“Zamin Əmlak” dələduzluğunda qazi adından istifadə edilib? – Emil Həsənovun 22000..

Paytaxtda dələduzluqla məşğul olub onlarla vətəndaşın külli miqdarda vəsaitini əl keçirən “Zamin Əmlak” daşınmaz əmlak agentliyinin işçiləri ilə bağlı məlumat vermişik. Onlarla insanı tora salan, şirin vədlər verən şirkətin işçiləri ucuz və sərfəli şərtlərlə mənzillər təklif etməklə bir çox insanın haqqına girmiş, onların pulunu alaraq vəd verdikləri evləri vətəndaşlara verməmişdir. Bununla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, hətta saxlanılanlar olmuşdu. “Zamin Əmlak”ın satış müdiri Natiq Şahmuradov, Orxan Əliyev adlı şəxslər polis tərəfindən saxlanılsa da, sonradan Xətai rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldılar. Səbəb isə onların şikayətçilərə dəymiş zərərlə bağlı az da olsa vəaiti geri qaytarmaqları göstərilir.
Natiq Şahmuradovun KivNews.com saytına veridiyi məlumata görə, ev dustaqlığına buraxılması dəymiş zərərlə bağlı ümumilikdə 8000 manat vəsaitin qaytarılması və bir neçə şəxsə torpaq sahəsinin verilməsi olub. Amma qeyd edək ki, ümumi zərər açıqlanmasa da, onminlərlə vəsaitdən söhbət gedir. Bildirək ki, zərərçəkmiş şəxslərdən biri də, Emil Həsənov adlı Bakı şəhər sakinidir. Bu şəxs aldadılaraq 22000 manat pulu əlindən alınıb. Lakin təəssüflər olsun ki, nə ev dustaqlığına buraxılan Natiq Şahmuradov, nə azadlıqda gəzib-dolaşan Valeh Rüstəmov, nə də digərləri Emil Həsənova BİR QƏPİK BELƏ QAYTARMAYIBLAR. Yəqin ki, Xətai Rayon Polis İdarəsinin müstəntiqi və bu işlə bağlı istintaq aparan digər səlahiyyətliləri bu məqamı unutmurlar. Əks halda bəzi xatırlatmalarımız olacaq… İmkan vermərik ki, çox hörmətli, dəyərli daxili işlər naziri Vilayət Eyvazov cənablarının apardığı islahatlara, mütərəqqi addımlarına kölgə salınsın.
Bu arada bildirək ki, “Zamin Əmlak” şirkətinin əməkdaşı kimi təqdim edilən Valeh Rüstəmov adlı şəxs Emil Həsənovla birlikdə Bakı şəhərində yerləşən 40 saylı Notarial Kontorunda müqavilə imzalayıblar (həmin müqavilənin fotosu aşağıda dərc olunub.red). Təəssüflər olsun ki, bu şəxsin adını çəkən yoxdur. Natiq Şahmuradov, Orxan Əliyev saxlanılaraq istintaqa cəlb edilsələr də, Valeh Rüstəmov həmin müddət ərzində azadlıqda sərbəst dolaşdı. Emil Həsənovun saytımıza verdiyi məlumata görə, Valeh Rüstəmov qazi adından istifadə edir. Belə ki, özünü müharibə iştirakçısı və qazi kimi göstərərək insanların etibarını qazanır və bu yolla onları tora salaraq vəsaitlərini aldatma yolu ilə ələ keçirir. Xəbər portalı olaraq qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman xüsusi diqqətlə yanaşmışıq. Onlar bizim başımızın tacıdırlar. Amma kimlərinsə bu addan istifadə edərək dələduzluq etməsi yolverilməz və qəbuledilməzdir. Unutmayaq ki, hər birimiz Azərbaycan qanunlarına tabeyik və qanun statusundan, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər kəs üçün eynidir.
Onu da vurğulayaq ki, ev dustaqlığına buraxılmış “Zamin Əmlak” şirkətinin satış müdiri Natiq Şahmuradov və dələduzluğun qurbanı olmuş Emil Həsənov arasında imzalanmış 394 saylı müqavilə mövcuddur. Həmin müqavilədə göstərilib ki, “2.1. bu müqaviləyə əsasən icraçı (Natiq Şahmuradov) sifarişçiyə (Emil Həsənov) Bakı şəhəri, Xətai rayonu, Neapol 9/8 ünvanında mənzilin verilməsi ilə əlaqədar sənədlərin toplanması, əlaqədar qurumlara müraciətlərin edilməsi və edilmiş müraciətin müsbət cavablandırılması ilə bağlı xidmət göstərir.
2.2. Bu müqaviləyə əsasən Natiq Şahmuradovun müqavilənin 2.1-ci yarımbəndində qeyd edilmiş xidmətlərinin göstərilməsinə görə Emil Həsənov Natiq Şahmuradova 22000 manat pul ödəyir”.
Yəni yuxarıda qeyd olunanlar tərəflər arasında imzalanmış bir sənəddir və bu sənəd özündə çox şeyi ehtiva edir. Ümid edirik ki, hüquq-mühafizə orqanı əməkdaşları istintaq apararkən bu kimi məqamları gözdən qaçırmazlar.
Yazılanlarla bağlı bir neçə gün öncə əməkdaşımız Valeh Rüstəmovla əlaqə saxlasa da, qarşı tərəf aqressiv cavab verməklə, səsini başına atdı. Hətta jurnalistlərin ünvanına xoşagəlməz fikirlər səsləndirməkdən də çəkinmədi. Emil Həsənov adlı adamı tanımadığını bildirdi. Sonda gah vaxtının olmadığını, gah da səhhətində problem olduğunu qeyd edərək danışmaq istəmədi. İstənilən halda qarşı tərəf olaraq danışa, baş verənlərə aydınlıq gətirə bilərdi. Bu onun haqqı idi. Bəlkə Emil Həsənov adlı şəxs yazıda adı çəkilən şəxslərə şər atır? İstənilən halda bizim borcumuz onun mövqeyini öyrənmək idi. O isə danışmaq istəmədi.
Mövzunu diqqətdə saxlayacağıq.
KivNews.com
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 2025 11:00
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ermənistanda seçkilər: Namizəd OĞURLANDI
30 mart 2025 21:36
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45