Çörəyə insan, donuz, qaz tükü qatılır - Qida ekspertindən ŞOK açıqlama

“Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun rəngini tündləşdirib qara çörək hazırlayır. Əslində bu çörəklər qara undan deyil”.
Bu sözləri qida üzrə ekspert Asim Vəliyev “Space”də “Elin gözü” verilişində deyib.
O, çörəyə insan və əsasən donuz tükündən hazırlanan qatqıların vurulduğunu açıqlayıb: “İstər unun rəngini dəyişmək, istər çörəyin tez boyatlaşmasının qarşısını almaq üçün qatqılardan istifadə olunur. Bunu ekspertlər bilir. Həmin qatqılar tükdən əldə edilir. Əgər həmin maddə Çində istehsal olunubsa, o zaman insan tükündən alınıb. Avropada isə bu maddə qaz və donuz tükündən əldə olunur. Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə olunur. Bu da ağ çörəklə qidalananlarda ağır xəstəliklərə səbəb ola bilər”.
Qida üzrə ekspert “Yeni Müsavat”a dedi ki, həmin maddənin adı sisteindir: “Sistein adlı qatqı maddəsi hazırda qida, dərman və kosmetika sənayesində istifadə olunan maddədir. Bu qatqı maddəsi əldə olunma mənşəyinə görə heyvan və insan mənşəlidir. Un emalında istifadə edilir. Heyvan tükü (əsasən donuz tükündən istifadə edilir), toyuq tükü, insan saçından (əsasən Çindən idxal olunur) əldə edilir. Un və un məmulatlarının hazırlanmasında stabilizator kimi istifadə edilir. Xüsusilə dönər çörəklərində və dilimlənmiş çörəklərdə geniş istifadə edilir. Həmçinin qida sənayesində xəmiri yumşaltmaq, elastiklik qazandırmaq, boyatlamanı gecikdirmək üçün istifadə olunur”.
Onun sözlərinə görə, sitein maddəsinin böyrək daşının əmələ gəlmə riskini gücləndirdiyinə dair məlumatlar var: “Bu qatqı maddəsi nadir hallarda qida qablaşdırmasının üzərində yazılır. Ancaq qatqı maddəsi olaraq L-Sistein kodu E 910, E 920 və E 921 olaraq qeyd olunur”.
Ekspertə görə, donuz tükündən alınan bu maddənin un və un məmulatlarının istehsalında xəbərdarlıq edilmədən istifadəsi dini inanc baxımından doğru deyil: “İslam insan bədəninin hər hansı hissəsinin qida olaraq istifadə olunmasına icazə vermir. Digər əldə olunan qaynaqlardan toyuq və ya ördəyin də halal kəsilməsi lazımdır ki, onun tükü də halal olsun. Çin insan saçından və donuz tükündən hidroliz yolu ilə sistein əldə edən ən böyük istehsalçıdır. Daha sonrakı yerləri Yaponiya və Almaniya tutur”.
Eyyub Hüseynov: “Belə qatqılarla bağlı qeyri-şəffaflıq mövcuddur”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, belə maddələrin Azərbaycanda un və un məmulatlarının hazırlanmasında istifadə edilməsi haqda məlumata malik deyil: “Qida Təhlükəsizliyi Agentliyi mətbuatda qida və qidalara vurulan qatqılarla bağlı məlumatları təqib etməli və bu məsələlərlə bağlı ictimaiyyətə açıqlama verməlidir. Agentlik yanında İctimai Şuranın üzvü olaraq dəfələrlə bu məsələni qaldırmışam. Hər hansı bir istehsalçı qatqıdan istifadə edirsə, bu halda istehsal etdiyi un məmulatının üzərində bu haqda məlumat verməlidir ki, istehlakçı seçim edə bilsin”.
E.Hüseynov Azərbaycanda un istehsalçılarının bu qatqıdan istifadə edib-etməməsi haqda suala belə cavab verdi: “Un dəyirmanlarında unun tez xarab olmasının qarşısının alınması üçün qatqıdan istifadə olunur. Lakin həmin qatqının mənşəyi haqda məlumat mənə məlum deyil. Belə qatqılarla bağlı qeyri-şəffaflıq mövcuddur. Bilinmir ki, belə qatqılar hansı ölkədən gətirilir”.
AQTA rəsmisi: “KİV-də qeyd olunan məlumatı qeyri-ciddi hesab edirik”
Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının müdiri, professor Hasil Fətəliyev isə “Yeni Müsavat”a bildirdi ki, belə qatqıların çörəyə vurulması elmi baxımdan nəzərdə tutulmur: “Son vaxtlar bəzi işbazların belə addımlar atması ilə bağlı məlumatlar var. Qatqılar var ki, çörəyə funksionallıq verir. Bəzi insanlar var ki, vitamin çatışmamazlığından əziyyət çəkir. Belə insanlar üçün xüsusi çörəklər hazırlanır. Unun tərkibinin vitaminlərlə zəngin olması üçün müəyyən təbii vasitələr qatılır. Balqabaq tumu, vələmir, amarantdan da funksionallığın artırılması üçün istifadə olunur. Amarantın vətəni Mərkəzi və Cənubi Amerikadır. Amarant uzun illər Amerikada və Meksikada paxlalı bitki hesab edilib. Asiya qitəsində amarant Hindistanın, Pakistanın, Nepalın və Çinin dağ tayfalarının əsas dənli və tərəvəz bitkisi kimi geniş yayılıb. Azərbaycanda isə XIX əsrin sonunda peyda olub və yemək üçün səbzəvatın hazırlanmasında geniş istifadə olunub. Amarant bitkisi mineral maddələrlə və qələvi duzlarla zəngin olduğundan, zülallı məhsullarla qidalandıqda əmələ gələn artıq turşuları neytrallaşdırır. Amarantın yaşıl kütləsi və dəninin tərkibində insan və heyvan orqanizminin fəaliyyəti üçün vacib olan protein, mineral maddələr və vitaminlər vardır. Qida dərmandır. Eyni zamanda qida zəhərə çevrilib öldürə də bilər. Son zamanlar qidanın dərman olması xüsusi önəm kəsb etməyə başlayıb. Sağlam qidalanma sağlam və uzun ömürə yol açır”.
Hasil Fətəliyev hesab edir ki, çörəyə haram qatılması yolverilməzdir: “Belə hallar varsa, araşdırılıb tədbir görülməlidir”.
Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimovun münasibəti belə oldu: “Qida Təhlükəsizliyi Agentliyi olaraq, KİV-də qeyd olunan məlumatı qeyri-ciddi hesab edirik. İddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş edirik ki, Agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq”.
Mövzuya qayıdacağıq.
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Dəhşətli zəlzələdə ölənlərin sayı 1700-ü keçdi - minlərlə yaralı var
30 mart 2025 12:50
- Suriyada yeni hökumət açıqlandı - İlk və tək qadın nazir odur
30 mart 2025 11:26
- Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİK
29 mart 2025 23:55
- Küçə itlərindən sabun istehsalı üçün xammal kimi istifadə etmək...-TƏKLİF
26 mart 2025 00:45
- İt insanın stresini necə azalda bilər? - Yeni araşdırmanın nəticələri
25 mart 2025 14:15
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 2025 02:33
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45