Əks-kəşfiyyat zabitindən Rail Rzayevin qətli haqda SENSASİON İDDİA

2009-cu il fevral ayının 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələrinin komandanı, general-leytenant Rail Rzayev evinin yaxınlığında başına açılan atəşlə qətlə yetirildi. Həmin qətlin cəmiyyətdə əks-səda doğurması təkcə qurbanın general olması ilə bağlı deyildi. Rail Rzayev həm də son 15 ildə (1994-2009) qətlə yetirilən ən yüksək dövlət rəsmisi idi. Xatirladaq ki, ondan əvvəl 1994-cü ildə Milli Məclis sədrinin 1-ci müavini Afiyəddin Cəlilovla hərbi əks-kəşfiyyat qurumu olan Xüsusi İdarənin rəisi, general-mayor Şəmsi Rəhimov eyni gündə qətlə yetirilmişdilər.
“Baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”
14 ildir açılmamış qalan generalın qətl işi barədə zaman-zaman ən müxtəlif versiyalar səsləndirilib. Qətlin məişət zəminində törədilməsindən tutmuş tikinti biznesi ilə əlaqəli olması haqda versiyalar səsləndiirlib. Mərhum general Rail Rzayevi yaxından tanıyanlar isə deyirlər ki, xaincəsinə planlaşdırılmış qətl birbaşa onun peşə faəliyyəti ilə bağlıdır. Bu xüsusda Azərbaycan xüsusi xidmət orqanı əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, ekspert Ərəstun Oruclunun fikirləri olduqca maraqlıdır. Özünün bloqunda general Rail Rzayevin qətli haqda yazdıqlarını diqqətə çatdırırıq:
“2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin “qəzaya uğramasınadək” baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.
“Çoxsaylı dezinformasiyalar media səhifələrini bəzəməyə başladı”
Ərəstun Oruclu müəllif yazısında generalın qətlindən sonra baş verənlərə diqqət çəkir, onun kimsəsiz birisi kimi dəfn olunduğunu yazır:
- Rail Rzayevə nəinki məzarı başında avtomatlardan açılan atəşləri, hətta dövlət rəsmilərinin dəfndə iştirakı belə çox görüldü. Bir qədər sonra isə generalı qaralayan müxtəlif neqativ tutumlu açıqlamalar dövriyyəyə buraxıldı - generalın guya ailəsinin İsraildə olması, özünün də İsrailə uçmağa biletinin mövcud olduğu, onun biznes maraqlarının toqquşması zəminində qətlə yetirilməsi və s. kimi çoxsaylı dezinformasiyalar media səhifələrini bəzəməyə başladı.
“Rail Rzayev kimsəsizlər qəbristanlığında torpağa tapşırılan birisi kimi dəfn olundu”
Müəllif yazır ki, Rail Rzayevə generala layiq dəfn mərasimi təşkil olunmadı:
- Həmin vaxt nazir olan və Əbu Dabidə silah sərgisində olan müdafiə naziri Səfər Əbiyev təcili Bakıya dönməli idi, ölkənin Milli Təhlükəsizlik Şurasının təxirəsalınmaz iclası çağırılmalı idi. Amma... Azərbaycan Milli Ordusunun generalları arasında belə xüsusi çəkiyə malik olan general-leytenant Rail Rzayev kimsəsizlər qəbristanlığında torpağa tapşırılan birisi kimi dəfn olundu. Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərində “mühüm dövlət tapşırıqlarını” yerinə yetirməkdə davam etdi və başqaları da eynilə. Ümumiyyətlə, belə göründü ki, Rail Rzayev Azərbaycanın ən bəxtsiz generallarından imiş. Onun bir qədər obrazlı desək, günün günorta çağı şəhərin ortasında açıq-aşkar qətlə yetirilməsi, hörmətsiz şəkildə son mənzilə yola salınması, barəsində nüfuzdan salan dezinformasiyaların dövriyyəyə buraxılması azmış kimi, hətta Azərbaycandakı diplomatik korpusun nümayəndələri belə ölkələrinə göndərdikləri məxfi hesabatlarda generalın qətlinin səbəblərini ölkə saytlarından götürülmüş informasiyalarla zənginləşdirmişdilər. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörs Vaşinqtona göndərdiyi “Tam məxfi” qrifli məlumatda Rzayevin qətlinin səbəbini Rauf Mirqədirovun “Zerkalo” qəzetindəki məqaləsindən götürmüşdü. Sonralar bunu WikiLeaks açıqlamalarında görmək mümkün idi. Qeyd edim ki, general Rzayevlə bağlı apardığımız araşdırmalar zamanı onun hansısa biznesə sahib olması məlumatı öz təsdiqini tapmadı. Təbii ki, bu, bizim imkanlarımız çərçivəsində aparılmış araşdırma idi və generalın biznesinin olduğunu istisna edə bilməzdi, amma Azərbaycanda hansı generalın biznesi olmayıb və ya yoxdur ki?
