Dünyaya səs salan azərbaycanlı həkimdən ŞOK XƏBƏRDARLIQ:

Cavid Fətullayev dünya tibbinə süni ürək cihazı ərsəyə gətirməklə səs salıb. 2007-ci ildən Almaniyada yaşayır, yeni cihazlar kəşf etmək niyyətindədir.
Musavat.com kardiocərrah Cavid Fətullayevin uğur yoluna ona suallar ünvanlamaqla bələd olub.
Müsahibəni təqdim edirik:
- Cavid Fətullayev kimdir?
- Mən 1986-cı ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşam. 2007-ci ildən etibarən Almaniyadayam. Burada öncə alman dilini öyrəndim, sonra Köln Universitetində tibb təhsili aldım. 2020-ci ilə qədər həmin universitetin klinikasında kardiocərrah kimi çalışmışam. Həmin ildən etibarən Bad Nauheim şəhərində klinikada ürək cərrahiyyəsi şöbəsində fəaliyyət göstərirəm.
- Dünyada ilk dəfə yeni üsulla süni ürək cihazı hazırlamısınız. Kəşfiniz necə yaranıb? Həmin cihazın hansı üstünlükləri var?
- Cihazın yaradılması ideyası əslində çoxdan var idi. Mən tələbə vaxtı - 2013-cü ildə London İmperial Kollecinin hospitalında ürək, ağciyər transplantasiyası və ürəyin aparatik dəstəklənməsi sahəsində müşahidəçi olmuşam. Ürək, ağciyər nəqli və cihazların implantasiyası əməliyyatlarında dəfələrlə iştirak etmişəm. O vaxtdan düşünürdüm ki, xəstələrdə qanama riskini hansı üsulla azaltmaq olar. Bunun da bir strategiyası var idi - qan dövranına toxunmadan ürəyi xaric tərəfdən sıxıb buraxmaq və bununla ürəyin funksiyasına dəstək olmaq. Bu cihazın necə olması haqda uzun müddət düşündüm. Əmimoğlunun azyaşlı oğlunun öz-özünə radius ətrafında kiçilən və böyüyən bir oyuncağı var idi. Onu görəndə anladım ki, cihaz o formada olmalıdır. Oyuncağı bir qədər incələdim və beləliklə model barədə düşünməyə başladım. Cihazın üstünlüyünə gəlincə, birbaşa qanla kontaktda olmayacaq. Beləliklə qandurulducu preparatların verilməsinə ehtiyac qalmayacaq. Eyni zamanda qanama riski azalacaq. Çünki ürəkdəstəkləyici cihaz qoyulan pasiyentlərdə beyindaxili qanama riski yüksəkdir, cihaz vasitəsilə bu tip risklərin qarşısı alınacaq. Cihazı ilk dəfə bu ilin martında Almaniyada Azərbaycanlı Həkimlərin I Forumunda təqdim etdim. Bu, müsbət geridönüşlərə, çoxlu suallara, diskussiyalara səbəb oldu. Bu da məni sevindirdi. Hesab edirəm ki, bu cihazın üzərində işləmək böyük perspektivlər gətirəcək.
- Yeni kəşflər barədə düşünürsünüz?
- Yeni kəşf hər kəsin arzusudur. Təbii ki, yeni kəşflər, layihələr haqda da düşünürəm, bu istiqamətdə çalışıram. Əsas məqsədim bədənin öz enerjisindən istifadə edərək elektrik generatoru hazırlamaqdır. Bədəndə mütəmadi olaraq təkrarlanan prosesləri istifadə edərək onu elektrik enerjisinə çevirməkdir. Bunun üçün bir çox strategiyalar var. Məsələn, insan hər an nəfəs alır və verir. Yaxud da nəfəs alarkən qabırğaarası əzələlər hər zaman fəaliyyətdə olur. Digər tərəfdən, insanın daxili orqanları arasında temperatur fərqi var. Bu fərqdən istifadə edərək də xüsusi cihazlar düzəltmək mümkündür ki, temperatur fərqini mexaniki hərəkətə, mexaniki hərəkəti də elektrik enerjisinə çevirə bilir.
- İlk müstəqil əməliyyatınız nə vaxt və necə keçib?
