Atabəylər dövləti quran hökmdar Şəmsəddin...

Hər xalqın öz tarixinə ehtiramı, sevgisi var. Bu məsələdə o tarixin nə qədər möhtəşəm olub-olmaması rol oynamır. Hamı qürur duymağa da səhifə tapır, dərs çıxarmağa da.
Son onilliklərdə az qala bütün dünyada xalqlar öz tarixlərini ekranlaşdırmaq işinə girişiblər. Bunun ən güclü səbəbi odur ki, artıq yeni nəsillər öz xalqlarının tarixini kitablardan yox, vizual mənbələrdən öyrənməyə meylləniblər. Tarixi hadisələrin xroniki ardıcıllıqla sadalanan səlnaməsi yox, olub-keçənlərin bədii inikası daha çox maraq doğurur.
Bu üzdəndir ki, monqollar (və təkcə onlar yox) Çingiz xanın, fransızlar Napoleonun, ruslar öz çarlarının, Anadolu türkləri Sultan Süleyman və digərlərinin, ingilslər öz krallarının, amerikalılar ABŞ-ın təsisçi atalarının həyatından bəhs edən saysız-hesabsız filmlər çəkiblər və çəkməkdə davam edirlər.
Azərbaycanın bu axına qoşulması təsadüf deyil, təbiidir və bu xalqın halal haqqıdır. Çünki ölkəmizin, yerləşdiyimiz coğrafiyanın zəngin tarixi var. Bura müstəqil dövlətlərin, asılı vassallıqların qurulduğu və süqut etdiyi məkan olub. İmperiyaların işğalçılıq yürüşlərinin tranzit yolları buradan keçib, böyük dövlətlərin toqquşma meydanı buralar olub. Makedoniyalı İsgəndərdən tutmuş Çingiz xanın varislərinə, Əmir Teymura, Rusiya imperiyasının qəsbkar generallarına qədər minlərlə sərkərdə bu torpaqlarda silah oynadıblar.
Bu, dincliyin, sabitliyin, əmin-amanlığın asan başa gəlmədiyi, daima təlatümlü olan coğrafiyada bir dövlət də olub. Tarix elmi bu dövləti “Azərbaycan Atabəyləri” kimi tanıyır. Başqa xalqlar öz tarixlərindən bəhs edərkən ayrıca götürülmüş bir zaman kəsiyini necə “möhtəşəm əsr”, “böyük epoxa” adlandırırlarsa, biz də ömrü 89 il çəkən Atabəylər dövlətini o cür adlandıra bilərik.
İndi kinematoqraflarımız bu dövlətin yaranışı, quruluşu, mübarizəsi, fəaliyyəti barədə film çəkirlər. Əlbəttə, müəlliflər bu vizual əsərdə olub-keçmiş tarixi hadisələrin hamısını bütün təfərrüatlarıyla, mühüm detallarıyla birlikdə canlandırmağa çalışsalar, buna on illərlə vaxt lazım olar. Bu isə mümkün deyil. Ona görə də bu dövlətdən bəhs edən bədii film heç də hər şey həyatda baş verdiyi kimi əks etdirməyəcək. Bu, sadəcə, həyati hadisələr əsasında ərsəyə gətirilmiş bədii filmdir və “tarix budur, məhz belə olub” iddiası irəli sürmür.
Düzdür, hələ ekranlara çıxmayan serialın fraqmanlarından aydın olur ki, filmin azərbaycançılığa xidmət ideoloji xətti də var, amma o hansı filmdir ki, onda hansısa ideya və ideoloji məram olmasın. Belə şeylər istənilən ekran əsərində var və olacaq. Əks təqdirdə onlara nədən o qədər vaxt, enerji, maliyyə vəsaiti sərf olunsun ki?
