Redaktorun “peşəkarlığı” - Əli bəy Azəri yazır

İntiqam Qasımzadənin tanınmağa nə ehtiyacı var?
II YAZI
Azərbaycanda onlarla müxtəlif təyinatlı jurnal, qəzet, sayt, xəbər agentlikləri fəaliyyət göstərir. Onlardan bəzilərinin redaktorları cəmiyyət tərəfindən kifayət qədər yaxşı tanınır. Heç şübhəsiz ki, tanınmaq redaktorların işi, peşə fəaliyyətləri ilə əlaqədardır. Lakin bu günə kimi cəmiyyətə hansınınsa “peşəkar redaktor” kimi tanıtmağa cəhd göstərildiyini müşahidə etməmişəm. Ümumiyyətlə, otuz illik müstəqil inkişaf prosesində hələ də ələnməkdə olan mətbu və ədəbi nəşrlər sırasında peşəkar, yaxud qeyri-peşəkar məsələsi daha gündəm mövzusu deyildir. Söz azadlığı təmin olunmuş hüquqi dövlət Azərbaycan Respublikasında mətbuat və ədəbiyyatın inkişafında artıq müəyyən yol keçilmişdir ki, bu da peşəkarlığın artırılmasında təcrübə funksiyasını oynamışdır.
“Azərbaycan” jurnalının onuncu (2022) sayında çap olunmuş müsahibə ilə bağlı münasibətim cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Tərəfsizlik, dürüstlük mövqeyi göstərənlərdən fərqli olaraq kortəbii şəkildə jurnalın baş redaktoru İntiqam Qasımzadənin müdafiəsinə qalxanlar çoxluq təşkil etdi. Hələ də demokratikləşməkdə olan cəmiyyətdə bu, gözləniləndir və tərəfimizdən anlaşıqlı qarşılanır. Belə ki, onların şəxsini müdafiə etməyə cəhd göstərdikləri baş redaktorun peşə fəaliyyətindən xəbərləri yoxdur. Sözsüz ki, jurnalın son bir ildə hansı qüsur və nöqsanlarla çap olunduğundan da məlumatsızdırlar. Eyni zamanda səksən yaşını haqlamaqda olan, bu vaxta qədər özünü ədəbiyyat və mədəniyyət sahəsində bacardığı qədər tanıdan bu adamın yersiz arqumentlərlə cılız müdafiəyə, məncə, ehtiyacı yoxdur. Bununla baş redaktora yarınmağa çalışan bəziləri özlərini gülünc vəziyyətə salırlar.
Onlardan fərqli olaraq mən İntiqam Qasımzadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan” jurnalını vaxtaşırı oxuyuram. Dəfələrlə avtobusda, metroda və digər ictimai yerlərdə vətəndaşlardan yaxınlaşıb fikirlərini ifadə edənlər olub:
- “Azərbaycan” jurnalı indi də çıxır?
- Bu, həmin o məşhur “Azərbaycan” jurnalıdır?
- Bir vaxtlar necə də sevə-sevə oxuyardıq. Heyf... o jurnaldan...
- Bu jurnal əvvəlki jurnal deyil, bayağıdır, oxumağa bir şey tapmırsan... və s. və i.a...
Bəli, bu cür ifadələrlə dəfələrlə üzləşmişəm və bunu yoxlamaq üçün istənilən şəxsin eksperiment keçməsi mümkündür. Nəzərə alsaq ki, son 25 ildə ədəbi-bədii dərgiyə İntiqam Qasımzadə rəhbərlik edir, onda jurnalın səviyyəsinin (reytinqinin) aşağı düşməsində onun xidmətləri danılmazdır. Boş yerə “elin gözü tərəzidir”, - deməyiblər.
