Adil Qeybulla Qubad İbadoğlu ilə yollarını ayırdı
İdman14 mart 2023 22:25

Tanınmış həkim Professor Adil Qeybulla Qubad İbadoğlu ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verdiyimi bəyan edib:
"Dəyərli dostlar!
Sizə məlumdur ki, 2014-cü ildə Müsavat Partiyasının qurultayı zamanı Başqan seçkilərindəki təlatümlərdən sonra mərhum dostum Vurğun Əyyubun rəhbərliyi ilə sonrakı dönəmdə ictimai-siyasi fəaliyyətimizi davam etdirmək məqsədilə bir qrup şəxs tərəfindən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaratdıq. Vurğun bəyin tövsiyyəsi ilə, ümumi razılıq əsasında Hərəkatın sədri vəzifəsinə Qubad İbadoğlu irəli sürüldü. Bir müddət Vurğun Əyyubun nüfuzu fonunda Hərəkatın strukturları quruldu, təşkilat qısa müddət ərzində nüfuz qazandı, bir neçə müraciətdən sonra Ədliyyə Nazirliyindən qeydiyyatdan keçə bildi. Qeyd edim ki, Vurğun bəy partiyada 1-ci müavin vəzifəsini tuturdu.
Vurğun bəyin dünyasını dəyişməsindən sonra distansion idarə olunan təşkilat partiyaya çevrilmək qərarını verdi. Partiya strukturları formalaşan zaman onlayn partiya sədri seçilən Qubad bəy Partiyanın Məclis sədri vəzifəsini də əlində saxladı. Təsəvvür edin, demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur, təşkilatı Zoom proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur. Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun "əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub.
Bu durum partiya daxilində ikitirəliyin, mövqe savaşının əsasını qoydu və beləliklə, partiyada qeybət mədəniyyətinin, vicdanlı üzvlərə qarşı şantaj, gözdənsalma kompaniyasına start verildi. Rayon təşkilatlarına kriminal ünsürlərin, reputasiyası zədəli şəxslərin yerləşdirilməsi, saxta seçkilər, rayon təşkilatlarının qurulması haqda görüntü yaratmaq, təşkilat üzvləri arasında partiya sədri haqda üfürülmüş nüfuz və sərsəm xülyalarla illüziyalar formalaşdırmaq bir qrup şəxsin fəaliyyət proqramına çevrildi. Antik dövrlərin mumiyalarını xatırladan vücudların bayraq statusunu ala bilməyən ağ parçanın fonunda poz verərək apardığı müdəllidlik kompaniyalarının kompozisiyaları da bunu bir daha sübut edir.
Siyasi partiyalar haqda məlum qərardan sonra, heç kimlə məsləhətləşmədən qeydiyyatdan keçə bilməmiş bakirə bir təşkilatın mərkəzi strukturlarının müəmmalı şəkildə, avtoritar mahiyyətli və ədalı bir sərəncamla buraxılmasından (dekapitasiya edilməsindən) sonra yenidən həmin buraxılmış strukturlarla birgə təşkil etdiyi onlayn toplantının isə hamınız şahidi oldunuz. Azərbaycanın müstəqillik tarixində misli görünməyən bu insident bir daha göstərdi ki, demokratiya və hüquq uğrunda mübarizə bəziləri üçün fenotipik mənzərədir, onun mahiyyətə hopmasına isə hələ uzun bir yol vardır, təəssüf ki...
Siyasi inkontinensiya mərəzindən əziyyət çəkən layk hörgütünün quyruğunda sürünən, qeybdən səda gözləyən qırılmış ümidlərə isə bizim Qalaktikadan salamlar olsun!
Bir sözlə, bu cür təşkilatda fəaliyyətimi bitmiş hesab edirəm və istefa verdiyimi bəyan edirəm".
Oxşar xəbərlər
- Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?
27 mart 2023 18:07
- 124 saylı məktəbin direktoru özünü Ertoğrula bənzətdi: Qalxın, SULTAN gəlir
26 mart 2023 13:28
- Adil Qeybullanı istefaya təhrik edənlər var (AÇIQLAMA)
15 mart 2023 14:26
- Sumqayıtda sahibkarları aldadan komanda: Zakir Fərəcov və…
11 mart 2023 13:51
- Adil Xudadatov da Zakir Fərəcovu xilas edə bilmir: Sumqayıtda borc ...
8 mart 2023 12:35
- Bakıdakı çıxışına görə tənbeh olunan Podqornı–Suslov ona nə təklif edib?
5 mart 2023 19:24
- Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu
1 mart 2023 10:55
- “Belə İslam yoxdur, olmayıb, olmur!”
7 fevral 2023 21:31
- Alimpaşa Məmmədovun köməkçisi Mahir Əliyev həbsdən necə qurtuldu ?
4 fevral 2023 17:29
- Prezidentin ayırdığı 9 milyonu mədəniyyət naziri “hop” deyib yedi...
4 fevral 2023 13:42
Xəbər lenti
- Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada (İDDİA)
31 mart 20:42
- Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:46
- Prezidentin yüksək vəzifə verdiyi Mikayılov əvvəl MARKETDƏ işləyib
30 mart 18:34
- Prezident SU ilə bağlı yeni dövlət qurumu yaratdı....
30 mart 18:24
- Prezident Dövlət Xidmətinin yeni binasının açılışında
30 mart 16:19
- Zeynəb Xanlarovanın yeni fotosu yayıldı
30 mart 13:16
- Şotlandiyanın müsəlman Baş nazirindən ilk ailəvi - Foto
30 mart 11:20
- “Nar” ardıcıl 4 ildir Müştəri Loyallığı İndeksində liderdir
30 mart 08:49
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 16:21
- Deputat öldü
29 mart 15:47
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 15:30
- Nazir Ali Sovetin sabiq sədrinin qardaşı oğluna vəzifə verdi
29 mart 12:01
- Türkiyədə zəlzələyə görə, 325 NƏFƏR HƏBS olunub
29 mart 11:34
- “Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!
29 mart 09:26
- Fazil Mustafa güllələndi - Yenilənib
29 mart 09:19
- Fuad Osmanovun qızı II Yekaterina obrazında filmə çəkilir - Video
28 mart 17:30
- Rövşən Cavadovun kürəkəni vəfat etdi
28 mart 15:38
- Pakistanlı Şotlandiyanın Baş naziri oldu
28 mart 15:12
- Prezidentin Laçına xüsusi nümayəndəsi təyin edildi
28 mart 13:15
- Neftçalada DSK sədri niyə işdən çıxıb?
28 mart 11:46
- Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
28 mart 09:17
- Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi
27 mart 23:29
- Baş həkim işdən çıxarıldı
27 mart 18:30
- Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?
27 mart 18:07
- Aftandil İsrafilov xəstəxanaya yerləşdirildi
27 mart 16:15
- Partiya sədri danışdı - Partiya niyə özünü buraxdı...
27 mart 14:45
- Mədət Quliyevə yeni müavin təyin olundu
27 mart 13:50
- Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
27 mart 11:21
- Bakı bulvarında müəllim intihar etdi - Foto
27 mart 11:06
- General Rüstəm Muradov vəzifəsindən azad edilib
27 mart 09:07
Video & Fotoqalereya
Video
Fotoqalereya