Prezidentlə görüş: Göyçədən olan iş adamı danışdı - Fotolar

Mürvət Həsənli: "Çox əminliklə doğma torpaqlarımıza qayıdacağımızı dedi"
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə tanınmış iş adamı, "Xəmsə" MMC-nin sahibi, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli də iştirak edib.
Görüş barədə təəssüratlarını Musavat.com-la bölüşən Mürvət Həsənli ölkə Prezidentinin iştirakçıların hər biri ilə şəxsən görüşdüyünü, çox səmimi ortamda söhbət etdiyini bildirdi: "Qərbi Azərbaycan İcmasının yerləşdiyi bina 2012-ci ildə Cənab Prezidentin iştirakı ilə Qarabağın Azərbaycanlı İcmasına verilmişdi. Qarabağ azad olunduğuna görə indi həmin bina Qərbi Azərbaycan İcmasına verilib. Bu dəfə də Cənab Prezident öz ad günündə İcmaya yaradılan şəraitlə tanış oldu. O, bizim üçün çox əhəmiyyətli bir fikir səsləndirdi. Bildirdi ki, bir müddət əvvəl ad günündə Qarabağdan olan məcburi köçkünlər arasında olanda söz verib ki, vaxt gələcək öz doğum gününü Şuşada qeyd edəcək. Doğrudan da, cənab Prezident 60-cı doğum gününü Şuşada qeyd etdi. İndi isə o, bəyan etdi ki, ad gününü öz ailəsi hesab etdiyi Qərbi Azərbaycanlılarla qeyd edir. Və söz verir ki, ad günlərindən birini Qərbi Azərbaycanda qeyd edəcək, qərbi azərbaycanlılar doğma yurd-yuvalarına qayıdacaqlar, buna mütləq nail olunacaq. Biz öz doğmalarımızın qəbirlərini, müqəddəs yerlərimizi, doğma el-obamızı ziyarət edə biləcəyik, torpaqlarımıza qovuşacağıq. Və buna biz müharibə aparmaqla, haranısa işğal etməklə nail olmayacağıq. Cənab Prezident çox əminliklə danışdı, bu bizim doğma torpaqlarımıza qayıtmağımıza olan inamımızı daha da artırdı".
İş adamının sözlərinə görə, görüş zamanı Qərbi Azərbaycan Ensiklopediyasının yaradılması qərara alınıb: "Bura Qərbi Azərbaycandakı tarixi abidələr, ziyarətgahlar, müqəddəs və tarixi yerlər haqqında məlumatlar toplanacaq".
Musavat.com
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 2025 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45