Çöhrəqanlı: İranda ərəblər, bəluclar təşkilatlanıb, biz isə...
Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış siması, Amerikada məcburi mühacirətdə yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı Mahmudəli Çöhrəqanlının Axar.az-a müsahibəsi:
- Uzun fasilədən sonra Azərbaycana gələcəyinizi bildirmişdiniz. Səfərinizi nə vaxta planlaşdırırsınız?
- Bildiyiniz kimi, 2005-ci ildən Azərbaycana gəlişim mümkün olmayıb. 17 il sonra bu ayrılıq sona çatacaq və yanvar ayının soncu ongünlüyündə 3-4 gün Bakıda olacağam.
- İrandakı etirazların bu qədər uzun müddət davam etməsinin səbəbi nədir?
- Aksiyaların 4 aya yaxındır davam etməsi etirazların inqilab xarakteri almağa başladığı anlamına gəlir. Bunu Avropa ölkələrinin rəsmiləri, siyasi ekspertlər, siyasətçilər də təsdiq edir. Tehran rejimi qarşısında duran bütün insanlara qarşı şiddətli repressiyaya əl atır, uşaq-böyük, qoca-cavan demədən həbs edir, öldürür. 16-17 yaşlı yeniyetmə qızlarımız belə rejimin qətllərindən kənarda qala bilmir. Demək olar ki, fars-molla rejiminin bıçağı artıq xalqımızın sümüyünə dayanıb. Buna baxmayaraq, cinayətkar rejimə qarşı etirazlar davam edir və edəcək. Bu aksiyalar azala, çoxala, yaxud səngiyə bilər, ancaq dayanmayacaq. İnanıram ki, 2023-cü ildə vətənimiz, millətimiz fars-molla rejiminin əsarətindən qurtulacaq. Rejim tarixin zibilliyinə atılacaq, İranda yaşayan xalqlar öz hakimiyyətlərini qura, öz müqəddəratlarını təyin edə biləcəklər.
- İndiki mərhələdə Güney Azərbaycan milli hərəkatının İranda baş verən nümayişlərdə rolu və təsirini necə dəyərləndirirsiniz?
- Təəssüf ki, hazırda bizim hərəkatın təsiri istənilən səviyyədə deyil, bir az zəifik. Pakistanın 9 milyon əhalisi olan muxtar Bəlucistan əyaləti sərhədin İran tərəfində olan bəluclara dəstək verir. Buna görə bəluclar yaxşı təşkilatlanıblar. Onlar çoxdandır İranda fars-molla rejiminə qarşı ciddi mübarizə aparırlar. Silahlanıb və faşist Tehran rejiminə qarşı döyüşür, ölür və öldürürlər. Bu bir gerçəklikdir, vətənini işğaldan azad etmək üçün düşmənini məhv etməlisən.
Ərəblərdə də vəziyyət belədir. Onların yaxınlığında Bəhreyn, BƏƏ, Səudi Ərəbistan, Küveyt var ki, İran ərəblərinə ciddi dəstək verirlər. Xüsusən, Bəhreyn və Ərəbistan onları maddi-siyasi baxımdan dəstəkləyir. Bu səbəbdən İran ərəbləri də təşkilatlanmaq baxımından bizdən daha irəlidədirlər. Ancaq təəssüf ki, bizi dəstəkləyən olmayıb.
Əlbəttə, Azərbaycan Respublikası hakimiyyətinə, xüsusən cənab İlham Əliyevə təşəkkürümüzü bildirir, son çıxışlarına görə minnətdarlığımızı ifadə edirik. Ümid edirik ki, bu çıxışlar teoridən praktikaya keçəcək. Millətimizin Azərbaycanımızın dəstəyinə ciddi ehtiyacı var. İran rejimi Azərbaycan müstəqil olan ilk gündən onun əleyhinə olub. Birinci Qarabağ müharibəsi dövründə də Tehran hakimiyyəti Ermənistana dəstək verib. Bu dəstək əslində 1988-ci ildən başlayıb. Bunu bir neçə erməni rəsmisi də etiraf edərək bildiriblər ki, əgər İran olmasaydı, Ermənistan Birinci Qarabağ müharibəsində də məğlub olacaqdı. İran Azərbaycana qarşı hər zaman qeyri-səmimi olub, əlindən gələn xəyanəti edib və edəcək.
