Baş Prokuror Kamran Əliyevə ŞİKAYƏT
Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, ev 1, mənzil 4 ünvanda yaşayan Miriyev Kamil Şamil oğlu ( 070-777-52-67 )
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə şikayət ərizəsi ilə müracit edib.
Hörmətli Kamran müəllim !
Bildirirəm ki, DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə vətəndaş Qəmbərova Nəzrin Vahid qızının, özünü mənə subaqent kimi təqdim edib etibarımdan sui-istifadə edərək və aldatma yolu ilə dələduzluq və saxtakarlıq edib saxta aviabiletləri mənə sataraq əvəzində 57660 manat pulumu ələ keçirməsi barədə rəsmi ərizə ilə şikayət etmişdim.
İşin araşdırılması Nəsimi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru, Əkbərov Orxan Sahib oğluna həvalə edilmişdir.
Orxan Əkbərov tərəfindən səthi araşdırılma aparılmış və 04 fevral 2022-ci tarixli Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibinin olmaması) maddəsinə əsasən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qanusuz qərar” qəbul edilmişdir.
Həmin qərardan mən, Azərbaycan Respublikasının Baş Prokuroruna, yəni, Siz Kamran Bayram oğlu Əliyevə və Bakı şəhəri Nəsimi Rayon Prokuroru cənab Həsən Xudaverdi oğlu Hənifəyevə şikayət ərizəsi yazaraq 04 fevral 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”ın ləğv olunmasını və vətəndaş Qəmbərova Nəzrin Vahid qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320.1-ci (saxta sənəd) maddəsinin tərkibi olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdim.
Mənim ərizəm baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilmiş və sözügedən 04 fevral 2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri olan Fərid Dadaşov tərəfindən ləğv edilmiş və materialın yenidən araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.Sözügedən araşdırma Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğluna həvalə edilmişdir.
08 avqust 2022-ci il tarixdə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu tərəfindən, öz həmkarı Nəsimi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru, Orxan Əkbərovun qanunsuz qərarını ört-bastır eləməkdən ötrü yenidən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibinin olmaması) maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qanusuz qərar qəbul edilmişdir.
Həmin qərar mənə poçt vasitəsi ilə 11.10.2022-ci il tarixdə ünvanıma daxil olmuşdur.
Hörmətli Kamran müəllim !
Aşağıda və ərizəmdə göstərilən hallara əsasən, hesab edirəm ki, sözügedən 08 avqust 2022-ci il qərar da 04 fevral 2022-ci il tarixli qərar kimi ləğv edilməli və cinayət işinin başlanılması barədə qərar qəbul edilməlidir.
Mən Miriyev Kamil Şamil oğlu, 2018-ci ildən “İsra Travel” MMC turizm şirkətinin təsisçisi və direktoru vəzifəsində çalışıram. Fəaliyyətimizin əsası Azərbaycan Respublikasının paytaxt və digər bölgələrində turizm xidmətlərinin göstərilməsindən ibarətdir. 2021-ci ilin sentyabr ayında, əvvəllər digər turizm şirkətində birlikdə çalışdığım Namiq adlı şəxs mənə zəng etmiş və Nəzrin adlı birinin münasib qiymətə otel və biletlər təqdim etdiyini bildirmişdir. Daha sonra Qəmbərova Nəzrin Vahid qızı (Bakıl şəhəri. Səbail rayonu, Nizami küçəsi 86, mənzil 6, əlaqə telefonu: (051)382-22-66, (010)214-24-24) telefon vasitəsi ilə özünü mənə subagent kimi təqdim etdi və münasib qiymətə otel və aviabiletləri təqdim edəcəyini bildirdi.
Beləliklə Qəmbərova Nazrin Vahid qızı, biletlərin təşkili adı ilə məndən ümumilikdə 57660 manat məbləğində pul aldı və14960 manat dəyərində mövcud biletlər verib etibarımı qazandı, 19250 manat dəyərində isə (27 Dekabr uçuşları üçün 19 bilet, 30 Dekabr (Dubay – Baku – Dubay) reysinə 8 nəfər, 31 Dekabr 2021-ci il (Dammam – Baku – Dammam) reysinə 9 nəfər, 7 Yanvar 2022-ci il (Dammam – Baku – Dammam) reysinə 22 nəfər, 10 yanvar 2022-ci il (Dammam – Baku – Dammam) reysinə 2 nəfər) saxta biletlər verdi, qalan 23450 manat dəyərində isə verməli olan biletləri ümumən vermədi və öz məkirli və çirkin niyyətini həyata keçirə bildi.
Sözügedən saxta biletlərin surətləri və ödəniş qəbzləri tərəfimdən iş materiallarına əlavə edilib. Bundan sonra mən, aidiyyəti üzrə DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə müraciət etdim.
İşi belə görən Qəmbərova Nəzrin Vahid qızı cinayət məsuliyyətinə cəlb olunmasından qorxaraq həmin puldan mənə 6852 manatı geri qaytardı, qalan pulu isə mənimsədi.
Beləliklə Qəmbərova Nazrin Vahid qızı, saxtakarlıq və dələduzluq əməlləri nəticəsində mənə məxsus 35848 manat pulu mənimsədi və mənə maddi ziyan vurdu.
Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu isə bu işə müstəntiq kimi yox, əksinə Qəmbərova Nəzrin Vahid qızının vəkili kimi yanaşmış və qəbul etdiyi qanunsuz qərarının “Müəyyən Etdim” hissəsinin, 2-ci səhifəsinin 1-ci abzasında qeyd etmişdir ki, araşdırma zamanı Qəmbərova Nəzrin Vahid qızının Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi yoxdur.
