Qara Qarayevin qızı: “Üzeyir Hacıbəyli - bizim olan hər şeydir” - Müsahibə
Bakı şəhərinin mərkəzində, Nizami 49 ünvanında bir muzey fəaliyyət göstərir. Beş yaşlı muzey 105 yaşlı Qara Qarayevin irsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün yaradılıb. Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev ailəsi ilə 30 ilə yaxın bu mənzildə yaşayıb və ilk əsərlərini də burada yazıb. İndi böyük bəstəkarın adını daşıyan həmin muzeyə onun qızı Züleyxa Qarayeva rəhbərlik edir.
Qara Qarayevin ad günü ərəfəsində AZƏRTAC-ın müxbiri onunla ev-muzeyində görüşüb söhbət edib.
Həmin müsahibəni təqdim edirik:
- Züleyxa xanım, beş il bundan əvvəl görkəmli bəstəkarın 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə geniş qeyd olundu, silsilə tədbirlər keçirildi. Eyni zamanda, Qara Qarayevin ev-muzeyi açıldı. Tanınmış bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yazıb. Qara Qarayevli günlərə qayıdanda ilk olaraq yadınıza nələr və hansı hadisələr düşür, nələri xatırlayırsınız?
- Mən əvvəlcə bəstəkar Qara Qarayevin 2018-ci ildə 100 illiyinin keçirilməsi haqqında Sərəncama, eləcə də ev-muzeyinin yaradılmasına görə möhtərəm Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm.
İlk növbədə onu qeyd etmək lazımdır ki, paytaxtdakı Nizami 49 ünvanında yerləşən bu ev əsl ailə ocağı idi. 100 il bundan əvvəl babam Əbülfəz Qarayev gənc həyat yoldaşı Sona xanım Axundovanı bu evə gətirib. Burada onların övladları - atam Qara və əmim Mürsəl, sonradan onların nəvələri, nəticələri dünyaya gəliblər. Məhz bu səbəbdən ev-muzeyinin burada yaradılması tamamilə təbiidir.
- Unudulmaz bəstəkar Azərbaycan bəstəkarlıq məktəbində novator sənətkarlardandır. Bir-birindən uğurlu musiqi əsərləri, təqdimatlar, premyeralar, yaxın-uzaq ölkələrdə konsertlər, ictimai fəaliyyət – bütün bunlar, sözsüz ki, ailəyə ayrılan zamanı məhdudlaşdırırdı. Bütün bunların fonunda onun ailəsinə, övladlarına münasibəti və atanızla ünsiyyətinizi, münasibətlərinizi bilmək maraqlı olardı...
- Dolğun bəstəkarlıq həyatına, sovet ittifaqının ayrı-ayrı şəhərlərinə və xarici ölkələrə daimi ezamiyyətlərə baxmayaraq, o, bizim tərbiyəmizə və təhsilimizə çox diqqətlə yanaşırdı. Atam bizim ilk məsləhətçimiz və dostumuz idi və bu, sonradan gələcək peşəni seçməyimizdə özünü çox güclü şəkildə büruzə verdi. O, bu evdə 1918-1946-cı illərdə yaşayıb. Həmin dövrdə Bakı və Moskva konservatoriyalarında təhsil alıb, özünün Birinci və İkinci simfoniyalarını, 1946-cı ildə Dövlət mükafatına layiq görülən “Vətən” operasını (Cövdət Hacıyevlə birgə), eləcə də xeyli instrumental və vokal əsərlərini bəstələyib.
- Qara Qarayev mənsub olduğu nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Sizcə, onun uğurlarının əsasında nə dayanırdı?
- Gələcək bəstəkarın ilk musiqi müəllimi anası Sona xanım olub. Nənəm pianoda çox gözəl ifa edirdi və oğlunun qeyri-adi istedadını hiss edərək onun inkişafına hər cür yardım göstərib. Atamın musiqidə ilk uğurlu addımlarını atmasında da onun böyük rolu olub. Qara Qarayevin musiqi bacarığı çox erkən yaşda özünü göstərib. O, iki yaşında mahnılar ifa edirdi. Oğlunun bu istedadını görən Sona xanım təhsil almaq üçün onu musiqi məktəbinə qoyub.
- Dövrün ideologiyasına xidmət edənlər bəstəkarı Qərb burjuaziya musiqisinə meyilləndiyinə görə tənqid edirdilər. Əlbəttə ki, bunlar onun yaradıcılığına və səhhətinə təsirsiz ötüşmürdü...
