İsa Qəmbər erməni ilə debata çıxdı, darmadağın etdi - VİDEO

Azərbaycan Milli Məclisinin sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Ermənistan parlamentinin keçmiş vitse-spikeri, İrəvanın Qazaxıstandakı keçmiş səfiri Ara Saakyanla debata çıxıb.
Debatı “Exo Baku” Yutub kanalı təşkil edib.
Kanalın “Dvoynoy uqol” verilişində erməni siyasətçi Qarabağın guya Stalin tərəfindən Azərbaycana verilməsi kimi iddialar səsləndirib, eyni zamanda Sumqayıt hadisələrini prosesin başlanğıcı kimi göstərməyə çalışıb.
İsa Qəmbər isə ona cavabında bildirib ki, Qarabağdakı ermənilər Ermənistandakı azərbaycanlılardan fərqli olaraq muxtariyyətə sahib idilər:
“Bu, Stalinin sayəsində mümkün oldu. 1988-ci ildə siz bu kampaniyanı başlatdınız və təbliğatçılarınız iddia etdilər ki, guya Stalin Azərbaycanın dostu idi. Baxmayaraq ki, ermənilərin Qarabağda muxtariyyət almasını təmin edən Stalin və onun adamları idi.
Ermənistandakı azərbaycanlılar Qarabağdakı ermənilərdən qat-qat çox idilər və kompakt halda yaşayırdılar, amma onlar bu muxtariyyəti almadılar. Bu, SSRİ-nin, Stalin hakimiyyətinin gələcək üçün qoyduğu bomba idi və hələ də Azərbaycan və Ermənistan bu bombadan əziyyət çəkir, bu siyasət, təəssüf ki, hələ də davam edir.
Siz Sumqayıt hadisələrini qeyd edirsiniz. Birincisi, Sumqayıta qədər Ermənistanda hadisələr baş vermişdi, onlarla azərbaycanlı öldürülmüşdü və bu, tarixi faktdır, hamısı da artıq qeydə alınıb. İkincisi, Ermənistanda baş verən hadisələrin (azərbaycanlılara qarşı qətliamlar – red.) erməni millətçiləri və ya sovet xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həyata keçirildiyinə əmin deyiləm. Ancaq tam əminliklə bildirirəm ki, Sumqayıt hadisələri KQB-nin təxribatı idi. Sumqayıtda çoxlu sayda ermənini məhz erməni mənşəli cinayətkarın öldürdüyü artıq sübut edilmiş faktdır.
Həmin vaxt o, erməni müstəntiqləri tərəfindən dindirilib və o, möcüzə nəticəsində sağ qalan Sumqayıtda yaşayan ermənilər tərəfindən tanınıb. O sağ qalan ermənilər məhkəmədə Qriqoryan olduğu təsdiqlənən şəxsin erməni olduğunu bilmirdilər, hamısı əminliklə o şəxsin qətliama rəhbərlik etdiyini bildirirdi. Məhkəmədə isə onun erməni olduğu üzə çıxdı.
Təəssüf ki, siz və digər erməni ictimai xadimlər bu həqiqətlərə gözlərinizi bağlamağa çalışırsınız”.
Laçın dəhlizindəki vəziyyətdən danışan siyasətçi erməni opponentinin blokada ilə bağlı iddiasını manipulyasiya adlandırıb:
“İndi də Laçın dəhlizindən danışırsız və deyirsiz ki, orada blokada var. Orada blokada yoxdur, aksiya var. Humanitar xarakterli bütün missiyalar keçir, xəstələr buraxılır. Bu isə blokadanın olmaması deməkdir.