Hesab edirəm ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu qərəzli mövgey tutaraq səhv nəticəyə gəlmiş və qanunsuz qərar qəbul etmişdir.
Belə ki, mən ərizəmdə tam aydın şəkildə qeyd etmişəm ki, Qəmbərova Nəzrin Vahid qızı məni aldadaraq və bilərəkdən mənə saxta aviabiletlər satmış və 35848 manat pulu mənimsəmişdir. Məgər bu cinayət deyil? (Cinayət Məcəlləsi 320.1 saxta sənəd)
Təəssüf ki, işi aparan müstəntiq saxta sənədin hazırlanması, satılması kimi hərəkəti cinayət məsuliyyətinə səbəb olmasını anlamır və ya özü qəsdən hansısa maraqlara görə anlamaq istəmir.
Həmçinin işi araşdıran müstəntiq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə istinad etmiş, lakin, nədənsə cinayət işini başlanması barədə qərar qəbul etməmişdir. Sözügedən plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
Qəmbərova Nəzrin Vahid qızı ilə mənim aramda hər hansı bir əqd (müqavilə) və ya öhdəlik razılaşması yoxdur. Qəmbərova Nəzrin Vahid qızı məni bilərəkdən aldadıb və mənim etibarımdan sui-istifadə edərək və bilərkdən mənə saxta aviabiletlər satıb və mənim pulumu əvəzsiz mənimsəyib.
Burada hansı öhdəlikdən söhbət gedə bilər? Qəmbərova Nəzrin Vahid qızı sözügedən saxta biletləri hardan və kimdən alıb? Niyə müstəntiq bu hissələri araşdırmır?
Çox təəsüf ki, işi “araşdıran” Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu, öz həmkarı Orxan Əkbərovun qanunsuz qərarını ört-bastır eləməkdən ötrü eyni səhvləri buraxmış və nəticədə 08 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibinin olmaması) maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qanusuz qərar qəbul etmişdir. Hesab edirəm ki, Qəmbərova Nəzrin Vahid qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320.1-ci (saxta sənəd) maddəsinin tərkibi var.
Qeyd olunan bu hallar aydınlaşdırılmamış, müstəntiq Zeynalov Sübhan Ramiz oğlu formal olaraq qərar qəbul etmiş, saxta biletlərin kimin tərəfindən hazırlanmasını araşdırmamış, həmin şəxsi və ya şəxsləri məsuliyyətə cəlb etməmiş, mövcud qanunvericilik aktlarına yersiz istinadlar edərək faktiki mənə qarşı edilmiş dələduzluq və sənəd saxtakarlığı hərəkətlərini qanunsuz və əsassız olaraq mülki müstəvidə qiymətləndirmişdir.
Hörmətli Kamran müəllim !
Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyev – Sizə etimad göstərək Sizi bu məsuliyyətli vəzifəyə təyin edib və inanıb ki, Siz hər bir Azərbaycan vətəndaşının pozulmuş hüquqlarını bərpa edəcək və qanunsuz qərarların ləğvinə əlinizdən gələni əsirgəməyəcəksiniz.
04 fevral 2022-ci il tarixli qərar məhz qanunsuz və əsassız olduğu üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri olan Fərid Dadaşov tərəfindən əsaslı olaraq ləğv edilmiş və materialın yenidən araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.
Lakin, öncə vurğuladığım kimi Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu, öz həmkarı Nəsimi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru, Orxan Əkbərovun qanunsuz qərarını ört-bastır eləməkdən ötrü yenidən qanusuz qərar qəbul etmiş və bunulada mövcud qanunvericiliyi və mənim hüquqlarımı pozmuşdur.
Prokurorluq Haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edilir.
Həmin qanunun 24-cü maddəsinə əsasən, prokuror, cinayət və inzibati xəta aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında, yaxud digər qərar çıxarır.
Həmin qanunun 25-ci maddəsinə əsasən, prokuror, qanunda nəzərdə tutulmuş hallarda təhqiqat və ya ibtidai istinad orqanlarına yazılı göstəriş vermək hüququna malikdir. Prokurorun təhqiqat və ya ibtidai istintaq məsələlərinə dair yazı göstərişinin icrası məcburidir.
Bütün bunları, Prokurorluq Haqqında Azərbaycan Respublikası Qanunun 20, 24, və 25-ci maddələri nəzərə alaraq və pozulmuş hüquqlarımı bərpa etmək məqsədi ilə, Sizdən xahiş edirəm ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu tərəfindən qəbul olunmuş 08 avqust 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”ının ləğv edilməsini, həmin işi öz nəzarətinizə götürməyinizi və cinayət işinin başlanılması üçün aidiyyəti üzrə göstəriş verəsiz.
Hörmətlə: Miriyev Kamil Şamil oğlu
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- Bakıda mühafizəçi - OXRANNİK- diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi
12 dekabr 2024 16:38
- Özü nazir müavini getdi, köməkçisini baş həkim, 22 yaşlı qohumunu isə... - Müdir direktora qarşı
12 dekabr 2024 12:20
- Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə - 9 il HƏBS
12 dekabr 2024 11:59
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
- Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?
10 dekabr 2024 13:31
- Məktəb direktoruna ŞİDDƏTLİ TÖHMƏT
10 dekabr 2024 12:27
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37