- İlk müstəqil əməliyyatım aorta qapağının bioloji protezlə dəyişməsi idi. Həmin əməliyyata çox hazırlaşmışdım. Çünki assistent olaraq bir çox əməliyyatlarda operatora kömək edirsən, assistentlik edirsən, amma öz pasiyentini əməliyyat edərkən bu, insana çox böyük məsuliyyət yükləyir. Əməliyyatdan öncə hər şeyi ən azı 4-5 dəfə təkrar edirsən, bütün sənədlərə, laborator analizlərə, rentgen şəkillərinə dəfələrlə baxırsan. Daha təcrübəli kolleqalarla bunu yenidən müzakirə edib onların rəylərini alırsan. Təbii ki, texniki olaraq əməliyyat bir qədər çətin olur, ilk əməliyyatda çox tər tökmək mümkündür, çox həyəcan olur. İlk pasiyentim təxminən 1 həftə sonra evə yazıldı, hazırda vəziyyəti yaxşıdır.
- Ən gənc və ən yaşlı pasiyentinizin neçə yaşı olub?
- Almaniyada kardiocərrahiyyənin tipik xəstələri 70 yaş və onun üzərindədir. Ən gənc pasiyentimin 60, ən yaşlı pasiyentimin isə təqribən 75 yaşı var idi. Əsasən də qapaq xəstəlikləri daha gənc yaşda olan insanlarda müşahidə olunur. Koronar damar xəstəlikləri isə 60, 70 yaşdan sonra baş verir. Gənc və yaşlı pasiyentlərə fərqli protezlər məsləhət görülür. İnsanın yaşı, əmək fəaliyyəti nəzərə alınır. Əməliyyatdan sonra bəzi dərmanlar verilir ki, onlar qanı duruldur. Bu tip dərmanlar ağır əmək fəaliyyəti ilə məşğul olan, kəsici alətlərdən istifadə edən, tikintidə işləyən gənc pasiyentlərə verilsə, ən kiçik zədələnmə onlarda qanaxmaya səbəb ola bilər. Ona görə də əməliyyatdan öncə həkim pasiyentlə bütün terapiya opsiyaları barədə danışır, ən uyğun terapiyaya qərar verilir.
- Ürək xəstəlikləri niyə artıb?
- Ürək xəstəliklərinin artmasının bir çox səbəbi var. Bu, multifaktorial bir məsələdir. Bura insanın pis vərdişləri – məsələn, alkoqol, siqaret daxildir. Siqaretdən uzunmüddətli istifadə koronar damarlarda tıxanmalara səbəb ola bilir. Hazırda Avropada damar divarlarının sağlam olması üçün qırmızı şərab məsləhət görülür. Bir fakt da məlum oldu ki, alkoqol bir müddət keçdikdən sonra ürək əzələsini zəiflədir. Tibbi terminologiyada buna alkoqol kardiomiapatiyası deyilir. Qidalanma rejimi, həddindən artıq yüklənmiş bir şəraitdə çalışmaq, stress, ailə vəziyyəti ürəyin gərgin çalışmasına səbəb ola bilər. Digər tərəfdən, genetik faktorların da ürək xəstəliklərində böyük rolu var. Bəzən elə pasiyentlər olur ki, həm pəhriz saxlayır, həm də idmanla məşğul olur, amma 40-50 yaşında koronar damarların tıxanmasına məruz qalır. Araşdırdıqda məlum olur ki, onlarda genetik faktorlar var. Qanda lipidlərin, xolesterinin, piy maddələrinin çoxalması koronar damarların tıxanmasına səbəb olur.
- Ürək xəstəliklərindən necə qorunmaq olar?
- Pəhriz saxlamaq, gündə yarım saat idmanla məşğul olmaq həm damarlara, həm də ürəyə müsbət təsir göstərir. Şəkər xəstələrində şəkərin mütəmadi kontrol edilməsi, qan təzyiqi olan xəstələrdə təzyiqin normallaşdırılması, ürək xəstəliyi ortaya çıxıbsa, mütəmadi həkim kontrollarında olmaq, bəzi preparatlar qəbul etmək ürək xəstəliklərinin qarşısını almaqda faydalıdır.
