- Ödəmə terminalının qarşısında vurub kişinin gözünü çıxardı
- İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verib: Saatı 60 manata FOTO
- Toyuğun "sürpriz" yumurtası görənləri ŞOK etdi
- Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxdı
- Göyçayda güclü qasırğa: İki nəfər öldü, yaralananlar var FOTO
Səməd Vurğunun dəfnindən nadir KADRLAR –66 İL ƏVVƏL VİDEO

Azərbaycanın xalq şairi Səməd Vurğunun dəfni ilə bağlı nadir kadrlar yayımlanıb.
Azpost.info bildirir ki, həmin unikal kadrlarda izdihamlı dəfn mərasimi və orada iştirak edənlər əks olunub.
Fəxri duruşda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi İmam Mustafayevi, Nazirlər Sovetinin sədri Rəhimovu, SSRİ xalq artisti Ələsgər Ələkbərovu, şairin ailə üzvlərini və digər şəxsləri görmək olar.
FOTO: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi İmam Mustafayev mərasimdə
Kadrlarda daha sonra böyük insan kütləsinin müşayiəti ilə cənazənin Fəxri Xiyabana gətirilməsi göstərilir. Dəfn mərasimində xalq yazıçısı Süleyman Rəhimov və digər tanınmış şəxslər çıxış edir.
Xalq şairi Səməd Vurğun 27 may 1956-cı ildə vəfat edib. Onun şeirlərinin möhtşəm lirikası, sadəliyi və məna gözəlliyi şairi xalq arasında sevilən şəxsə çevirmişdi.
FOTO: SSRİ xalq artisti Ələsgər Ələkbərov vida mərasimində
Səməd Vurğunun yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur və özündən sonra gələn ədəbi nəslə böyük təsir göstərib. Şairin məşhur “Azərbaycan” şeiri ölkəmizin vizit kartı sayılır.
Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairidir. (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı olub. Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956) postunu tutub. Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Azpost.info
FOTO: Məşhur yazıçı Abdulla Şaiq vida mərasimində
FOTO: Şairin oğlu Vaqif Səmədoğlu atası ilə vidalaşarkən…
- Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxdı
1 iyun 2023 07:51
- Bakıda ağcaqanad, rayonda itlər, ilanlar... Yığaq Çinə sataq?
31 may 2023 15:08
- İşığı daha üç nəfər öləndən sonra yandırdılar - Video
31 may 2023 07:44
- Riqada Puşkinin abidəsi şəhərin mərkəzindən götürüldü və anbara....
31 may 2023 07:31
- Elnarə Abdullayeva: “Mən cavan olmamışam, oğlan sevməmişəm” VİDEO
30 may 2023 22:50
- Taksi sürücüsü sərnişinin telefonunu əlindən alaraq onu yerə itələdi VİDEO
30 may 2023 11:09
- Ata, Maştağada məni döyürlər- Psixiatriya xəstəxanasında dəhşət VİDEO
30 may 2023 07:38
- Zuğulba çimərliyi yenidən hasarlanır (VİDEO)
29 may 2023 11:05
- Ərdoğanın tərəfdarları qələbəni qeyd edir - Video
28 may 2023 21:52
- Berlində güney azərbaycanlılar etiraz aksiyası keçirib - YENİLƏNİB-2
28 may 2023 11:17
- Bakıda 175 saylı avtobusda silahlı manyak peyda olub
01 iyun 11:44
- Bu gün tanınmış rəssam Yusif Mirzənin doğum günüdür
01 iyun 11:00
- Ödəmə terminalının qarşısında vurub kişinin gözünü çıxardı
01 iyun 10:40
- İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verib: Saatı 60 manata FOTO
01 iyun 08:40
- Toyuğun "sürpriz" yumurtası görənləri ŞOK etdi
01 iyun 08:33
- Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxdı
01 iyun 07:51
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 07:39
- Göyçayda güclü qasırğa: İki nəfər öldü, yaralananlar var FOTO
01 iyun 07:32
- Dövlətə xəyanətdə ittiham olunurdu, bəraət aldı
31 may 22:24
- Qoruq və muzeylərə əcnəbilər üçün giriş qiymətləri dəyişir
31 may 22:06
- Kişineuda Azərbaycan və Moldova Prezidentlərinin görüşü oldu - Fotolar
31 may 21:40
- Latviyanın XİN rəhbəri Prezident seçildi
31 may 18:19
- Bakıda ağcaqanad, rayonda itlər, ilanlar... Yığaq Çinə sataq?
31 may 15:08
- Türkiyə prezidentləri: paşalar, ərzurumlu dostlar, xuntaçılar, baş nazir....
31 may 08:12
- İşığı daha üç nəfər öləndən sonra yandırdılar - Video
31 may 07:44
- Riqada Puşkinin abidəsi şəhərin mərkəzindən götürüldü və anbara....
31 may 07:31
- Elnarə Abdullayeva: “Mən cavan olmamışam, oğlan sevməmişəm” VİDEO
30 may 22:49
- Türkiyədə parlament seçkilərinin yekun nəticəsi açıqlandı
30 may 18:57
- Azərbaycanlının öldürdüyü rusiyalı biznesmenin xanımı 10 milyon təzminat istədi
30 may 18:49
- Habil Vəliyev 50 yaş - YUBİLEY...
30 may 18:39
- Prezidentlərin təkbətək görüşü oldu
30 may 14:35
- Terrora uğrayan millət vəkili Milli Məclisin plenar iclasına qatıldı və olaydan danışdı
30 may 13:24
- Taksi sürücüsü sərnişinin telefonunu əlindən alaraq onu yerə itələdi VİDEO
30 may 11:07
- Polkovnik-leytenant intihar etdi
30 may 10:53
- Ata, Maştağada məni döyürlər- Psixiatriya xəstəxanasında dəhşət VİDEO
30 may 07:38
- Kosovoda 41 NATO hərbçisi yaralandı: Vuçiç xalqa müraciət edəcək
30 may 01:06
- 570 il sonra - Fotolar
29 may 22:29
- “Şofer Əhməd” vəfat etdi
29 may 22:20
- Serbiya - azad ölkədir, Rusiya quberniyası və Amerika koloniyası deyil
29 may 15:38
- Zuğulba çimərliyi yenidən hasarlanır (VİDEO)
29 may 11:05