Ev heyvanı ilə yaşamaq neçəyə başa gəlir? - ARAŞDIRMA + FOTO
Son vaxtlar ölkəmizdə evdə it, pişik saxlayanların sayının çoxaldığını müşahidə edirik. Əslində, bu tendensiya tək bizdə deyil, bütün dünyada müşahidə olunur. Bunu baytarlar da təsdiqləyir. Xüsusilə 2021-2022-ci ildə baytara müraciət edənlərin sayı ötən illərlə müqayisədə rekord həddə çatıb. Bunun səbəbi isə pandemiyadır. Karantin dövründə əksər insanlar öz evlərini, həyatlarını heyvanlarla bölüşməyə üstünlük verdilər.
Bəs ölkəmizdə ev heyvanı saxlamaq üçün nə qədər xərc tələb olunur?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Nurlananın Coli adlı pekines cinsindən iti var. Colinin tək yemək xərcləri aylıq 56 manatdır:
“Yeminin 1 kilosunun qiyməti 14 manatdır. Ay ərzində 4 kilo yem yeyir. Bundan əlavə, 3 aydan bir bərbərə aparmaq lazımdır, bu, 40 manata başa gəlir. 3 aydan bir 55 manatlıq bit, 15 manatlıq qurd dərmanı veririk. Peyvəndləri isə 25 manatdır. 1 yaşına qədər ildə 2 dəfə, 1 yaşdan sonra ildə 1 dəfə peyvənd etdiririk”.
Bundan əlavə, pekines cinsi çox üşüyür. Qış aylarında mütləq paltar geyinməlidir. Paltar qiymətləri isə 25 manatdan başlayır, 60-70 manata qədər dəyişir.
Nurlana deyir ki, iti xəstələnəndə bu xərclər ikiqat olur. Çünki, dərmanları bahadır:
“Əgər xəstələnsə, 100-200 manat xərcim çıxır. Məsələn, itim toyuqlu yeməkdən allergiya verir. Nəyə allergiyasının olduğunu əvvəlcədən müəyyənləşdirmək üçün həkim müayinəsindən keçmək lazımdır. Colinin həkim qəbulu isə 40 manatdır.
Coliyə hər ay minimum 56 manat xərc çəkilsə də, 3 aydan bir bu xərcə bit və qurd dərmanını, bərbərini əlavə etsək, hər 3-cü ayda sahibinə 166 manat xərclətdirir.
Pişiyin xərcləri ilə bağlı öz təcrübəmi qeyd etmək istərdim. Pişiyimin 3 yaşı var. Yeminin kilosu 15 manat, 5 kiloluq pişik qumu (pişiklərin tualet ehtiyacını ödəmək üçün xüsusi qumlar var) 8 manatdır. Ay ərzində 3 kilo yem yeyir, qum isə ay yarım istifadə olunur. Bir aya yeminə 45 manat, qumuna 8 manat xərclənir. Əgər yaş yem istəyirsə, 1 dəfəlik yem 3 manat 50 qəpikdir. 3 aydan bir bit dərmanı və qurd dərmanı verilir. Dərmanları hər biri 10 manatdır. Peyvəndləri 1 yaşına qədər 3 dəfə, 1 yaşından sonra ildə 1 dəfə olunur. 1 peyvəndi 25 manat, 3 aydan bir həkim müayinəsi 10 manatdır.
Əgər evdə pişik saxlamaq istəyirsinizsə, ayda minimum 50 manat nəzərdə tutun. 3 aydan bir bit və qurd dərmanlarını əlavə etsək, bu rəqəm 70 manata yüksəlir”.
Günayın Xan adlı tutuquşusu var. Deyir ki, Bakıda quşlara baxan həkim olmadığı üçün xəstələnməməsi üçün çalışırlar:
“Təmiz su qoyuruq, özü çimir, dırnaqlarını qəfəsində özü yontalayır. Dimdik və açıqda qalan dəri baxımını həftədə bir dəfə zeytun yağı ilə edirik. Parazit əleyhinə preparatı 2 aydan bir veririk. Qiyməti 4 manatdır. Qidası üçün aylıq kömür və duz alırıq. Bu, 6 manatdır. Ayda 2 qutu 7 manatlıq vitaminli bitki yeyir. Xüsusi qarışıqlı paket yemi isə 14 manatdır. Bundan əlavə, evə alınan meyvə, tərəvəz, günəbaxan tumundan da yeyir”.