Bu baxımdan İran dövlətinin təbliğatçılarının filmin fraqmanında yer alan “bütöv Azərbaycan uğrunda irəli” sloqanından əndişələnmələri və bunu avantüra adlandırmaları absurddur. İranda (eləcə də başqa ölkələrdə) çəkilən tarixi filmlərdə də qonşu dövlətlərə toxunan detallar ola bilər. Bütün bunlar nəzərə alınsa, gərək dünyada tarixi film çəkilməsin. Tutaq ki, Türkiyədə 100 il əvvəlin hadisələrinə həsr olunmuş filmlər çəkiləndə İngiltərə, Fransa, İtaliya, Avstraliya, Yunanıstan kimi ölkələr etiraz etməliydilər ki, bizim ordumuz burada məğlub kimi göstərilir, siz bunu çəkməyin?
Bu qələbələr və məğlubiyyətlər uydurma deyil, hamısı tarixdə olub və onların əsasında sonradan yazılan bədii əsərlər və filmlər sadəcə o dönəmə müəyyən prizmadan işıq salmaq səciyyəsi daşıyır.
1175-ci il - Atabəylər dövlətinin ən geniş vaxtı
Yuxarıda dediyimiz kimi, tarixdə Atabəylər dövləti olub və bu dövlət 89 il (1136-1225) yaşayıb. Onu qıpçaq əsili kölə oğlan (satılan 40 quldan qırxıncısı) Şəmsəddin Eldəniz (bəzi mənbələrdə Eldəgəz) qurub. Dövlətin paytaxtı Naxçıvan olub. Həmin dövr həm də 3 dahi azərbaycanlının (şairlər Əfsələddin Xəqani, Nizami Gəncəvi və memar Əcəmi Naxçıvani) yaşaması ilə əlamətdardır.
Atabəylərin 1-ci hökmdarı Şəmsəddin Eldəniz öz hakimiyyətini bütün Azərbaycana yayıb. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra o, İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirib. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edib. Bütün bunlar tarixi məxəzlərdən bəllidir. Yüzlərlə alim arxivlərdə illərini keçirərək bu tarixi faktları gün işığına çıxarıblar və danılası, mübahisə ediləsi məqam qalmayıb.
Bütün bunlar bizim üçün ona görə əhəmiyyətlidir ki, sözügedən dövlətdən əvvəl və sonra qurulan başqa dövlətlərin tarixində bizimlə düşmənçilik aparan və Qafqazı “əzəli erməni torpaqları” adlandıraraq, burada dövlətlərinin olduğunu iddia edən qonşularımızn adına, izinə rast gəlinmir.
Tarixi fakt budur: yuxarıda adı çəkilən əyalətlər həmişə Azərbaycan türklərinə məxsus olub, bu məkanlarda onlar hökmdarlıq ediblər, digər azsaylı xalqlar isə həmin dövlətlərin təbəəsi olaraq yaşayıblar.
Naxçıvanda Mömünə Xatun türbəsi
Bütün bunlar cəmi 800-850 il öncə, insanların yazı-pozu bildikləri, səlnamələr, yazılı arxivlər yaratdıqları vaxtda olub, ona görə də bu xüsusda tarixi mənbələr zəngindir. Həmin vaxt tikilmiş tarixi abidlər (Yusif ibn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Göy Günbəd türbəsi, Atabəylər məscidi) olduğu kimi qalır və tarixə şahidlik edir.
İran dövlətinin təbliğatçılarını qıcıqlandıran məqam təkcə “bütöv Azərbaycan” söhbəti deyil. İranlıların “2 min illik dövlətçiik tariximiz var” deyə qürrələndikləri son 2022 illik dönəmdə İranın hazırkı milli-ideoloji xəttinin, fars xalqının dominantlığına dəlalət edən izlər azdır. Son minilliklərdə İranda hökmdarlıq edən tayfa və xalqların etnik mənşəyinə diqqət yetirdikdə hər səhifədə Azərbaycan türklərinə mənsub olan hökmdarlar və sərkərdələr görünür.
Buradan o məna çıxır ki, İran tarixi deyilən şey əslində həm də (özü də daha çox) Azərbaycan tarixidir. Sadəcə, son 200 ildə Azərbaycanın şimal hissəsi başqa dövlətin – Rusiya və onun sələf-xələfi olan SSRİ-nin tərkibində olduğundan biz ana tariximizdən aralı qalmış, ona sahiblənə bilməmişik.
