasan, yazanda da... (onda kimi misal çəmişəm, unutmuşam)... indi deyirəm: Tərlan kimi yazasan: "qabağa qaçan saatda /geri düşən vaxtam daha...
Şairə hərdəmxəyal deyənlər var; kobud deyim olsa da, şairin, hətta əsil şairin ovqatının dünən ayrı, bu gün bir ayrı kökləndiyini görənlər belə yorumlayıb. Ədəbiyyat adamı beş il əvvəl ayrı, sonra bir ayrı cür düşünürsə və bu yazısına da yansıyırsa, bu onun naxışıdır, ədəbi dəyişimidir. Şair baxışı belədir. Heyrət edəcəyin qədər dəyişə bilər qaşla göz arasında: noyabır onunçün "əvvəllər saralmış heyva” imiş. Sonra: "Çətirim yox idi deyə, sevməzdım yağışını” deyir. (Ah bu çətirsizlik! Sən bizlərə nələr etdin, nələr?! Tərlanın ədəbi qardaşı Mövlud Mövlud da "Çətirsiz”likdən dad-fəryad etmədimi?!) Daha nəymiş noyabr? Vücudumuza qədər, sürmə olmuş sümüyümüzə qədər qəmdi, qəm:
Atamın üzündəki kədər,
yoxsulun başına gələn qəza-qədər idi,
yəni çökən ev,
pulsuzluqdan açılmayan kef idi...
Anamın sümüklərindəki ağrıydı,
qardaşımın işsizlikdən ağarmış saçıydı...
Və illər sonra... Dəyşim başlayır. "...Bir küp qızıl tapıb çökən evi düzəldir, işsiz qardaşının...” Hind filmimi, qardaşım?! Bu bir boyat söhbət olardı. Bəs şair nədə görür o dəyişimi?! Baxaq...
Yəni illər sonra qaysaqlayıb
içimdəki yaralar;
varsan deyə,
musiqi kimi dinləyə bilirəm
yağan yağışlarını...
Və şeirə yeni obraz gəli! Gəlişi ilə bütün o naxoş duyğuları, bəd xassələri, ölmüş rüşeymləri belə dirildir... "ədəbiyyat əfsanə yaratmağa qadirdir” yazmışdım bir dəfə. Demə bura üçünmüş o deyim. Və sonda:
Noyabrda doğulmusan deyə,
sevirəm noyabrı!
Sizə bir sirr açımmı? Bu şeirdə də, sözün geniş mənasında metaforanın rəngi qırmızıdır: fikrən təzad var burda! Zira ədəbiyyatın canı tazaddadır. Təzad inkişafın canı, qanıdır.
Şairlik bir az da kahinlikdir. Ümumən, ədəbiyyat adamı ruhaniyyətdən, dərvişlikdən xali deyil, bəlkə halidir. Anama həsr etdiyim "Ən böyük adam” romanından sətirlər:
"...unutma, sənin arxanda həmişə bir əl olacaq. Gözəgörünməz o əl sənə qarşı çıxanların hamısını cəzalandıracaq, səni yıxılmağa qoymayacaq, həmişə qabağa itələyəcək. Dediyim odur ki, qorxma...
Bu həqiqətən, belə oldu. Hətta indi də belədir. Bir balaca çətinə düşdümmü, o əl işə düşür, görünməz qüvvə kimi gəlib arxamda dayanır. Yox, yanlış anlaşılmasın: mən xurafatdan-zaddan bəhs etmirəm! Mən həyatda qazandığım savadın, tərbiyənin gücünə ayaqda olmuşam; anamın dediyi ilahi güc isə mənim gendən gələn payımdır - anamdan gələn, südü ilə mənə içirən anamın... "
Hamleti qarabaqara izləyən kölgə yadınızdadır?
Hələ el yaddaşındakı qaraçuxa?!
Yox, qardaşım, dünya xali deyil. Hər şeyin bir ölçü-biçisi, çəki-tərəzisi, eni-boyu, ərşi-fərşi var. Kim bu dünyanı hansı gözlə görüsrsə, odu dünya. Mən anamın gözü ilə, Hamlet atasının Kölgəsinin gözü ilə, bir başqası Qaraçuxanın gözü ilə...
Şair Tərlanın da Kölgəsi var – onu qarabaqara izləyən Kölgə:
Nədir əynindəki libas,
zülməti kim biçib sənə?
Ay Allahdan düşən kölgə,
kim bu boyu ölçüb sənə?
"Allahdan düşən kölgə” sonda daha bir təzadla çıxır qarşımıza. Bu təzadlı dünyada içi təzadlarla süslənmiş, şeiriyyəti savaşdan biçilmiş bir şair ömrünün yaşantıları boy verir Kölgənin duyğularında:
Əl çək, onsuz da bəs etmir,
heç kəsə yeri dünyada.
Nə qədər önə çıxsan da,
saatın geri dünyadan.
Hansısa essemdə yazmışdım ki, şeiri, poeziyanı qadın cildində görürəm. Tərlan da belə görürmüş. Mən də deyirəm, niyə üzünü görmədiyim bu adama belə isinişmişəm?! Ortaq nöqtələrimiz burda da varmış:
...Səndən başladı şeirə son verməm,
üzünü ağ varaqlara köçürməm
səndən başladı.
Səndən başladı hər şey,
hər şey səndən başladı -
Poeziyam -
qadınım mənim...
Məhəbbətin daimi olsun, dost! O izdivacdan doğulan "cocuqlarınız” ayaq tutub yerisin, qanad açıb uçsun, könüllərə bir mərhəmlik gətirsin, poeziyanın sevgilisi, Tərlan!
Azad Qaradərəli
Oxşar xəbərlər
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 2025 22:22
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 2025 14:33
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya