BİZ NƏYİ VƏ KİMİ GÖZLƏYİRİK !? Novruz Mirzəliyev yazır

BİZ NƏYİ VƏ KİMİ GÖZLƏYİRİK !?
Ölkədə siyasi təhlilçilərimizin bir qismini çıxmaqla, digər siyasi analitiklərimizin əksəriyyətinin şərhləri adamda belə bir təsəvvür yaradır ki, sanki Rusiya “sülhməramlıları”nın beş illik missiyasının başa çatmasını gözləyirik.
Həm də son günlər elə bil ki, mediada və ictimaiyyət arasında ekoloji aksiyaçılar və onların şüarları bir az arxa plana keçmiş və adiləşmiş kimi görünür. Bu hallara baxmayaraq onları dəstəkləmək və həm də onların fədakarlıqlarına böyük dəyər vermək bir vətəndaş kimi hər birimizin borcudur. Amma bütövlükdə bunlarla bərabər hesab edirəm ki, bu və bu kimi addımlarda bir yarımçıqlıq və gecikmələr var.
Görəsən zaman bizim ziyanımıza işləmir ki?
Bu minvalla biz ona kimi öz tədbirlərimizi görməsək, onda nə olacaq ki? Nə dəyişəcək ki?
Kim hansı və necə qaranti verə bilər ki, ona kimi siyasi situasiya hansı məcraya dəyişəcək? Düzdür ölkəmizdə net olaraq, “məmə deyəndən, pəpə yeyənə” qədər heç kim rus “sülhməramlıları”nı sevmir və hamı onların tezliklə Qarabağdan çıxması arzusundadır. Olsun!
Amma ona kimi biz dövlət və millət olaraq öz tədbirlərimizi görməməliyikmi? Ki, Rusiyadan sonra daha təhlükəli oyunçular bölgəyə nüfuz edə bilməsinlər.
Hazırda Qarabağ ətrafında cox gərgin bir siyasi durum yaranıb və böyük güclərin açıq səhnədə artıq baş-başa gəlməsinin kulminasıyasını yaşayırıq.
Əslində hazırki siyasi situasiyaya görə digər beynəlxalq sülh məramlılarındansa, ratifikasiya olunmamış rus “sülhməramlıları” bizim siyasi maraqlarımıza daha uyğundur.
Etiraf edək ki, heç Qərb də bizim qara qaşımızın, gözümüzün vurğunu deyil. Bunu anlamaq üçün sadəcə yaxın yüz illik tarixə bir ekskurs etmək kifayətdir. Keçən əsrin əvvəllərinin tarixi gedişatına nəzər yetirsək görərik ki, heç nəyin mahiyyəti dəyişmir, sadəcə ola bilər ki, qısa zaman kəsiyində yanaşma fərqli olsun. Yüz illərdir dünyanın aparıcı imperialist qüvvələri Türk dünyasının qarşısındadır və anlamalıyıq ki, tək Rusiya deyil, bütövlükdə dünya imperializmi bu konfliktin davamlı olmasında maraqlıdır.
Eyforiyaya qapılıb hesab etməyək ki, günün hadisələri bu gün ancaq bizim əlimizə oynayır.
Müdrik insanlar ən zəif düşmənlərini belə dəyərləndirirlər.
Güman ki, ermənilər hal-hazırda nə qədər zəif olsalar da, yaranacaq növbəti qarşıdurmada, 44 günlük müharibədən ən azından öz nəticələrini çıxarıblar. Düşdükləri nokautun “obmorok”undan qismən də olsa özlərinə gəliblər.
Bir düşüncə adamının belə bir ifadəsi vardır: hər zəfər və məğlubiyyət yeniliyin və sürprizlərin toxumunu daşıyır.
Bir əsas reallıq da ondan ibarətdir ki, təəssüflər olsun ki, müharibə hələ tam bitməyib və bu müharibənin səhnəsi hələ də, başqa ölkənin deyil, Azərbaycanın sərhədlərinin hüdudlarının içindədir.
Biz hələ ki, Qarabağ savaşında yalnız hərbi və psixoloji qələbə əldə edə bilmişik.
Belə ki:
- Onda niyə oturub gözləməliyik ki, nə zaman Rusiya “sülhməramlıları”nın beş illik missiyası başa çatacaq?
- Sərhəddə gömrük və sərhəd keçid məntəqəsinin qurulmasının vaxtı deyilmi !?
Əslində gömrük və sərhəd keçid məntəqəsinin qurulması məsələsi 10 noyabrdan gündəmdə olmalı idi. Amma nə edəsən ki, onda, belə deyək də, siyasi reallıqla barışmaq məcburiyyətində idik.
Aydın məsələdir ki, nə qədər ki, sərhəddə, yəni Laçın yolunda gömrük və sərhəd keçid məntəqəsinin qurulması gerçəkləşməyibsə, erməni hərbiçilərinin tör-töküntüləri Qarabağdan tam çıxmayacaq. Bunu isə gerşəkləşdirmək üçün, Ermənistan siyasi hakimiyyətinin Zəngəzur dəhlizi ilə əlaqəli cığal mövqeyini əsas gətirərək, “Zəngəzur dəhlizi” məsələsini bir müddət kənara qoymaq, Xudafərin – İran – Culfa alternativ yolunu önə qabartmaq, (bununla bir az da İranı neytallaşdırmaq) bu və digər məsələlərə istinadən, təcili şəkildə, gecikdirmədən Laçın yolunda gömrük və sərhəd keçid məntəqəsinin qurulmasını gerçəkləşdirmək mütləq deyilmidir?!
