Yaponiyada 9 bal zəlzələ oldu və 70-90 mərtəbəli binalar uçmadı...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov baş verə biləcək zəlzələlər zamanı Azərbaycandakı tikililərin dözümlülük səviyyəsi, meydana çıxa biləcək problemlərlə bağlı APA-nın suallarını cavablandırıb.
NUH.az xəbər verir ki, E.Əsədov ölkəmizin çox böyük hissəsinin 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsinin isə 9 ballıq ərazidə yerləşdiyini bildirib.
Agentlik rəsmisi deyib ki, bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin – investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur: “Təbii ki, istənilən fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstəririk. Azərbaycanda elə tikililər var ki, onların yaşı 100 illərlə ölçülür. Bunlar arasında orta əsrlərə aid memarlıq abidələri, XX əsrin birinci yarısında tikilmiş binalar var. Hansı ki, onlar heç bir seysmik normalara uyğun inşa olunmayıb. Hətta sovet dövrünün birinci yarısında Azərbaycanda ümumiyyətlə seysmik normalar olmadığından ovaxtkı tikililər üçün belə bir tələb də irəli sürülməyib.
Ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb. Nəhayət, 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur”.
Rəis müavini Bakıda tikinti bumunun 90-cı illərin sonlarında başladığını və 2000-ci ilin 25 noyabr zəlzələsi zamanı kifayət qədər yeni tikilmiş binaların olduğunu xatırladıb: “Həmin vaxt 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə yeni tikilmiş binaların heç biri zərər görmədi, hətta konstruktiv elementləri cüzi də olsa zədələnmədi. Bunu nəzərə alsaq, deyə bilərəm ki, bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır. İkinci növbədə qeyd etmək lazımdır ki, bu müddət ərzində nəzarət mexanizmləri də dəyişib”.
E.Əsədov 2019-cu ildən sonra tikilən binalara seysmoloji rəy verilməsi üçün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəyi olmadan binaların tikintisinə necə icazə verildiyinə dair sualı da cavablandırıb: “Bilirəm ki, bu məsələ əhali arasında böyük bir ajiotaj yaradıb. Özüm sosial şəbəkələrdən uzaq olsam da, yaxınlarım, dostlarım deyir ki, sosial şəbəkələrdə bu haqda yazırlar və böyük panika yaranıb. Qeyd edim ki, bizim tikinti norma və qaydalarında, eyni zamanda, məcəllədə layihələndirmə mərhələsində seysmik tələblər kifayət qədər öz əksini tapıb və buna riayət olunur. Heç bir normativ hüquqi sənəddə Seysmoloji Xidmət Mərkəzinə müraciət və onlardan rəy alınması nəzərdə tutulmayıb. Bu, heç sovet dövründən qalma normativ sənədlərdə belə yoxdur. Lakin praktikada belə bir şey var idi və bəli, bu, 2019-cu ilə qədər davam edib. Seysmoloji Xidmət Mərkəzinin əsas vəzifələri respublikanın seysmik xəritəsinin, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması, seysmologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması, zəlzələlərin proqnozlaşdırılması və digər bu qəbildən olan məsələlərlə bağlıdır. Mərkəz tərəfindən hazırlanan bu xəritələr əsasında ayrı-ayrı obyektlərin layihələndirilməsini və tikintisini aparmaq olmaz.
Həmin xəritələrdən şəhərsalmada ərazilərin ümumi planlarının, yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında istifadə edilir. Çünki bu xəritələr ümumi xarakter daşıyır və konkret ərazilərin mahiyyətini tam açmaq iqtidarında deyil. Bizim məcəlləyə və tikinti normalarına görə, bu xəritələr əsasında seysmik ərazilər müəyyən olunur və hər bir investor tikintiyə başlayanda, buna əsasən ərazisinin seysmik zona olub-olmadığını bilir. Daha sonra hər bir investor, layihəçi layihədən əvvəl konkret tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparır. Bu zaman süxurlardan nümunələr götürülür, onların xüsusiyyətləri araşdırılır, analizlər aparılır, ərazinin seysmik dəyərləndirilməsi və hesabatlar hazırlanır. Konkret ərazinin seysmik həssaslığına əsasən də hansı bala uyğun bina tikilməsi müəyyənləşdirilir. Sonra bu hesabat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orda geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Gördüyünüz kimi, bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir”.