Bu üzdən müstəqil Azərbaycan dövlətində yaşayan tarixçi və əiblərin Atabəyləri özününkü bilərək barələrində bədii ekran əsəri yaratmaq istəmələri təbiidir.
Əlincə qalası
Atabəylərin sonuncu hökmdarları olan Əbubəkr və Özbəyin dövründə dövlətin zəifləməsi, torpaqlarının çoxuni itirməsi, sülalənin hakimiyyətinin təkcə Azərbaycanla məhdudlaşması, xarici basqınlara lazımi reaksiya verilməməsi bizim bu tarixdən alacağımız dərslərdir. 1225-ci ildə hökmdar Özbəyin Əlincə qalasında ölməsi və bununla da Atabəylər dövlətinin süqutu ilə nətəcələnməsi kimi hadisələr bizə tarixdən dərs almağı diktə edən olaylardır. Bu gün Əlincə qalası da yerindədir və soydaşlarımızın ziyarət məkanlarından biridir.
Maraqlı detallardan biri də odur ki, Atabəylər dövləti Xarəzmşahlar dövləti ilə qonşu olub və iki dövlətin arasında ciddi ticarət, gediş-gəliş, qohumluq əlaqləri olub. Bu gün Özbəkistanın tərkibində olan Xarəzm vilayətində yaşayan əhalini yaxından öyrəndikdə məişətdə, mədəniyyətdə, adət-ənənələrdə, memarlıq abidələrində, hətta danışıq dilində nə qədər böyük bənzərlik olduğunu görürsən.
Tarixin gərdişi bir-birinə yaxın xalqların qonşularını da, tərədaşlarını da, dost və düşmənlərinin səfini də çox dəyişib.
Görünür, İran təbliğatçılarını narahat edən detallardan biri də Şəmsəddin Eldənizin əsas düşməni olan, Arslanşahın ali hakimiyyətini tanımaq istəməyən Fars hakimi Sunqur ibn Mədudla bağlı məqamdır. 1161-ci ildə vəfat edən Mədudun yerinə keçən oğlu Zəngi ibn Mədud isə 1162-ci ildə atabəy Eldənizdən vassal asılılığını qəbul edərək, onların adına pul kəsdirib.
Həmin tarixi dönəmə aid səlnamələrdə belə bir epizod da var, buna da gürcülər etiraz edə bilər. 1161-ci ildə gürcü qoşunları Eldənizlərin tabeçiliyində olan Dəbil şəhərinə hücum edib, 10 minə qədər adamı qılıncdan keçirib, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparıblar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılıb. Baş vermiş hadisədən xəbər tutan atabəy Eldəniz Xilat, Marağa, Ərzən ər-Rum hakimlərini və başqa əmirləri gürcülərə qarşı birləşdirib. 1163-cü ilin yanvarında atabəy Eldənizin qoşunları Gürcüstana daxil olublar. Eldənizin və III Georginin qoşunları arasında hərbi əməliyyat 1 ay davam edib. Eldəniz Dəbil şəhərini gürcülərin əlindən alıb və III Georgini ağır məğlubiyyətə uğradıb. Lakin bu məğlubiyyətə baxmayaraq, 1164-cü ilin aprelində gürcü qoşunları yenidən Dəbil şəhərinə həmlə edərək onu talayıblar. Eldəniz yenidən onları şəhərdən qovub.
İranda şah sülalələri qurmuş türk soylu hökmdarlar - şah Xətai, Nadir şah və şah Qacar
Bir sözlə, bu günümüz kimi, tariximiz də qanlı savaşlarla, faciələrlə, mövcudluq uğrunda mübarizələrlə doludur. Biz xalq olaraq bu günlərə elə də asan gəlib çıxmamışıq. Əlimizdə qılıncımız, qılınc oynatmağa qolumuzun gücü olmasa, çoxdan məhv olub getmişdik.
Tarixi əsərlər bu baxımdan çox əhəmiyyətlidir. Millət öz tarixini bildikcə, əcdadlarının savaşçı ruhunu hiss edir, “bir bölük boşboğazdan ibarət” olmadığını bilir, hegemon xalqlar tərəfindən sırınmış komplekslərdən azad olur, özünə qayıdır, gücünə inanır, haqqını alır.
