Bakıda kollecdə dava - sən müəllim yox, mal otaransan

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində tələbələrlə müəllim arasında dava olub.
Qaynarinfo-nun məlumatına görə, hadisə kollecin bufetində baş verib. Belə ki, tələbə Sərrafi Ələkbərzadə yeməkxanada növbətçi olan zaman nizam-intizama nəzarət edərək, tələbələrin bəzi qaydalara riayət etməsini tələb edib. Bu zaman həmin kollecin ingilis dili M.Nərmin adlı müəlliməsi Sərrafi Ələkbərzadədən ucadan danışmamasını tələb edib və aralarında mübahisə yaranıb.
Hadisədən bir neçə gün sonra isə M.Nərmin və həyat yoldaşı kollecin rəhbərliyinin yanına gələrək, yenidən tələbə və kollec kollektivinin yanında rəhbərliyə qarşı nalayiq ifadələr işlədib, hədə-qorxu gəliblər. Hətta kollec rəhbərliyinə təzyiqlər göstərildiyi üçün müəllim və həyat yoldaşı barəsində polisə şikayət olunub.
Nəhayət hadisəyə Elm və Təhsil Nazirliyi də müdaxilə edib. Nazirliyin əmri ilə Bakı Texniki Kollecinin ingilis dili müəlliminin əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə uyğun olaraq xitam verilib.
Şikayətə Nərimanov Rayon Məhkəməsinin hakimi hakimi Aytən Novruzovanın sədrliyi ilə baxılıb. Sərrafi Ələkbərzadə zərçəkmiş kimi ifadə verərək deyib ki, müəllim ictimaiyyət arasında onu küçə söyüşləri ilə təhqir edib, özünün, ata və anasının şərəf və ləyaqətini alçaldıb. Bakı Texniki Kollecinin "nəqliyyat vasitələrinin texniki istismarı” fakültəsinin 60 A qrupunun digər tələbələri də müəllimin söyüşlərinə etiraz ediblər.
M.Nərmin cavabdeh qismində məhkəmədə ifadə verərək Sərrafi Ələkbərzadəyə bir müəllim kimi irad tutduğunu, qışqırıb səs-küy salmamasını bildirib. Bildirib ki, bundan 5-10 dəqiqə sonra Sərrafi Ələkbərzadə 5-6 tələbə yoldaşı ilə kobud şəkildə dərs dediyi auditoriyaya daxil olub, onu kolidora çıxardaraq, barəsində "sən müəllim deyilsən, savadsızın birisən” , "sənin diplomun saxtadır”, "dərs demək hüququn yoxdur”, "sən müəllim yox, mal otaransan” və s. təhqiramiz və böhtan xarakterli ifadələr işlədib. Amma həmin tələbələr iddiaçı qismində onun barəsində məhkəməyə şikayət ediblər.
Sərrafi Ələkbərzadə müəllimin hərəkətləri nəticəsində ona 10 min manat məbləğində maddi və mənəvi ziyan dəydiyini, bunun qarşı tərəfdən ödənilməsini məhkəmədən xahiş edib.
Məhkəmə qərar verib ki, iddiaçı tələbələrin "şərəf və ləyaqətin müdafiəsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Sərrafi Ələkbərzadənin müəllimə qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi də təmin olunmayıb.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovdur.

Oxşar xəbərlər
- Macarıstan XİN başçısı Azərbaycana gəldi
3 fevral 2023 11:16
- Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
3 fevral 2023 09:05
- Polisdən qeydiyyatdan çıxarılma məsələsi parlamentdə qaldırıldı
1 fevral 2023 15:22
- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı
31 yanvar 2023 22:31
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
31 yanvar 2023 10:55
- Bakıda tanınmış şəxsin vəzifəli oğlu özünü öldürdü
29 yanvar 2023 18:52
- Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...
28 yanvar 2023 13:40
- “Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi..
25 yanvar 2023 16:45
- Vidadi Zeynalov uzun fasilədən sonra danışdı - sensasion müsahibə
25 yanvar 2023 12:47
- Gicgaha dəyən son güllə, uğursuz ailə həyatı, ataya verilən söz
22 yanvar 2023 20:42
Xəbər lenti
- Qanlı gölün və Poxlu dərənin adı dəyişdiriləcək....
03 fevral 18:51
- Məşhur "Poxlu dərə"nin və “Qanlı göl”ün adları dəyişdirilir
03 fevral 18:16
- Baş soxan gömrük rüsumundan azad edildi
03 fevral 16:28
- Azərbaycanda QAYİB-a görə Korrupsiya İdarəsi əməliyyat keçirdi...)))
03 fevral 16:21
- Gözəllik salonundan 12 kq narkotik çıxdı - Foto
03 fevral 13:43
- Rusiya Ukraynada 200 min əsgər itirib
03 fevral 13:26
- Azərbaycanda ilk: Bələdiyyə sədri icra başçısını məhkəməyə verdi
03 fevral 11:26
- Macarıstan XİN başçısı Azərbaycana gəldi
03 fevral 11:16
- Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
03 fevral 09:05
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
02 fevral 23:16
- Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
02 fevral 18:50
- Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi
02 fevral 18:09
- Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına namizəd oldu
02 fevral 16:16
- “Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
02 fevral 16:06
- Kamran Əliyev MÜQƏDDƏSİ işdən azad etdi
02 fevral 15:58
- Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını qaytardıŞOK
02 fevral 14:27
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
02 fevral 13:12
- İran cəsus şəbəkəsinin “qurbanlıq fanatları”
02 fevral 11:12
- Martda 14 gün iş olmayacaq
02 fevral 10:59
- Ərdoğan İlham Əliyevə “Togg” verəcək
02 fevral 10:41
- Bu gün Gənclər Günüdür
02 fevral 08:20
- Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
01 fevral 22:58
- Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
01 fevral 22:23
- “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur”
01 fevral 21:58
- Saakaşvilinin son görüntüləri yayıldı - Fotolar
01 fevral 21:41
- Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi
01 fevral 17:44
- Gültəkin Hacıbəyliyə bəraət verildi
01 fevral 16:53
- Polisdən qeydiyyatdan çıxarılma məsələsi parlamentdə qaldırıldı
01 fevral 15:22
- Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!
01 fevral 14:03
- Sumqayıtda 46 milyon borc qalmaqalı: Fərəcov pulları hara xərcləyib?
01 fevral 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya