85 yaşı tamam olan Əylisli: "İrəli baxanda məzarımı görürəm..."
Maraqlı6 dekabr 2022 22:00

Bu gün yazıçı Əkrəm Əylisinin 85 yaşı tamam olur. Onu yubiley münasibəti ilə təbrik etmək istədim. Evdəydi, ailəliklə mərasimə hazırlaşırdılar. Hiss etdim ki, zəngimdən çox sevindi. Bundan istifadə edib yazıçını 85 yaşdan 100-ə doğru aparacaq arzulardan danışdıq.
Uzun illərdi Əylisin iyisini ordan uzaqda alır. Dedi, burnunun ucu göynəyir Əylislidəki zoğal ağacının çiçəyi üçün...
- Lap mənə zülm oldu, 85-ə kimi gəlmişəm. Görün nə boyda yol gəldim, nələr yaşadım. Bütün bunlara baxmayaraq, 85 il yaşadım.
- Deyəsən yaşamaqdan da bezmisiniz?
- Yox, sözdü də dedim, istəyirəm zarafat edəm, alınmır. 85 yaş bir az qəlizdir. Adam hiss eləmir ki. Bir də baxırsan, 85 yaşın var. Yaşaya-yaşaya onun ab-havasına öyrəşir. Qəti əvvəlkindən fərq hiss etmirsən. Əgər fərq hiss etsəm, yaşaya bilmərəm. İnsan üçün çətin olar. Yaşdan-yaşa insan orqanizmi özünü harasa öyrəşdirir, əhliləşdirir. İnsan çox mürəkkəb məxluqdur.
- Müsahibələrinizin birində demisiniz ki, hara baxıram qəbir görürəm...
- Bəli, mən onu 80 yaşımda demişəm. Adam doğrudan da 80 yaşdan sonra irəliyə baxmağa qorxur. Çünki hara baxırsan qəbir görürsən. Çünki irəliyə baxmağa yerin yoxdur. Hara baxasan? Bu yaşdan sonra baxmağa bir şey, sayılacaq vaxt da qalmayıb. Arxada isə 85 il ömür yaşamışam. Balaca ömür deyil. İrəlidə istər-istəməz bir qəbir - öz məzarını görürsən. Bunu necə düşünməyə bilərəm?
- 85-i tamamladınız, həm də deyirsiniz, irəlidə bir məzar görürsünüz. Yəni, sizi yaşadacaq bir arzunuz qalmayıb?
- İnsan arzusu qurtaranda ömür də bitir. Əgər bu gün yaşayıramsa, deməli, arzularım var, həyata keçməyən arzulardan danışıram. Onları yaşamağa Allah mənə ömür versin.
- Bəlkə sizi 90-a aparacaq arzunuzu açıqlayasınız. Cəmiyyət, oxucu da bilsin ki, Əylisinin belə bir arzusu var...
- Qəribə arzum var. Əylisə getmək istəyirəm. Kəndimizdə olan ağacların çiçək açmasını izləmək, onların arasında yaşamaq istəyirəm. O çiçəkləri Əylisdə görmək istəyirəm. Birinci zoğal çiçək açır. Onun çəhrayı rəngdə çiçəyi var, baxmaqla doymaq olmur. Badam... daha hansıları deyim, arzular çoxdur. Məişət arzularım da var. Onları deyə bilmərəm. Bir də yeni bir əsər var, onu yazmaq istəyirəm. Əgər özümdə güc tapıb onu yaza bilsəm, özümü xoşbəxst hiss edərəm. Ondan sonra ölməyə də hazır olduğumu biləcəm.
- Yəqin yubiley münasibəti ilə sizi təbrik edənlər də olub.
- Əlbəttə, Yaponiyada bir xanım mənim yaradıcılığımdan distertasiya müdafiə edib, əsərlərimi tərcünmə edib. Həmin xanım məni təbrik edib. ABŞ-da "Adamlar və ağaclar” adında kitabım çıxacaq. Onun tərcüməçisi məni təbrik edib. Londondan və xarici ölkələrin böyük əksəriyyətindən təbriklər almışam. Azərbaycanda dostlarım var, sağ olsunlar, bu gün Əylislini unutmayıblar.