Jurnalın səviyyəsinin aşağı enməsini müəyyənləşdirmək məqsədilə son bir ildəki nəşrləri vərəqləmək kifayətdir. Yanvar, 2022-ci il sayında Hafiz Əmirxanovun mübarək şəkili və imzası altında dörd qəzəl çap olunub. Həmin qəzəllər bir ay sonra çıxan jurnalın fevral (2022) sayında təkrarən Hafiz Əlimərdanov imzası altında verilib. Son vaxtlar az sayda şair qəzəl yaradıcılığı ilə məşğul olduğundan belə incə məqam dərhal oxucunun gözünə sataşır. Çox təəccüb edirəm ki, jurnalın orqanı olduğu Azərbaycan Yazıçılar Birliyi üzvlərindən heç kimin bundan xəbəri olmayıb. Heç “peşəkar baş redaktoru” kortəbii müdafiə edənlər də bunu görməyiblər. Məncə, görüb xəbər tutsaydılar, dərhal rəhbərliyə məlumat çatdırardılar.
İndi siz deyin, peşəkarlıq budurmu?
Fərz edək ki, qəzəllər Hafiz Əlimərdanlınındır və səhvən başqasının adı və şəkli altında çap olunub. İstənilən redaktor bunu jurnalın növbəti nömrəsində qeyd edib, müəllifdən və oxuculardan üzr istəməli, əsl qəzəl sahibinin yaradıcılığından yeni nümunələr çap etdirməli idi. Bəs İntiqam Qasımzadə necə edib?
Budurmu peşəkarlıq?
“Azərbaycan” jurnalının mart-aprel (2022) (iki ayda bir nömrə jurnal çıxartmaqla bunlar nəyə nail olmaq istəyirlər – növbəti yazılarımda buna aydınlıq gətirəcəyəm) sayında kifayət qədər yaxşı tanınan, oxucular və xüsusən də gənc qələm sahiblərinin sevimlisinə çevrilmiş bir imza sahibinin romanı çap olunub. Jurnalda roman, özü də kiçik həcmli romanın çap olunması oxucular üçün də sevindiricidir. Elə romanın ilk səhifəsində dalbadal iki cümlə “idi” ilə bitir. (“Bu qız İlahənin rəfiqəsi Lamiyə idi. Onların evi üç fin yuxarıda idi”. Səh.24) Bu, necə olub ki, “peşəkar baş redaktor”un diqqətindən yayınıb? Bəs İntiqam Qasımzadə müsahibəsində deyir ki, peşəkarlıq “başqasının əsərinə özününkü kimi yanaşmaq, qayğı göstərməyi bacarmaq, öz yazısı kimi baxmaq” deməkdir. Budurmu “peşəkar baş redaktor”un əsərə can yandırmağı? Özü də kimin əsərinə? İntiqam Qasımzadəyə hər yerdə böyük hörmət və ehtiramla yanaşan, yeri gəldi-gəlmədi haqqında ağızdolusu təriflər yağdıran bir adamın əsərinə belə “qayğı” göstərmək anlaşılandırmı?
Sonrakı səhifələrdə nə qədər desən nöqsan var. Adamda belə təəssürat yaranır ki, müəllif (səhvən, ya təsadüfən) əsərinin qaralamasını göndərib və redaksiya işçiləri baxmadan çapa veriblər.
“...heç vaxt onları naümid (?) qoymurdu, onlara analıq edirdi”.
“...nəsə çətinliyiniz olsa, evdəkiləri narahat etməyin, nə sözünüz olsa, mənə deyin”.
“...əlləriylə onun yanağından göz yaşlarını silir, ona ürək-dirək verirdi”.
“...sorğu-suala tutmağa başladı”.
“...danışmağa başladı”. (bura qədər 25-ci səhifədəndi)
“...köksünü ötürüb dedi:”
Dalbadal “...bu məhəlləyə”, “Bu məhəllələrdə...”, “Bu məhəllələrdə...” (səh.26)
“Sazaq adamları kimi evlərə təpmişdi...” (səh.49)
“...qarsaladı...” (səh.51)
...və digər yamaq və yerinə düşməyən epizodlar...
