Prezidentin ayırdığı 9 milyonu mədəniyyət naziri “hop” deyib yedi...

Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kütləvi istefalar, eyni zamanda tanınmış aktyor Hikmət Rəhimovun Prezident tərəfindən serialların çəkilişinə ayrılmış 6 milyon manatın mənimsənilməsi barədə səsləndirdiyi ittihamlar geniş müzakirələrə səbəb olub. Aktyor milyonlarla vəsaitin kimlər tərəfindən ələ keçirildiyini açıqlamasa da, onun fikirlərinə sənət yoldaşlarından dəstək gəlib və H.Rəhimovun həqiqəti dilə gətirdiyi bildirilib.
Bəs 6 milyonu kim “yeyib” və niyə bu barədə araşdırma aparılmır?
NUH.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Xalq artisti, kinorejissor Əbdül Mahmudov sensasion iddialar irəli sürüb:
O, dövlətin ayırdığı pulların kim tərəfindən mənimsənilməsi məsələsinə də toxunub: “Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezident İlham Əliyev sağ olsun ki, müstəqillik dövründə ziyan görən mədəniyyət sahəsinə büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Ovaxtkı nazirin itə də borcu var idi. Ölkə başçısının ayırdığı pul Mədəniyyət Nazirliyi tərəfindən yeyildi. O pulun heç bir faizi kinoya sərf olunmadı. Maliyyə naziri çıxışında demişdi ki, kinoya bu qədər pul ayrılır, amma ortalıqda hələ bir şey yoxdur. Mən də məktub vasitəsilə ona bildirmişdim ki, kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox. Bir də ki, nəyə görə maraqlanmırsınız ki, ayrılan pul gəlib kinostudiyaya çatır, yoxsa yox? Çatmır pul. Pul ayrılıbsa, son qəpiyinə qədər kinoya xərclənməlidir. Bütün pulları Mədəniyyət Nazirliyi “hop” deyib yedi, 5-10 qəpik gözdən pərdə asmaq üçün xərclədilər. İndiki ağır dönəmdə dövlət kinonu yaşatmaq üçün pul ayırırsa, bunu mənimsəmək böyük cinayətdir. O pulu yeyənlərə demək istəyirəm ki, burnunuzdan gəlsin”.
Tanınmış kinorejissor günlərdir gündəmdən düşməyən Azərbaycan Kinematoqrafçılar İttifaqını və sədr Şəfiqə Məmmədovanı da sərt tənqid edib: “Ölkədə bir ittifaq olmalıdır. Bu nədir axı? İki ittifaq var, hərəsinin öz büdcəsi, amma işə yaramırlar. İttifaqın kinonun inkişafında, fəaliyyətində zərrə qədər faydası yoxdur. Kinoya aid olmayan adamlar yığılıb ora. Onları kinostudiyanın qapısından içəri buraxan yoxdur. Bu nə özbaşınalıqdır? Min oyundan çıxırlar, camaat da elə bilir ki, günahkar kinostudiyadır. Şəfiqə xanım, sənin 80 yaşın var, sən nə işlə məşğul olursan? Sənin bu kinoya nə faydan var? İnsanları bölüblər, yarısı orada, yarısı burada. Hərəsi bir-birini topa tutur”.
Şeyx Əbdül onu da qeyd edib ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi təşkilat ləğv olunmalıdır: “12 ildir qurultay çağırılmır. Çünki bilir ki, seçilməyəcək, onu atacaqlar bayıra. Bu da (Şəfiqə Məmmədova-red) özündən yalançı iclas keçirir, sədr seçdirir. Mən əlaqəli şəxslərdən, Mədəniyyət Nazirliyindən xahiş edirəm, bizim ittifaq nizamnaməyə əsasən, 5 ildən bir seçilməlidir və artıq 12 ildir seçilmir. Onlar vəzifələrini tutub, kef edirlər. Dövlətin büdcəsindən özləri üçün maaş düzəldib, qohumlarını, rəfiqələrini başlarına yığıblar. Dövlət bu ittifaqa pul ayırmamalıdır. Kinostudiya ehtiyac içində boğulur, ora kömək etmək lazımdır. Ümumiyyətlə, bu ittifaq ləğv olunmalıdır, çünki heç kimə lazım deyil, sadəcə pul yeməklə məşğuldurlar”.
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
2 aprel 2025 13:26
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 2025 22:22
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45