Brejnevin qızı ilə gəzən qaraçı – General Çurbanov bu macəraya görə...

1981-ci ilin son günlərində, yeni il ərəfəsində bir neçə nəfərin SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dünyanın ən böyük sirk səhnələrində milyonların sevgisini qazanan İrina Buqrimovanın yaşadığı binanın qarşısında bəzədilmiş şam ağacı ilə görünməsi ətrafdakılara çox da təəccüblü görünməyib.
Bina sakinləri tanınımış artistə belə hədiyyələrin gətirlməsinin tez-tez şahidi olublar. Moskvanın mərkəzində yerləşən bu binada əsasən tanınmış simalar mənzilə sahib olduğundan bina mühafizə olunub. Mühafizəçilər bu dəfə də belə düşünüblər ki “qonaq”lar pərəştişkarları İrina Buqrimovanı təbrik etməyə gəliblər və onların binaya daxil olmasına maneçilik törətməyiblər. Təxminən 30-40 dəqiqəödən sonra xalq artistini təbrikə gələnlər binanı tərk ediblər. Bir saatdan sonra isə binanın qarşısında Moskva şəhər Daxili İşlər İdarəsinin rəisi və çoxsaylı milislər görünüb...
Xalq artistini “təbrik” etmək əvvəlcədən planlaşdırılıb. Həmin gün İrina Buqrimovanın dövlət tədbirində iştirak edəcəyi, evdə olmayacağı müəyyənləşdirilib. Onun hansı zənginliyə sahib olduğunu isə adi şəhər sakinləri də yaxşı bilib. Buqrimova təkcə məşhur heyvan təlimçisi kimi yox, həm də brilyant kolleksiyaçısı kimi tanınıb. Onun kolleksiyaları o dərəcədə zəngin olub ki, SSRİ-nin bir nömrəli brilyant həvəslkarı olan Qalina Brejneva (SSRİ-nin rəhbəri Leonid Brejnevin qızı), eləcə də ondan geri qalmayan Svetlana Şelokova (SSRİ-nin daxili işlər naziri Nikolay Şelokovun həyat yoldaşı) xalq artistinə həsəd aparıblar. Elə Buqrimovanı”təbrik”ə gələnlərin əsas məqsədi də zinət əşyalarını oğurlamaq olub.
“Təbrik” əməliyyatı uğurla keçib. “Qonaq”lar mənzildən kifayət qədər böyük məbləğdə zinət əşyaları götürə biliblər. Hadisə ilə bağlı dərhal cinayət işi başlanılıb. Şəxsən Leonid Brejnev müvafiq qurumlara lazımi göstərişlər verib.
Bir neçə gündən sonra cinayəti törədənlərin izinə düşmək mümükün olub. Moskvanın “Şeremetyevo” hava limanında Almaniyaya uçmaq istəyən bir şəxs saxlanılıb. Həmin şəxsin çantasında Buqrimovaya məxsus bir neçə zinət əşyası aşkar edilib. Saxlanılan şəxsin mənzilində axtarış aparanda ev daha çox zinət əşyaları satılan mağazanı xatırladıb.
Dindirilmə zamanı tutulan şəxs oğurluda iştirak edən digərlərinin də adını açıqlayıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin Böyük Teatrın solisti Boris Buryatse ilə də sıx əlaqələri var. Bu fakt oğrluqla bağlı açılan cinayət işinin məcrasını dəyişib və istintaqa daha yuxarı instansiyalar müdaxilə edib. O cümlədən SSRİ daxili işlər nazirinin müavini, Qalina Brejnevanın rəsmi həyat yoldaşı Yuri Çurbanov da işə qarışıb.
Maraqlıdır, Boris Buryatse hansı səbəbdən bu oğurluq hadisəsini ən yüksək müstəviyə çıxarıb?