Sadəcə, şanlı tarixə boylana-boylana qalmaq, keçmiş günlərin xiffətini çəkərək yaşamaq olmaz, tarixdən ibrət dərsi götürərək, sabahı düşünmək, həmişə güclü olmağa çalışmaq lazımdır.
Ona görə də, əziz oxucular, bu tarixi həqiqətləri bilmək istəyirsinizsə, ya Google-də “Atabəylər dövləti” yazıb axtarış verin, əldə etdiyiniz mənbələri oxuyun, ya da “Atabəylər” serialını izləyin, əlavə informasiyaya ehtiyac duysanız, yenə Google-yə göz atın.
Musavat.com
- Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü
20 yanvar 2023 10:03
- Akif Çovdarov Vasif Talıbov haqda hansı ŞOK məlumatı dövlətə ötürüb?
31 dekabr 2022 11:01
- Azərbaycanda “Qara cümə” hazırlığı
23 noyabr 2022 08:43
- Şairə göydələn mavzoley tikdirən hökmdar – Türküstanın incisi
28 oktyabr 2022 08:26
- Məni evə zəncirləyib, telefonumu götürüb gedirdi...
15 oktyabr 2022 10:39
- Teymur bəy Bayraməlibəyov - 160
19 avqust 2022 12:06
- “350 min casus olar?”- Bəhai icmasının təmsilçisi ilə müsahibə
12 avqust 2022 22:28
- Qaralovun himayə etdiyi şəbəkənin şok əməlləri - “Akkord”çular “Magna Trans” MMC-ni necə çökdürüblər?
3 avqust 2022 23:40
- Ziya Məmmədov Həccə getmədi - Açıqlama
8 iyun 2022 10:58
- “Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə..
24 aprel 2022 11:09
- Qanlı gölün və Poxlu dərənin adı dəyişdiriləcək....
03 fevral 18:51
- Məşhur "Poxlu dərə"nin və “Qanlı göl”ün adları dəyişdirilir
03 fevral 18:16
- Baş soxan gömrük rüsumundan azad edildi
03 fevral 16:28
- Azərbaycanda QAYİB-a görə Korrupsiya İdarəsi əməliyyat keçirdi...)))
03 fevral 16:21
- Gözəllik salonundan 12 kq narkotik çıxdı - Foto
03 fevral 13:43
- Rusiya Ukraynada 200 min əsgər itirib
03 fevral 13:26
- Azərbaycanda ilk: Bələdiyyə sədri icra başçısını məhkəməyə verdi
03 fevral 11:26
- Macarıstan XİN başçısı Azərbaycana gəldi
03 fevral 11:16
- Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
03 fevral 09:05
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
02 fevral 23:16
- Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
02 fevral 18:50
- Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi
02 fevral 18:09
- Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına namizəd oldu
02 fevral 16:16
- “Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
02 fevral 16:06
- Kamran Əliyev MÜQƏDDƏSİ işdən azad etdi
02 fevral 15:58
- Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını qaytardıŞOK
02 fevral 14:27
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
02 fevral 13:12
- İran cəsus şəbəkəsinin “qurbanlıq fanatları”
02 fevral 11:12
- Martda 14 gün iş olmayacaq
02 fevral 10:59
- Ərdoğan İlham Əliyevə “Togg” verəcək
02 fevral 10:41
- Bu gün Gənclər Günüdür
02 fevral 08:20
- Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
01 fevral 22:58
- Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
01 fevral 22:23
- “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur”
01 fevral 21:58
- Saakaşvilinin son görüntüləri yayıldı - Fotolar
01 fevral 21:41
- Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi
01 fevral 17:44
- Gültəkin Hacıbəyliyə bəraət verildi
01 fevral 16:53
- Polisdən qeydiyyatdan çıxarılma məsələsi parlamentdə qaldırıldı
01 fevral 15:22
- Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!
01 fevral 14:03
- Sumqayıtda 46 milyon borc qalmaqalı: Fərəcov pulları hara xərcləyib?
01 fevral 12:35