- Hələ 2020-ci ilin noyabr ayından Qarabağın efir məkanında “Susa TV” televiziya kanalının açılması məsələsini sosial şəbəkələrdə, hətta bir neçə dəfə təkrar-təkrar yazaraq önə çəkilməsini qabartmışdım.
Düşünürəm ki, çox vacib və yerində qabardılan bir məsələ idi. Və orada yəqin ki, elə ermənicə də bir neçə saat təbliğat və informativ xarakterli məlumatlar yayılacaqdı. Hamımız gözəl bilirik ki, bu günümüzdə efir məkanı ən güclü təsir vasitələrindən biridir.
Niyə onda “Susa TV” televiziya kanalı hələ də açılmır? Beynəlxalq ictimaiyyət buna təpkimi göstərəcək? Düşünmürəm.
- Niyə Xocalı, Xankəndi, Kərkicahan, Meşəli, Malıbəyli, Narınclar, Çərəkdar, Umudlu və s. kimi saymaqla bitməyən yaşayış məskənlərimizin camaatı ən azından öz evlərini ziyarətə gedə bilmir? Ardınca - 10 noyabr bəyanaməsinin 7. bəndinə əsasən: “daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.” - deyə evinə, kəndinə dönmək davasını döyə bilmir?
Necə olur bizə aid olan bəndlərə biz həmən əməl edirik, amma rus - erməni müttəfiqliyi bizə vacib bəndləri ya pozur, ya da ümumiyyətlə yerinə yetirmir.
Daha əvvəllər də qeyd etmişdim. Necə olur ki, ermənilər Kəlbəcərə, Xocavəndə və sairə alban kilsələrinə, kökü gələcəkdə hansısa siyasi bir iddiaya bağlanacaq ziyarətə gələ bilirlər, amma bizimkilər öz halal torpaqlarının haqq davasını döyməyə çəkinir və ya kiminsə xüsusi icazəsini gözləyir.
Ekoaksiyaçılarla bərabər, paralel olaraq ictimaiyyətin qaçqınlardan ibarət bir hissəsini və aidiyyatı QHT qurumlarını bir neçə istiqamətdən - Xocalı, Ağdərə, Kəlbəcər-Cərəkdar səmtlərindən “EVİMƏ GETMƏK İSTƏYİRƏM!” deyə şüarlarla sistemli və təşkilatlanmış şəkildə aksiyalara cəlb etmək olmazmı?
Beynəlxalq ictimaiyyət bunadamı təpki göstərəcək? Nə əsasla? Düşünmürəm.
- Mobil telefon operatorlarını (“Azercell” “Bakcell” lap elə nə bilim alternativ “Şuşacell” və ya “Qarabağcell”) internet qovşaqlarını genişləndirib, o ətrafda aktivləşdirmək və tədricən Ermənistan telefon və internet operatorlarının fəaliyyətini məhdudlaşdırıb sıradan çıxarmaq mümkünsüzdürmü? Düşünmürəm ki, yox. Hər halda ilkin vaxtlarda bir az siyasi cəhətdən çətinliklər yaratsa da, mümkündür. Ermənilər bir az atılıb düşsə də, onunla da barışmaq məcburiyyətində olacaq.
Bəs, reinteqrasiya deyilən şey necə olmalıdır ki? Hamı reinteqrasiyadan danışır, fəqət ortada reinteqrasiyaya aid hələ ki, üzdə bir şey görünmür.
Düzdür hərçənd ki, Azərbaycanda heç kim erməninin Qarabağda qalmasını da arzulamır.
Hə, son olaraq digər bir tərəfdən də “ağıllı fikirləşincə, dəli vurub çayı keçir”. Qısa zaman kəsiyində Türkiyənin Suriya sərhədlərində "Fərat Qalxanı Əməliyatı"na uyğun antiterror əməliyyatı keçirməklə (təbii ki, dinc əhaliyə toxunmadan) daşnak tör-töküntülərini Qarabağın qalan hissəsindən təmizləmək mümkün deyilmi!?
Bəli, burda artıq beynəlxalq ictimaiyyətin təpkisi ilə üz-üzə qalmaq qorxusu var. Və bunun üçündə güclü siyasi, diplomatik və hərbi hazırlıqlarımız olmalıdır. Diplomatik, siyasi və hətta sosial iqtisadi qələbələrimiz ölkə iqtidarının aparacağı köklü islahatların mahiyyətindən asılı olacaqdır.
Çox şükürlər olsun ki, bu sahələrdə hər cəhətdən hazırlığımız da var.
Nəticədə bütün bu sadalananlar qismən də olsa həyata keçərsə, erməni psixoloji cəhətdən Xankəndinin Azərbaycana aid olduğunu anlamayacaqdırmı?! Həm də bu tədbirlərin sistemli və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi 44 günlük müharibədə nokaut vəziyyətinə düşmüş erməninin baş gicəllənmədən ayılmasına və özünə gəlməsinə imkan verməyəcəkdir.
Bir sözlə biz bütün vasitələrdən istifadə edib, ermənilərin və onların havadarlarının indiki duruma – status kvoya uyğunlaşmasının qarşısını vaxt ötürmədən almalıyıq.
Novruz Mirzəliyev
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 2025 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
9 aprel 2025 23:17
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
9 aprel 2025 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46