Qeyd edək ki, Buryatse 1946-cı ildə Moskvada qaraçı ailəsində anadan olub. O, Moskvada Teatr İncəsənəti İnstitutunu bitirdikdən sonra “Romen” teatrında çalışıb. Buryatse həmkarları arasında zəngin həyat tərzi ilə fərqlənib və bu, teatrdan aldığı maaşın hesabına olmayıb. Buryatse gənc yaşlarından valyuta, qızıl, brilyant və qiymətli əşyaların alveri ilə məşğul olub. O, həmişə öz geyimi, üstündə gəzdirdiyi zinət əşyaşları və ən bahalı məkanlarda əyləncələri ilə seçilib. Teatr fəaliyyətində Buryatse heç bir perspektiv haqqında düşünməyib. Amma təsadüfi bir görüş onun həyatında hər şeyi dəyişib.
Restoran əyləncələrinin birində Buryatse ilə Qalina Brejneva tanış olublar. O, baş katibin qızından 17 yaş kiçik olsa da bunun fərqinə varmayıb. Adi restoran tanışlığı sevgi romanına çevrilib. Həmin vaxt Qalina Yuri Çurbanovla rəsmi nikahda olub. Onların sevgi macəralarından nəinki Moskva, bütün ölkə xəbər tutub. Çütlük heç kimdən gizlənmədən SSRİ-nin ən yaxşı kurort şəhərlərində istirahət edib, Moskvanın restoranlarında əyləniblər. Nə Brejnev, nə də Çurbanov Qalinanın növbəti eşq oyunlarının qarşısını ala bilməyiblər. Qalina Buryatseyə Moskvanın mərkəzində, Çexov küçəsində mənzil verdirib, onu Böyük Teatra işə qəbul etdirib. Qiymətli hədiyyələrin, xarici avtomobildən tutmuş yapon texnikalarına qədər bəxşişlərin sayı-hesabı olmayıb.
Buqrimovanın evindəki oğurluq və tutulan şəxsin Buryatse ilə yaxınlığı Çurbanov üçün göydəndüşmə fakt olub. Buryatse xalq artistinin evindəki oğurluqda ittiham olunaraq həbs edilib. Bu dəfə Qalina Brejneva öz məşuquna kömək edə bilməyib. Belə ki, Brejnev də Buryatsenin həbsini müsbət qarşılayıb, bununla da qızının onun adına ləkə gətirən utanc əməllərindən qurtulacağını düşünərək istintaqa nəzarəti DTK sədri Yuri Andropova həvalə edib.
İstintaq zamanı Buryatsenin adının Qalina Brejneva ilə hallanması baş katibin qızının şahid qismində istintaqda iştirakı zərurəti yaratması Kremldə böyük narahatlıq yaradıb. Amma Andropov bu məsələni sakitliklə həll edib, Qalina Brejneva istintaqdan kənarda qalıb. Onu da qeyd edək ki, əsas versiyalara görə, Buryatsenin sözügedən oğurluq işində əli olmayıb. Onu bu işə “calayan” Çurbanovun qisas hissi olub. Hələ üstəlik, Buryatse bir neçə oğurluq işində də, o cümlədən tanınmış kinoaktrisa Zoya Fyodorovanın qətlində də çübhəli bilinib. Amma bu şübhələr öz təsdiqini tapmayıb.
Məhkəmə Buryatseni yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, cəzasını Krasnoyarskda çəkib.
Buryatsenin sonrakı taleyi haqqında fərqli faktlar ortaya çıxıb. Bəzi versiyalara görə, o, 1982-ci ildə Çurbanovun göstərişi ilə həbsxanada öldürüblüb. Digər bir versiyaya görə, Buryatse 1986-cı ilin sonunda azadlığa buraxılıb və bir neçə aydan sonra apendisit əməliyyatı zamanı ölüb. Daha bir versiyaya görə isə, türmədən çıxdıqdan sonra Krasnodarda yaşayan Buryatse 1987-ci ilin iyul ayında bir qrup adam tərəfindən şiddətli dərəcədə döyülüb. Yoldan keçənlər onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Əyani fakt isə odur ki, Buryatsenin Krasnodar qəbirstanlığındakı baş daşının üstündə bu tarixlər yazılıb: 4.10.1946 – 7.07.1987.
İlham Cəmiloğlu, Musavat.com
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
6 aprel 2025 00:18
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- Bakı Metropoliteni- ndə yeni rəis
3 aprel 2025 16:26
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26