“Bunu Eldar Mahmudovdan dəqiq heç kəs bilə bilməzdi”
Maraqlıdır ki, Rail Rzayevin qətlinin mümkün səbəblərindən biri kimi biznes maraqlarının toqquşması versiyasını kimsə yox, şəxsən milli təhlükəsizlik naziri Eldar Mahmudov açıqlamışdı. Nazir bəlkə heç özü də bilmədən əslində həqiqəti demişdi, çünki Rail Rzayev elə məhz “biznes” maraqları səbəbindən qətlə yetirilmişdi və bunu Eldar Mahmudovdan dəqiq heç kəs bilə bilməzdi. Rail Rzayev Eldar Mahmudovun yaşadığı binaya yaxın binada yaşayırdı və elə sabiq MTN rəhbərinin evinin 20-30 metrliyində də qətlə yetirilmişdi. Bəli, Eldar Mahmudov haqlı idi - Rail Rzayev biznesə görə öldürülmüşdü, amma hansı biznesə?..
Beynəlxalq praktikadan məlumdur ki, silah alqı-satqısında 15 faizlik “bonus” praktikası mövcuddur. Yəni, silah alan tərəf silahı satan tərəfə öncə müqavilədə göstərilən məbləği tam ödəyir və bir qədər sonra onun 15 faizi geriyə - silahı alan tərəfə qaytarılır. Normalda həmin məbləğ ya vasitəçi şirkətə çatır, ya da dövlətin hesabına qayıdır. Rail Rzayevin qətlindən bir qədər sonra onu yaxından tanıyan yüksək çinli bir hərbçi bizimlə söhbətində bildirdi ki, generalın hansısa pul mənimsəmə əməliyyatlarında iştirak etdiyinə inanmır və çox yüksək ehtimalla o, məhz bu cür çirkli əməliyyatların qarşısında ciddi maneə olduğu üçün də aradan götürülmüşdü. Dövriyyəyə buraxılmış başqa bir informasiyaya – Rail Rzayevin, guya Çindən və Dubaydan qaçaqmalçılıq yolu ilə hərbi-nəqliyyat təyyarələrilə ona məxsus yükləri daşıması haqda sualımıza isə həmsöhbətimiz çox çılğın şəkildə etiraz eləmişdi. Hər halda, bunlar da müəyyən göstəricilər idi.
“Eldar Mahmudovun qətlə yetirilmiş general haqqında belə bir versiya irəli sürməsinin səbəbi nə idi?”
Belə olduqda təbii bir sual ortaya çıxır ki, nazir Eldar Mahmudovun qətlə yetirilmiş general haqqında belə bir versiya irəli sürməsinin səbəbi nə idi? Bu suala ən dəqiq cavabı əminəm ki, keçmiş “Ceyms Bondun” özü verə bilər. Bu sualı ona vermək üçünsə yetərincə ciddi əsaslar var. Məsələn, MTN-nin “məxfi müşahidə” (izləmə) xidməti qətlindən bir neçə gün əvvəl Rail Rzayevi niyə izləyirmiş? Həmin izləmə generalın qətlindən 2 gün əvvəl niyə dayandırılmışdı? İzləmə zamanı Rail Rzayevin yaşadığı məkanı öyrənən qrupun aşkarlanması barədə nazir müavini Hilal Əsədova olunan məruzədən sonra məruzəni edən şöbə rəisi niyə bir neçə gün ərzində özünə gələ bilməmişdi? Onunla Hilal Əsədov arasında 2 saata qədər çəkən söhbətin məzmunu, detalları nədən ibarət olmuşdu? Şübhəsiz ki, başqa suallar da ortaya çıxacaq, amma onları gedişatdan asılı olaraq istintaq müəyyənləşdirməlidir. Qətlin istintaqı yenidən aparılacağı halda təbii ki.
“Все это ерунда”
Başqa bir məqam: ölkə məmurlarından birinin hüzr mərasiminə qatılarkən generala ona qarşı sui-qəsd hazırlandığı barədə məlumat verilir. Amma onun yanındakı həmkarı - müdafiə nazirliyinin daha yüksək çinli rəsmisi qıcıqlanaraq “Все это ерунда”, yəni “bunların hamısı boş şeylərdir” deyə sərt cavab verir. Niyə? Söhbət axı ona yox, general Rail Rzayevə qarşı hazırlanmış qətldən gedirdi.