- Qara Qarayev musiqidə novator idi. Məlumdur ki, novatorluq bir qayda olaraq mühafizəkarların və yeniliyi başa düşməyənlərin müqaviməti ilə üzləşir. Əlavə etmək istəyirəm ki, bu və digər əsərin yazılma texnikasını onun ideoloji məzmunu ilə eyniləşdirmək olmaz. Məsələn, dodekafoniya – spesifik və məhdud musiqi-nəzəri termindir (qeyd - Qara Qarayev), ideoloji və estetik baxışların əksi deyil. Yeni əsərlərin yazılması üçün müxtəlif texnikalardan istifadə etməklə yanaşı, milli hisslərə malik olmaq vacibdir.
- Q.Qarayev dahi bəstəkar Üzeyir bəydən dərs alandan sonra Azərbaycan musiqisinin sütununa çevrilən onlarla tələbə yetişdirdi. Onun dövrün yaradıcı adamları ilə münasibətləri necə idi?
- Üzeyir bəy Qara Qarayevin həyatında xüsusi yer tutub. O, həmişə deyirdi: “Üzeyir Hacıbəyli - bizim olan hər şeydir”. Məhz Üzeyir Hacıbəyli sayəsində musiqimiz dünyada tanınıb, sevilib. Onun sayəsində orkestrlər, musiqi teatrları, filarmoniya yaradılıb. Milli kadrların yetişdirilməsi üçün konservatoriyaya Moskva və Leninqraddan ən yaxşı musiqiçilər dəvət olunub. Bütün bu faktlar çox mühümdür, çünki özünü yaradıcılıqda nümayiş etdirmək üçün həqiqi və parlaq istedada məhz yaxşı təhsil kömək edir. Üzeyir Hacıbəylidən estafeti qəbul edən Qara Qarayev həyatının son günlərinədək konservatoriyada işlədi. İş həddən çox idi. O, həm Bəstəkarlar İttifaqında, həm konservatoriyada, həm ictimai həyatda çox mühüm vəzifələr yerinə yetirirdi. Yeni əsərlərin yazılmasına da böyük vaxt sərf edirdi. Buna görə də, ailədə işgüzar ab-hava hökm sürürdü və dostlarla əyləncəyə, söhbətlərə vaxt qalmırdı.
-Dünyaşöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub, səhnə həyatı tapıb. Ona nə vaxtsa xaricdə qalıb fəaliyyətini davam etdirmək təklifi edilib?
- Əlbəttə ki, Qara Qarayev xarici ölkələrdə də çox işləyib və əcnəbi mütəxəssislərlə müştərək bir sıra əsərlər yaradıb. Bolqarıstanda “Tarix dərsi”, Almaniyada “Qoyya və ya idrakın çətin yolu” filmləri üzərində işlərini misal çəkə bilərəm. O, İspaniyada “Don Kixot” filminə musiqi yazıb və s.
Atam dünyanın əksər ölkələrində olsa da, həmişə Azərbaycana, çox sevdiyi doğma Bakıya qayıtmağa can atıb. Bu şəhərdə doğmaları və dostları ilə görüş onun üçün böyük hadisə və xoş ünsiyyət idi.
- Xalq rəssamı Tahir Salahovun çəkdiyi portretə baxanda atanızın xarakterli adam təsiri bağışlayır. Doğrudanmı belə idi, yoxsa?
- Tamamilə doğrudur. Qara Qarayev güclü, iradəli, öz prinsiplərinə heç vaxt xəyanət etməyən, olduqca vicdanlı insan idi.
- Qara müəllim daha çox kimlərin məsləhətinə ehtiyac duyurdu?
- Qara Qarayev üçün yaradıcı məsələlərdə əsas məsləhətçi, müəllim və dost Dmitri Şostakoviç idi.
- Ömrünün son on ilini Moskvada yaşamaq atanız üçün çətin olmadı ki?
- Qara Qarayev Moskvada SSRİ Bəstəkarlar İttifaqının katibi, Bakıda isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsini icra edirdi. O, eyni zamanda, konservatoriyanın professoru idi, kompozisiya sinfini idarə edir, öz tələbələri ilə məşğul olurdu. Həm Moskvada, həm Bakıda o, eyni dərəcədə böyük nüfuz və hörmətə sahib idi.
- Siz və qardaşınızdan başqa dahi bəstəkarın yolunu nəsildə başqa kimlər davam etdirir?
- Qardaşım Fərəclə atamızın yolunu davam etdiririk. Fərəc Moskva Konservatoriyasının professorudur. Mən 20 ildən çox İstanbul Texniki Universiteti yanında Dövlət Konservatoriyasının nəzdində yerləşən məktəbdə işləmişəm, fortepiano şöbəsinə rəhbərlik etmişəm. 2018-ci ildə Qara Qarayevin ev-muzeyi açılanda müəllimlik fəaliyyətimi dayandırdım.
Əmim oğlu Cahangir Qarayev də musiqi yaradıcılığı ilə məşğul idi. O, çox gözəl pianoçu və bəstəkar idi. Təəssüflər olsun ki, o, həyatdan tez köçdü.
