Süleyman Rüstəmdən qızı var, səhnədə güllənənib?
Günün sitatı29 dekabr 2022 21:42

Xalq artisti Rübabə Muradovanın haqqında böhtan xarakterli məlumatlar yayanlar məhkəməyə veriləcək.
Bunu Qaynarinfo-ya açıqlamasında mərhum aktrisanın nəvəsi İbrahim Bəşirov "Rübabə Muradovanın Süleyman Rüstəmdən uşağı var” iddiasına aydınlıq gətirərkən deyib. İbrahim Bəşirov son günlər mətbuatda Rübabə Muradova haqqında böhtan xarakterli məlumatların yer aldığını vurğulayıb:
"Biz anlaya bilmirik, bu yalan faktlar hardan alınıb? Moskvada bir qız var, axtarsan musiqidən başı çıxmır, restoranların birində nənəmin repertuarından olan "Kəsmə şikəstə”ni oxuyur. Həmin restoranda onu Rübabə Muradovanın nəvəsi kimi qələmə verirlər. Rübabə Muradovanın oxuyan, səhnə alan nəvəsi yoxdur. Ümumiyyətlə, bizdə heç kəs incəsənətlə məşğul olmur.
Yazırlar ki, guya kimsə səhnədə nənəmə güllə atıb. Arif Babayev, Səkinə İsmayılova sağdır, soruşun onlardan, bu güllə nənəmə nə vaxt atılıb? Özü də sovet vaxtı. Sovet vaxtı teatra əlində silahla girmək olardı? Adamın dərisini soyardılar. Axırıncı dəfə deyirəm, bir də nənəmin haqqında kimsə yalan məlumat yaysa, onu hüquq-mühafizə orqanlarına verəcəm, həmin adamı cəzalandıracam. Söhbət puldan getmir, nənəmin adından gedir. Adama pis təsir edir, qohum-əqrabamı tanıyan çevrə var. Yazırlar ki, Süleyman Rüstəmovdan Rübabə Muradovanın uşağı var. Bunu yazan adam nənəmin yaradıcılığına baxsın. Baxın ki, nənəm Süleyman Rüstəmdən bir dənə qəzəl oxuyub? Nənəm Füzulidən, Vahiddən oxuyub. Şeir yazmışdı, "mənim layka qardaşım”, "mənim çayka qardaşım”, itə qardaş deyib, nənəm də deyib ki, mən itə qardaş deyən adamın qəzəlini oxumaram. Onun nənəmə, nənəmin də ona hörməti var idi, amma qəzəlini oxumayıb. Heç kəs deyə bilməz ki, nənəmin Süleyman Rüstəmdən uşağı var”.
İbrahim Bəşirov Rübabə Muradovanın mahnılarını oxuyan müğənnilərə müraciət edib:
"Onun mahnılarını oxuyanların biri belə ailəsindən icazə almayıb. Almasınlar, amma düz, nənəm kimi oxusunlar”.
İbrahim Bəşirov Rübabə Muradovanın futbol azerkeşi olduğunu söyləyib:
"Nənəm futbolu sevirdi. Dünya çempionatı keçiriləndə hamı ona görə bizə yığılardı. Braziliya komandasına azarkeşlik edirdi. Komanda birinci olanda bizim evdə qonaqlıq olardı. Hətta uduzanda da qonaqlıq edirdi. İndi deyirəm, bundan sonra nənəmlə bağlı mətbuatda hər hansı böhtan xarakterli məlumat oxusam, onu huquq-mühafizə orqanlarına verəcəm, məsələni qanunla həll edəcəm”.
Qeyd edək ki, bir müddət əvvəl Rübabə Muradovanın mərhum şair Süleyman Rüstəmdən qızı olduğu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, Bakıda 55 yaşlı Nailə Muradova adlı dilənçilik edən qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir.
Oxşar xəbərlər
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 2025 22:18
- Azərbaycanda bu qadağa qüvvəyə MİNİR
23 mart 2025 20:49
- Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
20 mart 2025 15:05
- Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
20 mart 2025 13:58
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 2025 23:47
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Obamadan şikayətləndi
13 mart 2025 11:50
Xəbər lenti
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 22:22
- Gecə yatmazdan əvvəl qatıq YEYİN - FAYDALARI
30 mart 21:47
- Ermənistanda seçkilər: Namizəd OĞURLANDI
30 mart 21:36
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 21:03
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 18:36
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya