Faşizmdən daha təhlükəli FARSİZM

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev öz feysbuk səhifəsində yazıb. Həmin yazını təqdim edirik:
“Hesab edirəm ki, bu Azərbaycan dövlətinə qarşı Tehran rejiminin məsuliyyətsiz davranışlarından biridir və paytaxtın mərkəzində belə bir teraktın törədilməsi İranın hüquq-mühavizə orqanlarının Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin edilməsində “fəaliyyətsizliyinin” nəticəsidir. İran hökuməti bu hadisəyə görə cavab vermək əvəzinə, məsuliyyətndən qaçmaq üçün müxtəlif fərziyyələr uydurur. Vyana Konvensiyalarına görə Tehran birbaşa məsuliyyət daşıyır. Ancaq Fars rejimi bu qanlı hadisəni İran vətəndaşı Yasin Hüseynzadənin adı ilə bağlamağa və şəxsi və ailə problemləri ilə izah etməyə çalışmaqla əslində bu terrorun əsil təşkilatçılarını gizlətməyə, onların cinayətinin üstünü ört-basdır etməyə çalışır. Bu sərsəm açıqlama həm də Tehran hökumətinin əsil qatilləri müdafiə etməsi anlamına gəlir.
Heç şübhə etmirəm ki, bu teraktın arxasında erməni terrorizmi dayanır. Yaxın tariximizdə “Asala” və “Daşnakstyun”un türk diplomatlarına qarşı amansız terrorlarının çox şahidi olmuşuq. Hamı yaxşı xatırlayır, erməni terrorizmi vaxtilə Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyənin səfirliklərinə silahlı hücum edərək qanlı aktlar törədir, diplomatları öldürürdü. Həmin ölkələrdə, xüsusilə də Fransada həmin terror aktları üçün münbit şərait yaradılmışdı.
Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı 30 il ərzində və 44 günlük Vətən müharibəsindən sonra İranın erməni terrorçularını silahlandırması sirr deyil, SEPAH-ın erməni silahlıları ilə bu gün də əlaqəsinin qalması məlumdur. Son günlərdə Ermənistanın müxtəlif qüvvələrinin İranda geniş əl-qol açması, silah ticarəti haqqında razılaşmalar, Fars mollakratiyasının öz “qan qardaşı”na xüsusi qayğı və diqqət göstərməsi, hər iki ölkədə müxtəlif pozuculuq və qanlı toqquşmalara çağırışlar və Azərbaycan əleyhinə fəaliyyətlər bu terrorda da erməni izinin olmasını istisna etmir. Çünki necə vaxtdır ki, İrandakı müxtəlif radikal qüvvələr ermənilərlə birgə Azərbaycana qarşı müxtəlif təhdidlər səsləndirirdi. Bu gün baş verən hadisə bir daha təsdiqləyir ki, həmin cinayətkar şəbəkə öz planını həyata keçirir.
Bu silahlı hücumun Tehranın mərkəzində dövlət binası qarşısında törədilməsi İranın hüquq-mühafizə, təhlükəsizlik orqanlarının “məsuliyyətsizliyi”, terrora münbit şəraitin yaradılmasıdır. Səfirlik xüsusi mühafizə olunan dövlət zonasıdır. Görüntülərdən də aydın olur ki, cinayəti törədən şəxs əvvəlcədən planlaşdırılmış ssenari üzrə binaya daxil olub. Əgər bura avtomat silahla asanlıqla daxil olmaq mümkündürsə, ortaya bir çox suallar çıxır.
Necə olur ki, İran öz “qan qardaşı” Ermənistanın səfirliyini göz bəbəyi kimi qoruyur, erməni diplomatlarının həyatını öz təhlükəsizliyi hesab edir, ancaq Azərbaycanın dövlət yurisdiksayasına aid diplomatik binanın mühafizəsinə dırnaqarası yanaşır?
Həm Azərbaycan səfirliyinin qanlı hücumlara açıq qalması, həm də Tehran rejiminin terror hadisəsi barədə yayındırıcı açıqlamalar verməsi açıq-aşkar erməni dəyirmanına su tökməkdir, erməni terrorizminin geniş əl-qol açmasına imkan verməkdir. Bu, Farsizmin simasının göstəricisidir.
Əgər diplomatik nümayəndəlik belə hücuma məruz qalırsa, onda İranın xüsusi himayə etdiyi erməni cəlladları Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı hər an ağır qətllər törədə bilər.
Hesab edirəm ki, Azərbaycan türklərini qoruya bilməyən və erməni ilə işbirliyində olan Farsizmdən soydaşlarımızı qorumaq üçün beynəlxalq səviyyədə təhlükəsizlik tələb etməliyik.
Bu terror zamanı həlak olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərov Azərbaycanın cəsur və qorxmaz övladı kimi Şəhidlik Zirvəsinə ucaldı.
Həlak olmuş qəhrəmanımızın ailəsinə baş sağlığı verir, allahdan səbr, yaralıların tezliklə sağalmasını diləyirəm”.
Vaqif Abdullayev
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 2025 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 2025 23:35
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45