Üçüncü nəsildə öz musiqi istedadını Qara Qarayevin nəvələrindən biri – mənim oğlum Zülfüqar Bağırov davam etdirdi. O, Bostonda Berkli Musiqi Kollecinin, Nyu-York Universitetində kompozisiya və caz ifaçılığı sinfinin məzunudur. Zülfüqar universitetdə dərs deyir və müxtəlif konsertlərdə çıxış edir.
- Muzeydə ötən illər ərzində görkəmli bəstəkarın irsinin yaşadılması üçün hansı işlər görülüb?
- Hər şeydən əvvəl qeyd etmək xoşdur ki, muzeyin çoxsaylı ziyarətçiləri Qara Qarayevin həyat və yaradıcılığına böyük maraq göstərirlər. Muzeydə tanınmış musiqiçilərin, eləcə də yaradıcılıq yolunun başlanğıcında olan gənc ifaçıların iştirakı ilə tez-tez müxtəlif tədbirlər keçiririk.
- 19 gündür axtarılan qızın meyiti tapıldı
8 sentyabr 2024 12:44
- Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır - Prezident
8 sentyabr 2024 11:53
- Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
8 sentyabr 2024 10:30
- Ermənilərin Avropaya satdığı Azərbaycan suyu: Bir şüşəsi 2 dollar – FOTO
8 sentyabr 2024 02:52
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
8 sentyabr 2024 02:17
- 2 həkim bir tibb bacısına görə xəstəxananı DÖYÜŞ MEYDANINA çevirdi..
8 sentyabr 2024 01:45
- Boynunuza BUZ qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir
8 sentyabr 2024 01:38
- Türkiyədə İLK QAR YAĞDI
8 sentyabr 2024 00:58
- Bu ölkədə MEYMUNlara görə REFERENDUM keçirilir
7 sentyabr 2024 23:11
- Dünyada daha bir QEYRİ - ADİ REKORD - FOTO
7 sentyabr 2024 22:59
- 19 gündür axtarılan qızın meyiti tapıldı
08 sentyabr 12:44
- Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü
08 sentyabr 12:33
- Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib
08 sentyabr 12:24
- Rusiya 625 mindən çox itki verib – TAM SİYAHI
08 sentyabr 12:16
- Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır - Prezident
08 sentyabr 11:53
- Səttar Möhbalıyev vəzifədən gedərkən nə qədər pul istəyib? - ŞOK İDDİA
08 sentyabr 11:45
- Prokurorluq əməkdaşı yol qəzasında həlak oldu - Foto
08 sentyabr 11:39
- SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
08 sentyabr 11:28
- Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
08 sentyabr 10:30
- Zeynəb Xanlarova ilə Nəsibə Abdullayeva bir arada - FOTO
08 sentyabr 10:21
- Ermənilərin Avropaya satdığı Azərbaycan suyu: Bir şüşəsi 2 dollar – FOTO
08 sentyabr 02:52
- Azərbaycan gözəli Nərmin Səfərova ilə Koreyalı bəyin toyu oldu VİDEO
08 sentyabr 02:36
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
08 sentyabr 02:17
- Mirmahmud Mirəlioğlu yol qəzasına düşdü
08 sentyabr 01:57
- 2 həkim bir tibb bacısına görə xəstəxananı DÖYÜŞ MEYDANINA çevirdi..
08 sentyabr 01:45
- Boynunuza BUZ qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir
08 sentyabr 01:38
- Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas
08 sentyabr 01:28
- Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir - VİDEO
08 sentyabr 01:10
- Türkiyədə İLK QAR YAĞDI
08 sentyabr 00:58
- Tehran daha İranın paytaxtı olmayacaq - YENİ PAYTAXT
07 sentyabr 23:44
- Bu ölkədə MEYMUNlara görə REFERENDUM keçirilir
07 sentyabr 23:11
- Dünyada daha bir QEYRİ - ADİ REKORD - FOTO
07 sentyabr 22:59
- Keçmiş hərbçi arvadını öldürüb intihar etdi
07 sentyabr 22:48
- Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 MİLYON avroluq villanı sökdürdü - FOTO
07 sentyabr 22:32
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
07 sentyabr 21:45
- Ərdoğan bu ölkələrə çağırış etdi: İttifaq yaradaq!
07 sentyabr 21:25
- Lamiyə Vəliyeva növbəti medalını qazandı
07 sentyabr 20:14
- Bakıya giriş məhdudlaşdırılır ? - Şəhər boşaldılmalıdır”
07 sentyabr 19:58
- Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə BİRLƏŞDİRİLİR - SON DƏQİQƏ
07 sentyabr 19:49
- Ətin qiyməti qalxdı -VİDEO
07 sentyabr 19:36