Biz buna hər zaman qarşı çıxmışıq, çıxacağıq da. Ancaq Bakımızda da İranın əməllərinin qarşısını almaq üçün milli şəxslərdən ibarət koordinasiya mərkəzi yaradılmalı, onlara maddi və mənəvi dəstək verilməlidir. Bu, bu günə qədər olmayıb, ancaq Prezident İlham Əliyevin son bəyanatlarından sonra bunun baş verəcəyinə inanıram.
- Azərbaycanlıların milli hüquqlarının təmini ilə bağlı fəaliyyətləri necə, yetərlidirmi?
- Yox, yetərli deyil. Ancaq kəmiyyət baxımından irəliləyiş var. Hazırda milli hərəkatda hakim olan dağınıqlığı aradan qaldırmaq, birləşilmək lazımdır. Sədaqətli və fədakar, vətəninə və millətinə bağlı, sadiq güclərin, təcrübəli kadrların birləşməsinə çalışılmalıdır. İran Azərbaycanda öz amilləri vasitəsilə təxribat törədib, “islam cümhuriyyəti” qurmağa çalışdığı üçün, Azərbaycan hökuməti də sədaqətli güneyli şəxslərə sahib çıxıb, İran rejiminin planlarını pozmaq üçün onları dəstəkləməlidir.
- Xaricdə fəaliyyət göstərən Güney Azərbaycan təşkilatlarını necə qiymətləndirmək olar?
- Açığını deyim, hər məsələnin bir kökü, bazası olmalıdır. Güney Azərbaycanda, xüsusən Təbrizdə məsələyə yanaşma fərqlidir. Əgər onlar birini özlərindən bilməsə, sədaqət və səmimiliyinə, doğmalığına inanmasa, ona dəstək verməzlər. Çöhrəqanlının Təbriz və təbrizliyə oğul olduğunu, sədaqətini sübut etməsi üçün onlarla il lazım gəlib. 1995-ci ildə parlament seçkiləri zamanı təbrizlilərlə 400 görüş, konfrans, toplantımız oldu və bunun nəticəsində indiki Təbriz 673 min səslə Çöhrəqanlını özünün dili, səsi seçib və Tehrana göndərməyi qərara aldı. Ancaq faşist fars rejimi məni separatçılıqda, dinsizlikdə ittiham edərək, parlament əvəzinə Təbriz və Tehran zindanlarına göndərdi. İçəridə kökü, bazası olmayan cərəyan və şəxslər “yel qovan” koluna bənzəyir. Onların içəridə kökü olmadığı, hansı siyasi cərəyana bağlı olduqları məlum olmadığı üçün Güney Azərbaycanda ciddi təsirə malik deyillər. Hələ də bəlli olmayan şəxslər xaricdə oturub daxilə təsir edə bilməzlər. Xaricdə olanlara çox da bel bağlamaq olmaz. Onların ən yaxşı halda sadəcə dörddə biri məsələyə bağlı və səmimi insanlardırlar. Bunların birləşdirilməsi vacibdir. Bir sadiq əsgər bir güvənilməz ordudan daha üstündür. Bu məsələdə, onların vahid mərkəzdə birləşdirilməsində Azərbaycan dövlətinin böyük rolu ola bilər və inanıram ki, bu baş verəcəkdir.
- Xaricdə olan İran müxalifəti, siyasi təşkilat və cərəyanlar daha kəskin açıqlamalar verməyə başlayıb. Xüsusilə də səltənətçilər və xalq mücahidləri təşkilatları… Onların molla rejimindən sonra hakimiyyətə yiyələnmə ehtimalları nə dərəcədə realdır?