- Azərbaycan tibbi Almaniyadan necə görünür?
- Azərbaycan tibbi hazırda inkişaf etməkdədir. Mən 2004-cü ildə ATU-nun Müalicə-profilaktika fakültəsinə qəbul olmuşam və 2 il orada oxuduqdan sonra Almaniyaya gəlmişəm. Tibb sahəsinin inkişafı demək olar ki, gözlərim önündə baş verib. Cənab Prezident tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bir çox tələbəyə yardım etdi. Mən də həmin Proqramın tərkibində olmuşam. O dönəmdə təhsil almış tələbələr artıq istedadlı mütəxəssislərə çevriliblər. Onların bir qismi Azərbaycana qayıdıb. Tibb zaman tələb edən sahədir. Siz hər şeyi gözəl təşkil etsəniz də, buna 5-10 il zaman lazımdır. Mütəxəssisin yetişməsi, onun təcrübə toplaması, pasiyentləri müalicə etməyə başlaması vaxt tələb edir. Əminəm ki, yaxın 5-10 il ərzində Azərbaycan tibbi daha böyük uğurlar əldə edəcək.
- Almaniyada nə qədər azərbaycanlı həkim var və onlarla əlaqələriniz hansı səviyyədədir?
- Almaniyadakı azərbaycanlı həkimlərin sayını Almaniyada Azərbaycanlı Həkimlərin I Forumunda öyrəndim. 1000-dən artıq həkim var. Bu, çox böyük bir rəqəmdir. Onların arasında çox sayda istedadlı, mütərəqqi düşüncəli gənc həmkarlarım var. Onlarla bəzən görüşürük.
- Bir gündə neçə ürək əməliyyatı icra edirsiniz?
- Gün ərzində 1-2 əməliyyatda iştirak edirəm. Bu, ürək əməliyyatlarının sayı və uzunmüddətli olması ilə əlaqədardır. Bir ürək əməliyyatı 3-4 saat davam edir. 8 saatlıq iş saatını nəzərə alsaq, anlamaq olar ki, 2 əməliyyat etmək mümkündür. 24 saatlıq növbələrdə, gecə təcili yardımla xəstə gəlibsə, o zaman əməliyyatların sayı və saatı uzana bilər.
- Azərbaycanda tez-tez olursunuz?
- Bu il 2 dəfə Azərbaycanda olmuşam. Yanvarda həyat yoldaşımla ölkəmizə gəldik və 4 həftə istirahət etdik. İyulda isə 2 həftəlik tətilimiz oldu. İl ərzində 3-4 dəfə Azərbaycana gəldiyim də olub.
- Füzulidə işləmək istərdiniz?
- Füzulidə əlbəttə ki, işləmək istərdim. Doğma yurduma qayıdıb orada işləmək mənim qarşımda duran məqsədlərdən biridir. Əminəm ki, bu istəyim reallaşacaq. Bildiyim qədər Füzulidə müasir avadanlıqlarla təchiz olunmuş hərbi hospital var. Kəndimizin azad olunmasına çox sevindim. 2020-ci ildə biz cənab Prezidentin qətiyyətli addımlarını izləyirdik, hərarətli çıxışlarına qulaq asırdıq. Sonda Ermənistanın kapitulyasiya aktını imzalaması bizdə çox böyük sevinc hissi oyatdı. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın yaxın tarixində bəlkə də ən böyük hadisədir. Bir qarış belə torpaq itirmədən işğal altında olan ərazilərimizin azad olunması Türk dünyasında da çox böyük coşğu ilə qarşılandı. Rəşadətli ordumuz hər birimiz üçün qürur, fəxr mənbəyidir.
Aytən Novruz
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 2025 21:08
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 2025 16:31
- Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi
25 mart 2025 18:35
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin nəzərinə - Uzaq DURUN !
24 mart 2025 16:21
- Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
24 mart 2025 14:45
- Bu gün Ümumdünya Meteorologiya Günüdür
23 mart 2025 21:50
- SSRİ-nin edam kvotası - tutulan 20 milyon şəxsin bir hissəsi hesabat naminə öldürülüb
22 mart 2025 14:33
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45