Başqa bir adamın yazısında (səh.104) bir cümlədə üç dəfə “ki” bağlayıcısı işlədilib. (Yeri gəlmişkən, bunu xüsusilə qeyd etməliyəm. Üç və daha artıq “ki” bağlayıcısını “Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri 75 yaşını çoxdan arxada qoymuş Məmməd Oruc və digər məşhurlar daha çox işlədirlər. Onlar və Məmməd Orucun əsərləri barədə ayrıca yazım olacaq)
İntiqam Qasımzadə
Təkcə 2022-ci ildə deyil, başqa illərdə də jurnalın nəşrində ciddi nöqsanlar olub. Bir vaxtlar bəh-bəhlə təriflənən, cəmiyyətə böyük yazıçı kimi tanıtdırılmağa cəhd göstərdikləri, sonda cəmiyyətin mənfi “əxlaq kodeksi”nə çevrilən Hüseynbala Mirələmovun zəif, cəmiyyətə heç bir mənəvi və estetik zövq aşılamayan əsərləri neçə illər “Azərbaycan” jurnalının səhifələrini bəzəyib.
Jurnalın çapından xəbəri olmadan kortəbii şəkildə İntiqam Qasımzadəni müdafiə etməyə cəhd göstərənlər buyurub kitabxanalara müraciət edə, müxtəlif nüsxələrini götürüb sevə-sevə oxuya bilərlər.
İntiqam Qasımzadənin kortəbii müdafiəsinə qalxanlar həm də məni fərdi düşünməkdə qınayırlar. Son altı il müddətində təkcə mənə qarşı deyil onadək fərqli yazı tərzi ilə seçilən qələm sahibinə qarşı belə haqsızlıqları aşkar etmişəm. Sadəcə, onlar reallıqla barışıblar, mübarizə aparmaq, haqlarını müdafiə etmək iqtidarında deyillər. Onların dəstəyinə zərrə qədər də olsun ehtiyacım yoxdur. Odur ki, adlarını da çəkmirəm. Haqlı olduğum üçün bunları qeyd etməyi özümə borc bilirəm. Çünki İntiqam Qasımzadənin və rəhbərlik etdiyi kollektivin yaradıcılığıma qarşı bircə iradları var: “Sənin yazı tərzin bizim jurnala uyğun deyil!”
XXI əsrdə yaşayırıq, otuz ildən artıqdır ki, müstəqilik. Müstəqillik şəraitində ədəbiyyatımızı dünya səviyyəsinə çıxartmağa cəhd göstərməli, çalışmalı olduğumuz halda, hələ də qarşımızda sosializm düşüncəli, şablon fikirlərlə silahlanmış insanları görürük. “Sənin yazı tərzin...” Cənablar, bəlkə mən də sizin istəyinizə uyğun şablon, bayağı yazmağa başlayım? Bacararammı? Bacarmaram, mən sizin kimi kütlədən biri deyiləm, fərqli yazı üslubum var, personajlarım mübarizdir, xarakter göstərməyi bacarırlar. Təəssüf ki, cılız düşüncənizlə heç vaxt bunu başa düşməyəcəksiniz.
Son olaraq bunu qeyd etmək bəlkə də yerinə düşərdi. Azərbaycanda niyə böyük ədəbiyyat yaranmır? Bu sual çox imza sahibi kimi məni də uzun illərdir ki, düşündürür. Qənaətimə görə, böyük ədəbiyyatın yaranmasına ictimai zəmin olmalıdır. Hələ də davam edən sosrealizm düşüncəli insanların ədəbi kürsülərdə əyləşməsi yarana biləcək böyük ictimai zəmini ədəbiyyatın əlindən alıb. Bu, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayında özünü növbəti dəfə cəmiyyətə nümayiş etdirdi. Bu minvalla ədəbiyyatda inkişaf və dünya çapına çıxmaq şanslarının olacağını yalnız mənim kimi sadəlöhv insanlar düşünə bilər.
Hörmətlə:
Əli BƏY AZƏRİ
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
- ABŞ-ın Ermənistandakı səfiri MƏHKƏMƏ qarşısında ....
26 mart 2025 13:54
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 2025 17:47
- Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
24 mart 2025 14:45
- Heydər Əliyevin qаrdаşı bаrədə....
22 mart 2025 19:04
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 2025 21:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35