- Bizdə olan onlarda yoxdur, onlarda olan isə bizdə. Onların minlərlə mücahidi var, bir çoxu silahlı ola bilər. Onlar İran-İraq müharibəsində 8 il Səddamın yanında idilər. 40 ildən çoxdur Avropa, Amerika və Kanadada yerləşiblər. Bir çox imkanlara sahib olmaqla yanaşı, Avorpa ölkələrinin də bəzilərinin siyasi dəstəyini qazanıblar. Şahçılar, pəhləviçilərdə isə milyardlarla pul var. Ancaq onların xalqın içində, xüsusən azərbaycanlıların arasında bazası yoxdur. Pəhləvilər 1946-cı ildə Pişəvərinin qurduğu milli hökuməti devrdikdən sonra 35 min azərbaycanlını qətlə yetirdi. Biz bunu unutmayacağıq. Bir sözlə onlarda pul var, silah var, bizdə isə vətən və millət var.
Əlbəttə, deməliyəm ki, onlar alternativdir və Güney Azərbaycan Milli Hərəkatına dəstək verilməzsə, biz çətin vəziyyətdə qalacağıq. Ancaq dəstək verilərsə, Güney Azərbaycanda milli hərəkatdan başqa heç kim önə çıxa bilməz. Biz öz vətənimizə, millətimizə sahib çıxa bilərik.
- Hazırkı rejimdən sonrakı mərhələdə Güney azərbaycanlılar hüquqlarını əldə etmək üçün ümumi İran müxalifəti ilə əməkdaşlıq etməli, yoxsa milli təşkilatlar ortaq platforma ətrafında birləşməlidirlər?
- Dediyim kimi, xaricdə sədaqətli millətçi, hərəkatçı çox az, 20-25 nəfər civarındadır. Qalanları başqa cərəyanlardan bu hərəkata gələnlərdir. Bunların bəziləri təkbaşına üç təşkilat qurub. Xaricdə fəaliyyət göstərən təxminən, 200-250 milli hərəkatçının yalnız 10 faizinin üstündə hesab aparmaq olar. Güney Azərbaycan təşkilatları, onların birliyi barədə deyilənlərə çox da fikir vermək lazım deyil, çoxu sözdə mövcuddur.
- Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən güneyli, eləcə də yerli fəal və qurumlara təklifləriniz nə olardı?
- Orada olan sədaqətli və doğru hərəkatçıları bağrıma basıram. Biz onlarsız yoxuq, bizlərin mövcudluğumuz onlara bağlıdır. Onların birliyi çox vacibdir. Birlik olan yerdə bütün diləklər həqiqətə çevrilər. Mən Türkiyə və Azərbaycanda səmimi və fədakar hərəkatçılarımızla, hərəkatın öncülləri ilə əlaqədəyəm və əlaqədə olacağam. Onların birləşməsi və daha aktiv fəaliyyətləri üçün əlimdən gələni edəcəyəm. Bizim əsas uğurlarımızdan biri budur ki, Azərbaycan Milli Hərəkatını İran-fars hərəkatından ayırmışıq. Bu gün Güney azərbaycanlı özünü müstəqil, özgür bilir. Bütün sərvətləri talanan, tapdalanan millətin bir yolu var: istiqlal. O istiqamətdə də irəliləyirik, gələcək bizimdir.
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- İranda HİCABSIZ konsert verən müğənni ilə bağlı qərar
15 dekabr 2024 16:08
- Axır ki, İranda Qərbi Azərbaycan vilayətinə türk VALİ təyin olundu
4 dekabr 2024 14:45
- O niyə İslamdan imtina etmişdi?
28 noyabr 2024 09:30
- Azərbaycanda yeni bələdiyyələr yaradıldı - Siyahı
25 noyabr 2024 15:44
- Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə
16 noyabr 2024 20:40
- İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi
24 oktyabr 2024 16:31
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 2024 14:14
- İranda SPİRTLİ İÇKİDƏN kütləvi zəhərlənmə baş verib, 48 NƏFƏR ÖLÜB
13 oktyabr 2024 23:28
- İranda üçgünlük MATƏM elan edildi
22 sentyabr 2024 20:38
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54