- Bəs illərinizi keçirdiyiniz, dar günlərində qapılarını açdığınız Xalq yazıçısı və şairlərindən heçmi təbrik almadınız? O boyda münasibət yubiley günü bir salama dəymədi?
- Heç biri. Nə zəng, nə təbrik etdilər. Onların Xalq yazıçısı və şairi adını almalarının baiskarı mənəm. Hələ onlar heç nə olanda mən onlar üçün Mərkəzi Komitəyə ağız açırdım. Çox şeylərdən keçib onları müdafiə etdim. Allah bilir və o mənə bəsdir.
- Belə başa düşürəm ki, yubileyi evdə qeyd edəcəksiniz.
- Hər saatın bir hökmü var, Biz onun hər dəqiqəsinin qədrini bilirik. Bir-birimizə çox bağlıyıq. Ona görə bu gün ailəlikə bir yerdə 85 illik yubileyi qeyd edəcəyik, gələcəyi bilmək olmaz.
Oxşar xəbərlər
- Qanlı gölün və Poxlu dərənin adı dəyişdiriləcək....
3 fevral 2023 18:51
- Məşhur "Poxlu dərə"nin və “Qanlı göl”ün adları dəyişdirilir
3 fevral 2023 18:16
- Rusiya Ukraynada 200 min əsgər itirib
3 fevral 2023 13:26
- Macarıstan XİN başçısı Azərbaycana gəldi
3 fevral 2023 11:16
- Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
3 fevral 2023 09:05
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
2 fevral 2023 23:16
- Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
2 fevral 2023 18:50
- Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına namizəd oldu
2 fevral 2023 16:16
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
2 fevral 2023 13:12
- İran cəsus şəbəkəsinin “qurbanlıq fanatları”
2 fevral 2023 11:12
Xəbər lenti
- Qanlı gölün və Poxlu dərənin adı dəyişdiriləcək....
03 fevral 18:51
- Məşhur "Poxlu dərə"nin və “Qanlı göl”ün adları dəyişdirilir
03 fevral 18:16
- Baş soxan gömrük rüsumundan azad edildi
03 fevral 16:28
- Azərbaycanda QAYİB-a görə Korrupsiya İdarəsi əməliyyat keçirdi...)))
03 fevral 16:21
- Gözəllik salonundan 12 kq narkotik çıxdı - Foto
03 fevral 13:43
- Rusiya Ukraynada 200 min əsgər itirib
03 fevral 13:26
- Azərbaycanda ilk: Bələdiyyə sədri icra başçısını məhkəməyə verdi
03 fevral 11:26
- Macarıstan XİN başçısı Azərbaycana gəldi
03 fevral 11:16
- Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
03 fevral 09:05
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
02 fevral 23:16
- Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
02 fevral 18:50
- Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi
02 fevral 18:09
- Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına namizəd oldu
02 fevral 16:16
- “Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
02 fevral 16:06
- Kamran Əliyev MÜQƏDDƏSİ işdən azad etdi
02 fevral 15:58
- Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını qaytardıŞOK
02 fevral 14:27
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
02 fevral 13:12
- İran cəsus şəbəkəsinin “qurbanlıq fanatları”
02 fevral 11:12
- Martda 14 gün iş olmayacaq
02 fevral 10:59
- Ərdoğan İlham Əliyevə “Togg” verəcək
02 fevral 10:41
- Bu gün Gənclər Günüdür
02 fevral 08:20
- Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
01 fevral 22:58
- Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
01 fevral 22:23
- “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur”
01 fevral 21:58
- Saakaşvilinin son görüntüləri yayıldı - Fotolar
01 fevral 21:41
- Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi
01 fevral 17:44
- Gültəkin Hacıbəyliyə bəraət verildi
01 fevral 16:53
- Polisdən qeydiyyatdan çıxarılma məsələsi parlamentdə qaldırıldı
01 fevral 15:22
- Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!
01 fevral 14:03
- Sumqayıtda 46 milyon borc qalmaqalı: Fərəcov pulları hara xərcləyib?
01 fevral 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya