İşdən çıxan 70 yaşlı nazir müavininin şirkətləri, icarəyə verilən obyektləri
Kriminal9 mart 2023 15:15

Bu ilin mart ayının 1-də Vaqif Əliyev mədəniyyət nazirinin müavini vəzifəsindən azad edildi.
Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildən başlayaraq 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmış Vaqif Əliyev oliqarx məmurlar siyahısına da daxil ola bilib.
1994-cü ildən 2003-cü ilə kimi gənclər, idman və turizm nazirinin birinci müavini, 2003-2011-ci illərdə Sumqayıt şəhr İcra Hakimiyyətinin başçısı, 2011-ci ildən 2023-cü ilə qədər mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışan Vaqif Əliyev ixtisasca fizikdir.
İndi hər kəsi bir sual maraqlandırır: Uzun illər məmur kimi fəaliyyət göstərmiş 70 yaşlı Vaqif Əliyev bundan sonra hansı işlə məşğul olacaq?
Redaksiyamıza daxil olan məlumata görə, Vaqif Əliyev 3200 manatdan artıq təqaüd alacaq. Həmçinin, sabiq nazir müavinin Türkiyədə və Bakıda turizm şirkəti, Sumqayıtda ticarət obyektləri də var. Hazırda onların bir çoxunu icarəyə verib.
Bununla yanaşı, keçmiş birinci müavinin milyonluq mülkləri, Nərimanov rayonunda "milyonerlər məhəlləsi" kimi tanınan ərazidə villası da var.
Vaqif Əliyev nazir müavini olduğu dövrdə qohum-əqrabasını da unutmayıb. Onları da müxtəlif dövlət vəzifələrinə yerləşdirməyi bacarıb.
Keçmiş müavinin qaynı Talıbov Fikrət Fərəc oğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) hüquq idarəsində rəis müavindir. Fikrət Talıbov bundan əvvəl ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyində (MTN) polkovnik-leytenant rütbəsində müxtəlif vəzifələrdə çalışıb.
Daim dəbdəbəli həyatı ilə medianın gündəmində olan Vaqif Əliyevin oğlu Qədir Əliyev həm məmur, həm də biznesmendir. Belə ki, Qədir Əliyev hazırda Fövqəladə Hallar Nazirliyində idarələrin birində çalışır, bununla paralel olaraq atasına məxsus şirkətləri idarə edir.

Yeri gəlmişkən Vaqif Əliyev tədbirlərin birində "Azərbaycan Asiya ölkəsidir, bizim gənclər Qərb mədəniyyətindən və Qərb həyat tərzindən uzaq olmalıdır, onlar bizim gəncləri pozur” məzmunlu səs-küylü çıxış etmişdi.

Bu bəyanatdan bir müddət sonra Qədir Əliyev "Instagram" hesabında paylaşdığı fotolarla gündəmə gəldi. Məlum oldu ki, "Qərb mədəniyyətinə, Qərb həyat tərzinə" qarşı olan Vaqif Əliyevin oğlu elə Qərb həyat tərzində yaşayır. Bahalı avtomobillər sürməyi, bahalı geyimlər geyinməyi, ən bahalı Avropa otellərində dincəlməyi xoşlayır...
Oxşar xəbərlər
- Prezidentin yüksək vəzifə verdiyi Mikayılov əvvəl MARKETDƏ işləyib
30 mart 2023 18:34
- Prezident Dövlət Xidmətinin yeni binasının açılışında
30 mart 2023 16:21
- Şotlandiyanın müsəlman Baş nazirindən ilk ailəvi - Foto
30 mart 2023 11:20
- Nazir Ali Sovetin sabiq sədrinin qardaşı oğluna vəzifə verdi
29 mart 2023 12:01
- Türkiyədə zəlzələyə görə, 325 NƏFƏR HƏBS olunub
29 mart 2023 11:34
- Pakistanlı Şotlandiyanın Baş naziri oldu
28 mart 2023 15:12
- Neftçalada DSK sədri niyə işdən çıxıb?
28 mart 2023 11:46
- Baş həkim işdən çıxarıldı
27 mart 2023 18:30
- Aftandil İsrafilov xəstəxanaya yerləşdirildi
27 mart 2023 16:15
- Mədət Quliyevə yeni müavin təyin olundu
27 mart 2023 13:50
Xəbər lenti
- Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada (İDDİA)
31 mart 20:42
- Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:46
- Prezidentin yüksək vəzifə verdiyi Mikayılov əvvəl MARKETDƏ işləyib
30 mart 18:34
- Prezident SU ilə bağlı yeni dövlət qurumu yaratdı....
30 mart 18:24
- Prezident Dövlət Xidmətinin yeni binasının açılışında
30 mart 16:19
- Zeynəb Xanlarovanın yeni fotosu yayıldı
30 mart 13:16
- Şotlandiyanın müsəlman Baş nazirindən ilk ailəvi - Foto
30 mart 11:20
- “Nar” ardıcıl 4 ildir Müştəri Loyallığı İndeksində liderdir
30 mart 08:49
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 16:21
- Deputat öldü
29 mart 15:47
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 15:30
- Nazir Ali Sovetin sabiq sədrinin qardaşı oğluna vəzifə verdi
29 mart 12:01
- Türkiyədə zəlzələyə görə, 325 NƏFƏR HƏBS olunub
29 mart 11:34
- “Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!
29 mart 09:26
- Fazil Mustafa güllələndi - Yenilənib
29 mart 09:19
- Fuad Osmanovun qızı II Yekaterina obrazında filmə çəkilir - Video
28 mart 17:30
- Rövşən Cavadovun kürəkəni vəfat etdi
28 mart 15:38
- Pakistanlı Şotlandiyanın Baş naziri oldu
28 mart 15:12
- Prezidentin Laçına xüsusi nümayəndəsi təyin edildi
28 mart 13:15
- Neftçalada DSK sədri niyə işdən çıxıb?
28 mart 11:46
- Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
28 mart 09:17
- Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi
27 mart 23:29
- Baş həkim işdən çıxarıldı
27 mart 18:30
- Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?
27 mart 18:07
- Aftandil İsrafilov xəstəxanaya yerləşdirildi
27 mart 16:15
- Partiya sədri danışdı - Partiya niyə özünü buraxdı...
27 mart 14:45
- Mədət Quliyevə yeni müavin təyin olundu
27 mart 13:50
- Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
27 mart 11:21
- Bakı bulvarında müəllim intihar etdi - Foto
27 mart 11:06
- General Rüstəm Muradov vəzifəsindən azad edilib
27 mart 09:07
Video & Fotoqalereya
Video
Fotoqalereya