Qurum rəsmisi Bakının relyefinin və tektonik quruluşunun 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermədiyilə bağlı iddialara da aydınlıq gətirib: “Bu fikirlər əsassızdır. 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib”.
E.Əsədov Bayıl yamacında birmərtəbəli, beşmərtəbəli binaların yerində hündürmərtəbəli binaların tikilməsinin yarada biləcəyi təhlükə ilə bağlı da fikirlərini bölüşüb: “Onların hər biri layihə əsasında həyata keçirilir. Təbii ki, Bakının özünün sürüşmə ərazilərinin planı var. Bu plan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidməti tərəfindən tərtib olunub. Həmin ərazilərdə tikintilər dayandırılıb. İstisna hal kimi orada dövlət üçün vacib olan tikintilər həyata keçirilə bilər. O da müəyyən hazırlıq tədbirləri görüldükdən sonra… Həmçinin Bakının bir neçə yerində zəlzələdən sonra yaranmış qırılmalar var ki, bu gün o ərazilərdə tikinti aparılmır. Belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır”.
O əlavə edib ki, bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb: “Bu da onunla əlaqədardır ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə, məhkum olunublar. Beləliklə, qüsurları aradan qaldırmağa heç kim yoxdur. Bu binalardakı qüsurları aradan qaldırmadan istismara qəbulu haqqında qərar verilə bilməz. Bu binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq.
Bizdə 30-40 il əvvəl və ya 1 il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilələr və dəyişikliklərdir. Bu gün biz Bakıda və respublika ərazisində 70-ci illərdə tikilmiş iri bloklu, beton panel binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırıq. Bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamız deyərdim ki, budur. Hesab edirəm ki, bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balans saxlayıcı təşkilat binaların qorunmasına cavabdehdir”.
Agentlik rəsmisinin “Türkiyədə baş verən zəlzələdə binalar bütövlükdə yerlə-yeksan olur. Buna səbəb kimi tikinti materiallarının keyfiyyətsiz olması əsas gətirilir. Azərbaycanda bununla bağlı vəziyyət necədir? Binaların tikintisində istifadə olunan materialların tərkibi standartlara cavab verir, ya yox?” suallarına cavabı aşağıdakı kimi olub:
“Tikinti materialları bizim Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutumuz tərəfindən yoxlanılır. Tikinti meydançasına daxil olan hər betonqarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və s. hamısının sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir”.
“Bakının mərkəzində tikintiyə dövlət nəzarəti hansı səviyyədə həyata keçirilirsə, işğaldan azad olunmuş ərazilərimizdə də o şəkildə nəzarət həyata keçirilir. Artıq Qarabağ zonasında tələbata uyğun olaraq bütün mütəxəssislərimiz yerləşdirilib. Şuşada bizim Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutunun laboratoriyasını açmışıq. O ərazidə aparılan tikinti işlərinin və tikinti materiallarının keyfiyyətinə tam nəzarət edilir. Dediyim kimi, bizim üçün tikintinin Bakı şəhərinin mərkəzində və ya kənarında, yaxud respublikanın digər yerlərində aparılmasının heç bir fərqi yoxdur. Nəzarət tam olaraq həyata keçirilir”,- E.Əsədov əlavə edib.
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- 30 yaşlı qadın Ermənistanın yeni daxili işlər naziri oldu
20 noyabr 2024 22:26
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
- 17 noyabr - Milli müstəqillik salnaməmizin Epiqrafı
17 noyabr 2024 20:49
- Ukrayna dronla vurdu, baş redaktor HƏLAK OLDU - FOTO
17 noyabr 2024 18:11
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00