“İzləmə əməliyyatı qətldən 2 gün əvvəl dayandırılmışdı!”
Ərəstun Oruclu Rail Rzayevin qətli ilə “Azərnəşr”in direktoru Əjdər Xanbabayevin Bakıda öz maşınında öldürülməsi işləri arasında maraq doğuran paralel aparır:
- Azərbaycanın yaxın keçmişində (1990-cı il mayın 30-da – E.M) törədilmiş cinayətlərdən olan Əjdər Xanbabayevin qətlində keçmiş təhlükəsizlik polkovniki Sadıx Əliyev ittiham olunaraq həbs edilmişdi. İstintaq zamanı müəyyən edilmişdi ki, Əjdər Xanbabayevin qətlindən əvvəl bir neçə gün ərzində “məxfi müşahidə” xidməti tərəfindən izlənmişdi və izləmə əməliyyatı qətldən 2 gün əvvəl dayandırılmışdı!..
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada (İDDİA)
31 mart 2023 20:42
- Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?
27 mart 2023 18:07
- Azərbaycanlı milyarder Putini tənqid etdi
26 mart 2023 12:42
- Partiyalar çətin durumda - Üzvlük məsələsində hansı problem yaranıb?
25 mart 2023 16:53
- Elmar Məmmədyarovdan SENSASİON açıqlama - 2 ildən sonra...
22 mart 2023 18:48
- Sürücüsü Heydər Əliyev haqda xatirəsini danışdı
22 mart 2023 14:27
- Sibirə sürgün olundu, Xalq artisti ilə eşq yaşadı....
22 mart 2023 10:33
- Məktəb direktoru şagirdləri 600 manata SATIR? -ŞOK
21 mart 2023 00:03
- Kolxoz sədri NÜVƏ əmri verdi - Dünyanı təşvişə salan ADDIM
20 mart 2023 14:18
- Aşıq Ulduzun müğənni qızı İsveçrəyə köçüb
20 mart 2023 14:05
- Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada (İDDİA)
31 mart 20:42
- Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:46
- Prezidentin yüksək vəzifə verdiyi Mikayılov əvvəl MARKETDƏ işləyib
30 mart 18:34
- Prezident SU ilə bağlı yeni dövlət qurumu yaratdı....
30 mart 18:24
- Prezident Dövlət Xidmətinin yeni binasının açılışında
30 mart 16:19
- Zeynəb Xanlarovanın yeni fotosu yayıldı
30 mart 13:16
- Şotlandiyanın müsəlman Baş nazirindən ilk ailəvi - Foto
30 mart 11:20
- “Nar” ardıcıl 4 ildir Müştəri Loyallığı İndeksində liderdir
30 mart 08:49
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 16:21
- Deputat öldü
29 mart 15:47
- “Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı
29 mart 15:30
- Nazir Ali Sovetin sabiq sədrinin qardaşı oğluna vəzifə verdi
29 mart 12:01
- Türkiyədə zəlzələyə görə, 325 NƏFƏR HƏBS olunub
29 mart 11:34
- “Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!
29 mart 09:26
- Fazil Mustafa güllələndi - Yenilənib
29 mart 09:19
- Fuad Osmanovun qızı II Yekaterina obrazında filmə çəkilir - Video
28 mart 17:30
- Rövşən Cavadovun kürəkəni vəfat etdi
28 mart 15:38
- Pakistanlı Şotlandiyanın Baş naziri oldu
28 mart 15:12
- Prezidentin Laçına xüsusi nümayəndəsi təyin edildi
28 mart 13:15
- Neftçalada DSK sədri niyə işdən çıxıb?
28 mart 11:46
- Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
28 mart 09:17
- Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi
27 mart 23:29
- Baş həkim işdən çıxarıldı
27 mart 18:30
- Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?
27 mart 18:07
- Aftandil İsrafilov xəstəxanaya yerləşdirildi
27 mart 16:15
- Partiya sədri danışdı - Partiya niyə özünü buraxdı...
27 mart 14:45
- Mədət Quliyevə yeni müavin təyin olundu
27 mart 13:50
- Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
27 mart 11:21
- Bakı bulvarında müəllim intihar etdi - Foto
27 mart 11:06
- General Rüstəm Muradov vəzifəsindən azad edilib
27 mart 09:07