Atam rəhmətə gedəndə sevgilisi anama dedi ki.. - Əliağa Vahidin qızı
Müsahibə8 mart 2023 17:00

"Atamın 60 yaşı olanda mən anadan olmuşam. O vaxta kimi atam ailəyə soyuq yanaşıb. Mən doğulandan sonra evə qarşı istiqanlı olub. Onunla bağlı xoş xatirələrim çoxdur. Bağda yaşayırdıq, gələndə hər şey alıb gətirirdi. Hətta üzüm də alırdı. Anam deyirdi ki, üzümü neynirsən? Deyirdi ki, "yox qoy yesinlər, iki övladım var, ikisi də mənə əzizdir”. Yaşlı vaxtında tapmışdı bizi. Bizə can yandırırdı. Pulsuz gedirdi, bir də görürdün ki, bir maşın yemək, cibində çoxlu yüzlüklər gətirdi. Məzar daşlarına şeirlər yazanda ona yaxşı hörmət edirdilər. Bu yadıma gəlir ki, arxasınca bağa qədər gəlib, gözləyirdilər. Atam təsr idi, dedi yox, demək ki, yox. Ürəyiyumşağlığı da var idi. Bir dənə qarışqanı da basdalamazdı ki, onun da canı var”.
Bunu moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib.
"Mən doğulanda deyiblər ki, qızın olub. Deyib ki, "taleh mənə vermişdi biz oğlan, bir qız. Qızım Firəngizdir, oğlum da Ramiz”. Deyib ki, ona Firəngiz adını verirəm. Qardaşım Ramizlə məni çox istəyirdi. Həmişə deyirdi ki, "Ramiz, sən mənim oğlumsan. Nəsil bə nəsil sən çörək yeyəcəksən”. O öncədən bilirdi ki, öləndən sonra biz onun pensiyasını yeyəcəyik. Sovet dövründə atamın şeirləri oxunanda da bizə pul gəlirdi” deyə qəzəlxanın qızı deyib.
Firəngiz xanım atasının bir qadınla olan münasibətindən də danışıb.
"Anam o vaxt ona çox naz atıb. 29 yaş anam atamdan kiçik olub. Anam danışırdı ki, onun şairliyinə, dahiliyinə heyran idim. Atam da Polşaya gedəndə orada Fedya adlı Polyak qızı ilə tanış olub. Fedyanı Bakıya gətirib, o biri küçədə onun üçün ev də almışdı. Mən də o evə gedib-gəlmişəm. Sonra atam öləndə o qadın gəldi, anama dedi ki, niyə ağlayırsan? Sənin heç olmasa övladların var, məndə heç kim yoxdur”. Atam deyirdi ki, o evi qardaşımın adına salacaq, amma edə bilmədi. Atam öləndə qardaşım 10-cu sinifdə oxuyurdu. Atam dünyasını dəyişdi, ev də həmin qadına qaldı” deyə o bildirib.
Firəngiz xanım atasının daim övladlarını qoruduğunu bildirib.
"Bağa bizi mayın 9-da köçərdik. Biz maşın tutardıq, bütün yükümüz gedirdi. Anama deyirdi ki, "qızı incitmə, çünki qız kəsikdir, ancaq oğlan yox”. Anam deyib ki, "Ramiz yorulub Firəngizin dərslərini etməkdən”. Deyirdi ki, "Şəhrəbanu, səni and verirəm Allaha onu vurma”. Atam şeirlərini toplamayıb, harda gəldi yazıb atırdı. Çay kağızına, adi kağıza. Qardaşıma şeir deyəndə deyirdi ki, yazdın? Qardaşım deyirdi ki, "de yazaram”. Deyirdi ki, "daha o getdi, ağlıma gəlməyəcək” deyə Firəngiz xanım bildirib.
Firəngiz xanım atasının ölümündən də danışıb.