Digər məsələ: bir neçə dəqiqə bundan əvvəl siz Qarabağdakı ermənilərin hüquqlarından danışanda soruşdum ki, Ermənistandan qovulmuş azərbaycanlılara belə hüquqlar verməyə hazırsınızmı? Amma mənə cavab vermədiniz. Mən yenə sizdən soruşuram: əgər siz Laçın dəhlizinin - hansı ki, bu yolla Azərbaycanın təbii sərvətləri daşınır, silahlar gətirilir – maneəsiz olmasını, Azərbaycanın o yola nəzarət etməməsini istəyirsinizsə, niyə Zəngəzur yolunun fəaliyyətinə razılaşmırsız? Niyə sizin xadimlər, hökumət və müxalifətiniz fəxrlə, sevinclə deyirlər ki, Ermənistan ərazisində dəhliz məntiqi ola bilməz? Niyə düşünmürsünüz ki, Zəngəzur yolunun fəaliyyətinə razılaşmasanız, Laçın dəhlizi də daim açıq qala bilməz. Əgər siz Azərbaycandan nəsə istəyirsizsə, Azərbaycana da nəsə verməyə hazır olmalısınız. Əgər ermənilərin Azərbaycanda yaşamasını istəyirsinizsə, azərbaycanlıların da Ermənistanda öz yurdlarında yaşamasına razı olmalısınız; əgər Laçın dəhlizini istəyirsinizsə, Zəngəzur dəhlizini verməyə hazır olmalısınız”.
İsa Qəmbər opponentinin Azərbaycan Ordusunun Ermənistana aid yüksəklikləri tutması barədə iddiasına bu cür cavab verib:
“Siz faktiki olaraq Azərbaycan ərazisinə iddia edirsiniz. O ərazilər ki, bütün dünya, BMT, beynəlxalq təşkilatlar oranı Azərbaycan torpağı kimi tanıyır, amma siz tanımırsınız. Sonra da deyirsiniz ki, Ermənistanla Azərbaycan sərhədindəki hansısa balaca yüksəklik Ermənistan ərazisidir və Azərbaycanın o yüksəkliyə nəzarət etməyə haqqı yoxdur. Əgər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin həqiqətən də Azərbaycan ərazisi olması ilə razı deyilsinizsə, o zaman hansı əsasla deyirsiz ki, hansısa yüksəklik Ermənistan ərazisidir?! Mən istəyirəm ki, biz bu məsələlərə simmetrik yanaşaq. Siz öz problemləriniz, ağrılanız, gözləntilərinizdən danışırsız. Və bizim də problemlərimizin, ağözrlarımızın, gözləntilərimizin olmasını anlamaq istəmirsiz. Siz tərəfdən heç bir empatiya yoxdursa, o zaman Rusiya uzun müddət bu vəziyyətdən istifadə edəcək, Ermənistanı nəzarətdə saxlayacaq, Azərbaycan üzərində nəzarəti artırmağa çalışacaq. Çox absurddur, Azərbaycanla Ermənistan döyüşür, qazancı isə Rusiya və yaxud hər hansı başqa qüvvələr əldə edir.
Doğrudanmı biz belə sadəlövh insanlar, sadəlövh xalqlarıq ki, bundan sonra da bu vəziyyəti davam etdirəcək, vuruşacağıq, münaqişə edəcəyik, Moskva və ya başqa mərkəzlər də bundan istifadə edəcəklər?! Tarix tarixdə qaldı – min il əvvəl burda kim yaşayıb, 100 il əvvəl bura kim köçüb – bunları bir kənara qoymaq, indidən danışmaq lazımdır – baxmayaraq ki, tarixin də önəmi var və bura köçənlər sizsiniz. Doğrudanmı bizim ikitərəfli qaydada, vasitəçilər olmadan masa arxasında oturub məsələlərimizi birbaşa həll etmək üçün kifayət qədər müdrikliyimiz yoxdur? Tiflisdə başlayaq, İrəvan və Bakıda davam edək. Niyə görə siz buna hazır deyilsiniz? Bu barədə düşünmək lazımdır”./Axar.az
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
9 aprel 2025 13:46
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
6 aprel 2025 09:53
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
5 aprel 2025 20:30
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43