Günayın tutuquşusu qiymət baxımından ən sərfəlisidir. Aylıq xərci 20-30 manatdır.
Hər ev heyvanının cinsinə və növünə görə xərcləri fərqli olur. Bazarda hər cür qiymətlər var. Heyvansevərlər cins heyvanların daha çox xərc tələb etdiyini, küçə heyvanlarına sahiblənməyin isə nisbətən ucuz başa gəldiyini bildirirlər.
Bazardakı hazırkı qiymətlərlə bağlı zoomağaza sahibi Cavidan Quluzadə bildirib ki, pişik bala halında götürülürsə, 55 günün tamamında ilk qurd dərmanı verilir. 1 həftə - 10 gün ərzində isə ilk peyvəndi vurulur:
“21 gün sonra 2-ci peyvənd, 2-ci peyvənddən də bir ay sonra 3-cü peyvəndi vurulur. Peyvənd qiymətləri 20-25 manat arasında dəyişir. Qurd dərmanının 1 ədədinin qiyməti 4 manatdan başlayır, 10 manata qədər dəyişir. Pişiyiniz 4 kiloya qədərdirsə, dərmanın qiyməti daha ucuzdur. 3.50 - 4 manat arasında dəyişir. Əgər pişiyiniz 4 kilodan yuxarıdırsa, xərc minimum 6-7 manata yüksəlir. Amma 70 manata da qurd dərmanı var. O, firmasından və heyvan sahibinin seçimindən asılıdır”.
Mütəxəssis deyir ki, pişiyi salonda çimizdirmək 25 manatdır:
“Evdə özünüz çimizdirirsinizsə, orta keyfiyyətli şampunlar 10 manatdan başlayır. Yeməklərə gəldikdə isə pişik üçün ən ucuz yemək 6 manat 50 qəpik, ən bahalısı isə 25 manatdan başlayır”.
Bəzi insanlar az xərcə düşmək üçün heyvanı ev yeməklərinə öyrədirlər. Həmsöhbətimiz deyir ki, xüsusilə pişiklərə ev yeməyi vermək olmaz:
“Şirniyyat, un məmulatları, kolbasa qəti şəkildə olmaz. Şirniyyat pişiklərin inkişafını düzgün istiqamətləndirmir və sağlamlıqlarında problem yaranır. Bununla onlarda ağız iyləri başlayır, evdən kəskin iy gəlir. Məsələn, pişiyə şirniyyatı çox versəniz şəkəri qalxır və kor olur. Pişiyin ən böyük təminatı vaxtında cütləşdirmək və ya qısırlaşdırmaqdır. Qısırlaşdırma qiymətləri erkək üçün minimum 60 manat, dişi pişik üçün 80 manatdır”.
İtlərin peyvəndi pişiklərdən bahadır:
“Qiyməti minimum 35 manatdır. Qurd dərmanları da kilosuna görə dəyişir. İtlərin əksəriyyəti iri çəkili olduğu üçün qiymət ona uyğun hesablanır. İtin qurd dərmanı 15 manatdan başlayır və 70 manata qədər qalxır”.
İt pişikdən çox yeyir. Mütəxəssis deyir ki, buna görə də yeməyi kisə ilə almalısınız:
“Yeməklərin isə ən ucuzu 1 kisəsi 60-70 manatdan başlayır,180 manata qədər dəyişir. İt balacadırsa, aya kisənin 70 faizini yeyir, böyükdürsə, kisə yarım yeyir. Hətta bəzi itlər daha çox yeyir və kisəni tez bitirir. İtlər mütləq şəkildə əgər evdədirsə, səhər-axşam gəzdirilməlidir. Həyət evində olan itlərin xərci az, mini cinslərin xərci daha çox olur. Çünki çöldə olan itlər tualet ehtiyacını çöldə ödəyir. Evdə olanlar isə, günə ən azı 2 plyonka işlədir. Plyonkanın 1-i 1 manatdır. Elə adam da var ki, itini səhər-axşam çöldə tualetə öyrədir”.
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 2024 19:47
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 2024 16:22
- Hərbi qulluqçumuz vəfat etdi
20 noyabr 2024 22:13
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46