İran şahının xanımı Fərəh Pəhləvi rejimi “qaniçən” adlandırdı
Kriminal10 dekabr 2022 15:40

İranda etirazların ikinci dalğası başlanıb.
Qaynarinfo xəbər verir ki, sentyabrın 16-dan 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümü ilə küçələrə çıxan xalq indi 23 yaşlı Mohsen Şekarinin edam olunmasına sərt təpki göstərir.
İranın böyük şəhərlərində insanlar küçələrə çıxaraq, ən müxtəlif formalarda Mohsen Şekarinin edam olunmasına etirazlarını bildirirlər.
İranın tanınmış incəsənət və mədəniyyət xadimləri, idmançılar da Mohsen Şekarinin edam olunmasını pisləyiblər.
Müşahidələr göstərir ki, Mohsen Şekarini edam etməklə ölkədə qorxu mühiti yaratmağa çalışan teokratik rejim əks effektlə üzləşib. İnsanlar qorxmadan hətta Şekarinin saxlanıldığı küçədə aksiyalar keçirir.
Bu arada İslam inqilabı nəticəsində devrilən İran şahı Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi Mohsen Şekarinin edamına münasibət bildirib. Onun olaya reaksiyası kifayət qədər sərt olub. O, İran hakimiyyətini "qaniçən” və "gənclərin qatili” adlandırıb.
Fərəh Pəhləvi həmçinin bildirib ki, İran hakimiyyəti aksiyalarda təhülkəsizlik qüvvələri tərəfindən törədilən qətlləri ört-basdır etmək üçün ölənlərin yaxınlarını saxta etiraflara məcbur edir.
Analitiklərin fikrincə, İran hakimiyyəti 23 yaşlı gənci edam etməklə xalqın qəzəbini daha da coşdurub. Onlar hesab edir ki, bəlkə də Məhsa Əminin ölümü ilə bağlı etirazlar tədricən səngiyə bilərdi. Amma artıq xalqı dayandırmaq olmayacaq.
Analitiklər deyir ki, İran hakimiyyətinin edamlara, aksiyalarda törədilən qətllərə bəraət qazandırmaq üçün atdığı addımları birmənalı şəkildə əks-effekt verir.
Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudinin fikrincə, İran hakimiyyəti artıq istefa barədə düşünməlidir.
"Artıq xalqın etimadını tamamilə itiriblər. Heç bir təhdid, təzyiq, yaxud islahat xarakterli addımlar prosesin qarşısını ala bilməyəcək. İran xalqına tam aydındır ki, din pərdəsi altında zülmkar bir hakimiyyətin girovuna çevriliblər. Onlar girovluqdan azad olmaq istəyirlər, bunda israrlıdırlar və mən inanıram ki, bu azadlığa qovuşacaqlar”, - Nağı Mahmudi bildirib.
Oxşar xəbərlər
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ərdoğan Pezeşkianla DANIŞDI - Mühüm məsələlər MÜZAKİRƏ OLUNDU
29 mart 2025 19:50
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 2025 17:24
- Ermənistanda 13 gizli ABŞ biolaboratoriyası var - Türkiyə mediasından ŞOK ARAŞDIRMA
24 mart 2025 19:22
- Türkiyədən SON DƏQİQƏ sərhəd AÇIQLAMASI
23 mart 2025 00:35
- İran polisi Urmiya əhalisinə qarşı zor tətbiqinə başladı - VİDEO
22 mart 2025 18:53
- Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22 mart 2025 00:05
- Azərbaycanda Novruz bayramıdır
20 mart 2025 12:49
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya