İcra başçısının Avstriyadakı 3.6 milyon avroluq biznesi ... (FOTOLAR)
Maqazin21 yanvar 2023 11:00

AZPOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürov Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə edir. Söhbət S.M.A.N BUSİNESS SOLUTİONS GMBH-dən gedir”.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
C.Həsənli qeyd edib ki, Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir:
"Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə konsultativ xidmətlərə görə milyonlarla manatlıq tenderlər əldə edən 10-20 manatlıq şirkətlər Vyana üzərindən idarə olunur. BNA-dan iki il əvvəl 2.14 milyon manatlıq tender əldə edən "ALPİNA PARKİNG CONSULTİNG” MMC Avstriyada ALPINA PARKİNG GMBH Almaniya şirkəti ilə ortaq yaradılıb.
Şirkət Bakıda NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında hüquqi qeydiyyatdadır. Burada qeydiyyatda olan digər şirkət - ORN GROUP MMC ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 4 milyon 144 min manatlıq tender əldə edib. ORN GROUP 2004-cü ildə Bakıda, onun uzantısı ORN GMBH isə 2008-ci ildə Avstriya paytaxtında yaradılıb. ORN GMBH (https://www.orn-group.com/) Vyanada Reisnerstraße 61 ünvanında yerləşir. Əvvəllər şəxsən Ziyəddin Əliyevin özünün təsis etdiyi, sonradan oğlu Nicat Əlibəylinin idarəçiliyinə verilən S.M.A.N Business Solutions GMBH də burada fəaliyyət göstərir. Şirkətin adı təsisçilərin adlarının baş hərflərindən (Orxan, Ramin, Nicat) götürülüb. Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli Vyanada "Kenny" restoranlar şəbəkəsinə də 25 faizlik payla şərikdir.
Vyanadakı iri şirkətlərdən olan PKE Holding AG ORN GROUP-un tərəfdaşıdır və onun hüquqi qeydiyyatda olduğu ünvanda PKE CASPİAN MMC adı ilə özünün Azərbaycandakı qolunu təsis edib. Avstriya paytaxtında "ESPRESSO MOBİL" brendi ilə yeni-yeni təşəkkül tapmağa başlamış eyni adlı şirkət də Ziyəddin Əliyevin meneceri sayəsində Azərbaycanda "ESPRESSO MOBİL AZE" MMC adı ilə NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında qeydiyyatdan keçib.
Qubanın icra başçısının Ukraynada sahib olduğu asfalt zavodu və bu ölkəyə rəsmi investisiya şəklində yatırdığı 7 milyon avronun mənbəyi ilə bağlı indiyədək heç bir aydınlıq yoxdur”.
Oxşar xəbərlər
- Azərbaycanda ilk: Bələdiyyə sədri icra başçısını məhkəməyə verdi
3 fevral 2023 11:26
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
2 fevral 2023 23:16
- Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
2 fevral 2023 18:50
- “Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
2 fevral 2023 16:06
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
2 fevral 2023 13:12
- Saakaşvilinin son görüntüləri yayıldı - Fotolar
1 fevral 2023 21:41
- Sumqayıtda 46 milyon borc qalmaqalı: Fərəcov pulları hara xərcləyib?
2 fevral 2023 12:36
- Prezidentimiz seriallara 6 milyon ayırdı, basdılar yedilər - Video
1 fevral 2023 11:52
- İcra başçısı bağçalarda uşaqların SÜDÜNÜ içirmiş....
31 yanvar 2023 23:14
- Prezident TAZƏ nazir müavini təyin etdi
31 yanvar 2023 22:19
Xəbər lenti
- Qanlı gölün və Poxlu dərənin adı dəyişdiriləcək....
03 fevral 18:51
- Məşhur "Poxlu dərə"nin və “Qanlı göl”ün adları dəyişdirilir
03 fevral 18:16
- Baş soxan gömrük rüsumundan azad edildi
03 fevral 16:28
- Azərbaycanda QAYİB-a görə Korrupsiya İdarəsi əməliyyat keçirdi...)))
03 fevral 16:21
- Gözəllik salonundan 12 kq narkotik çıxdı - Foto
03 fevral 13:43
- Rusiya Ukraynada 200 min əsgər itirib
03 fevral 13:26
- Azərbaycanda ilk: Bələdiyyə sədri icra başçısını məhkəməyə verdi
03 fevral 11:26
- Macarıstan XİN başçısı Azərbaycana gəldi
03 fevral 11:16
- Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
03 fevral 09:05
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
02 fevral 23:16
- Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
02 fevral 18:50
- Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi
02 fevral 18:09
- Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına namizəd oldu
02 fevral 16:16
- “Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
02 fevral 16:06
- Kamran Əliyev MÜQƏDDƏSİ işdən azad etdi
02 fevral 15:58
- Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını qaytardıŞOK
02 fevral 14:27
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
02 fevral 13:12
- İran cəsus şəbəkəsinin “qurbanlıq fanatları”
02 fevral 11:12
- Martda 14 gün iş olmayacaq
02 fevral 10:59
- Ərdoğan İlham Əliyevə “Togg” verəcək
02 fevral 10:41
- Bu gün Gənclər Günüdür
02 fevral 08:20
- Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
01 fevral 22:58
- Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
01 fevral 22:23
- “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur”
01 fevral 21:58
- Saakaşvilinin son görüntüləri yayıldı - Fotolar
01 fevral 21:41
- Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi
01 fevral 17:44
- Gültəkin Hacıbəyliyə bəraət verildi
01 fevral 16:53
- Polisdən qeydiyyatdan çıxarılma məsələsi parlamentdə qaldırıldı
01 fevral 15:22
- Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!
01 fevral 14:03
- Sumqayıtda 46 milyon borc qalmaqalı: Fərəcov pulları hara xərcləyib?
01 fevral 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya