"FHN videoları"ndakı qadınlar: "Məhkəmə açıq keçirilsin!"- ŞOK VİDEO

Zaur Mirzəyevə vəzifəli şəxsi ələ almağa görə də ittiham verilib; istintaq porno videoları yayan şəxsi axtarır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, nazirlikdəki iş otağında tabeliyində olan xanım əməkdaşlarla intim hərəkətlərini videoya çəkən polkovnik Zaur Mirzəyevin məhkəməsi başlayıb. Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
1979-cu il təvəllüdlü Zaur Mirzəyevin işinə Məhəmməd Əkbərovun sədrliyilə, Faiq Qəniyev və İlham Mahmudovdan ibarət hakimlər kollegiyası baxır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən polkovnikin anket məlumatları dəqiqləşdirilib. O bildirib ki, ali təhsillidir, iki övladı var.
Məhkəmədə Zaur Mirzəyevin vəkili vəsatət qaldıraraq, işə baxılmasına xitam verilməsini və işin istintaqa qaytarılmasını istəyib. Vəkil istintaqdan narazılığını dilə gətirib.
Müdafiəçinin daha bir vəsatəti isə belə olub ki, əgər məhkəmə işi geri qaytarmasa və cinayət işinə baxmaq qərarı versə, o zaman məhkəmə prosesi qapalı keçirilsin.
Təqsirləndirilən polkovnikin özü də məhkəmə prosesinin qapalı keçirilməsini istəyib.
Zaur Mirzəyevin kabinetdə gizli şəkildə görüntülərini çəkdiyi, 2022-ci ilin avqustunda internetdə yayılan videolardakı qadınlar zərərçəkmiş qismində tanınıb. Həmin zərərçəkmişlərdən – A.N.-nın nümayəndəsi isə vəsatət qaldırıb ki, məhkəmə açıq keçirilsin. Çünki baş verənlərlə bağlı ictimaiyyətdə yanlış fikir formalaşıb.
Lakin hakimlər məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verib. Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.
Gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHN də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.
Polkovnik Zaur Mirzəyev avqustun 17-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.
“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, - prokurorluğun yaydığı məlumatda deyilir.
FHN əməkdaşı ittihamı qəbul etmir. O, istintaqa ifadəsində xidməti asılılıqdan istifadə etmədiyini, heç kimi heç nəyə məcbur etmədiyini bildirib. Həmçinin videoları da özünün yaymadığını deyib.
Zərərçəkmiş A.N-in vəkili Yaser Abdullayev "Yeni Müsavat" əməkdaşına deyib ki, hazırki cinayət işindən Cinayət Məcəlləsinin 242-ci - pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma maddəsi ilə ayrıca icraat aparılır. Məqsəd gizli şəkildə çəkilmiş videoları yaymış şəxsi və ya şəxsləri müəyyən edib istintaqa cəlb etməkdir.
Vəkil hələlik ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsin müəyyən olunmadığını açıqlayıb.
Bildirib ki, istintaqın yekununda Zaur Mirzəyevə Cinayət Məcəlləsinin 312-1.1 maddəsi - şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi maddəsi ilə də ittiham irəli sürülüb.
Vəkil təqsirləndirilən şəxsə bu maddə ilə ittiham irəli sürülməsinin səbəbini açıqlamayıb.
Belə məlumat var ki, Zaur Mirzəyev istintaqın gedişində rəsmiləri ələ almağa çalışıb.
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 2025 11:00
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 2025 00:40
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 2025 22:18
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45