"Atam Mərdəkanda yatırdı, orada da rəhmətə getdi. Səhər bizə xəbər gəldi ki, Vahid ölüb. 1965-ci il, oktyabrın 30-u idi. O günü sanki qəmə batmışdıq, adama hiss gəlirdi də. O gün nə televizor açdıq, nə də ki, başqa şey. Sən demə həmin gecə artıq atam keçinmişdi. Ayın 1-də bir kişi gəldi bizə, "Leçkomissiya”-nın üzvü idi, qorxa-qorxa dedi ki, "atan ölüb”. Anam ağlamağa başladı, sonra evə adamlar gəldi. Sən demə hamı bilirdi. 3 gün cənazəni evdə saxladıq. Anama demişdi ki, "məni orkestr ilə yox, islam dininin qayda-qanunları ilə basdırın”. 3 gündən sonra Fəxri xiyabanda dəfn etdilər. Bilirsiniz nə qədər adam var idi? Atam camaatın çiynində gedirdi. Uşaq idim, ağlım kəsmirdi, sevinirdim ki, nə yaxşı qonaqlar gəlib bizə, daha bilmirdim ki, atam rəhmətə gedib. Mən onun yoxluğuna hələ də inana bilmirəm. Atam üçün bilirsiniz, nə qədər oturub ağlayıram evdə tək olanda? Ata çörəyi çox yemədim. Mən ona heyfslənirəm ki, kaş bir az yaşayardı. 4-cü sinifdə oxuyurdum, atam getdi qaldım anamın ümidinə. Hara gedirəmsə Əliağa Vahidin qızı olduğumu bilib xoş sifət göstərirlər. Deyirlər ki, "orada yox, burada otur”. Yenə də nə çörək yeyirəmsə, onun adı ilə bağlıdır” deyə qəzəlxanın qız deyib.
Oxşar xəbərlər
- Fuad Osmanovun qızı II Yekaterina obrazında filmə çəkilir - Video
28 mart 2023 17:30
- Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
27 mart 2023 11:21
- Mikroavtobus süpürgəçini vurub öldürdü
26 mart 2023 11:52
- Mələkxanımın qızı bu telekanalda işə başladı (FOTO)
21 mart 2023 12:05
- Şeirimizin Tərlanı - Azad Qaradərəli yazır
20 mart 2023 20:41
- Azərbaycanda 4 yeniyetmə bir yerdə itkin düşdü - Fotolar
20 mart 2023 18:55
- Aşıq Ulduzun müğənni qızı İsveçrəyə köçüb
20 mart 2023 14:05
- Abdulbari Gözəlin qızı Azərbaycandakı payını satdı
20 mart 2023 01:18
- Evinə hücum elədilər, yazdıqlarını oğurladılar - Onu KQB öldürdü?
19 mart 2023 23:57
- Ramiz Mehdiyevin gəlininin bankından 316 min pul oğurlandı
19 mart 2023 15:13
Xəbər lenti
- Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada (İDDİA)
31 mart 20:42
- Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:46
- Prezidentin yüksək vəzifə verdiyi Mikayılov əvvəl MARKETDƏ işləyib
30 mart 18:34
- Prezident SU ilə bağlı yeni dövlət qurumu yaratdı....
30 mart 18:24
- Prezident Dövlət Xidmətinin yeni binasının açılışında
30 mart 16:19
- Zeynəb Xanlarovanın yeni fotosu yayıldı
30 mart 13:16
- Şotlandiyanın müsəlman Baş nazirindən ilk ailəvi - Foto
30 mart 11:20
- “Nar” ardıcıl 4 ildir Müştəri Loyallığı İndeksində liderdir
30 mart 08:49
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 16:21
- Deputat öldü
29 mart 15:47
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 15:30
- Nazir Ali Sovetin sabiq sədrinin qardaşı oğluna vəzifə verdi
29 mart 12:01
- Türkiyədə zəlzələyə görə, 325 NƏFƏR HƏBS olunub
29 mart 11:34
- “Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!
29 mart 09:26
- Fazil Mustafa güllələndi - Yenilənib
29 mart 09:19
- Fuad Osmanovun qızı II Yekaterina obrazında filmə çəkilir - Video
28 mart 17:30
- Rövşən Cavadovun kürəkəni vəfat etdi
28 mart 15:38
- Pakistanlı Şotlandiyanın Baş naziri oldu
28 mart 15:12
- Prezidentin Laçına xüsusi nümayəndəsi təyin edildi
28 mart 13:15
- Neftçalada DSK sədri niyə işdən çıxıb?
28 mart 11:46
- Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
28 mart 09:17
- Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi
27 mart 23:29
- Baş həkim işdən çıxarıldı
27 mart 18:30
- Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?
27 mart 18:07
- Aftandil İsrafilov xəstəxanaya yerləşdirildi
27 mart 16:15
- Partiya sədri danışdı - Partiya niyə özünü buraxdı...
27 mart 14:45
- Mədət Quliyevə yeni müavin təyin olundu
27 mart 13:50
- Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
27 mart 11:21
- Bakı bulvarında müəllim intihar etdi - Foto
27 mart 11:06
- General Rüstəm Muradov vəzifəsindən azad edilib
27 mart 09:07
Video & Fotoqalereya
Video
Fotoqalereya