Bakıda qazini girov götürdülər - Film kimi hadisə

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 5 nəfərin oğurladığı və qarşılığında atasından 30 min manat alınan Mikayıl Mikayılovun Vətən Müharibəsi iştirakçısı olması üzə çıxıb.
Belə ki, M.Mikayılov bibisi oğlu ilə birgə müharibəyə qatılıb. Döyüşlərin gedişində bibisi oğlu şəhid olub, Mikayıl isə sonadək müharibədə iştirak edib. O, bibisi oğlunun məclisində iştirak etmək üçün cəbhədən yaşadığı Göyçay rayonunun Ləkiçılpaq kəndinə gələrkən özü ilə iki ədəd F-1 qumbarası və alışdırıcılar gətirib, onları yaşadığı evin həyətində basdırıb.
Daha sonra hərbi xidmətini tam başa çatdırıb doğma kəndinə qayıdan Mikayıl dostu İsmayıla onda 2 ədəd qumbara olduğunu və satmaq istədiyini deyib. İsmayıl isə Mikayılı qorxutmaq və onu girov götürərək ailəsindən pul almaq məqsədilə plan qurub. O, bu məqsədlə həmkəndlisi İslamdan kömək istəyib. İslam da məsələ barəsində dostlarına bildirib. Beləliklə 5 nəfərdən ibarət qrup yaradılıb.
Keçən ilin iyul ayında İsmayıl Mikayıla qumbaraları almaq üçün müştəri tapdıqlarını, 7500 dollara razılaşdıqlarını bildirib. İyulun 24-də axşam saatlarında Mikayıl atasına Bakıda yaşayan hərbçi dostunun bıçaqlandığını bildirərək paytaxta gedəcəyini bildirib və qumbaraları götürərək İsmayılla birgə yola düşüb. Onlar qrupun üzvü Kamil Qədimovun qardaşının qayınanasına məxsus olan və Zabrat qəsəbəsində yerləşən evə gəliblər. Burada İsmayıl və Mikayılı “alıcılar” qarşılayıblar. Mənzildə Mikayıl sellofan torbada gətirdiyi qumbaraları təqdim edərkən qrup üzvlərindən Elşən Məmmədrzayev saxta vəsiqə göstərərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Elşən Məmmədrzayev, Ruslan Əsgərov, Kamil Qədimov və İslam Bayramov Mikayılla İsmayılın qollarını bağlayaraq onları ayrı-ayrı otağa salıblar. Mikayıl dostu İsmayılın da tutulduğunu düşünüb. Lakin az sonra cinayətin əsas təşkilatçılarından olan İsmayılın qolunu açıblar. Onlar özlərini dövlət işçisi kimi təqdim edərək Mikayılın silah alveri etdiyini, ağır cinayət törətdiyini bildirərək həbs ediləcəyini deyiblər və döyərək fiziki işgəncələr veriblər. Bundan sonra Mikayıl həmin şəxslərə pul verə biləcəyini deyərək atası ilə əlaqə saxlayıb və Bakıda tutulduğunu, kömək etməsini xahiş edib. Dəstə üzvləri Mikayılın Göyçayda yaşayan atasından 30 min dollar tələb edib, tərəflər daha sonra 30 min manat qarşılığında Mikayılın sərbəst buraxılmasına razılaşıblar.
Bundan sonra qrup üzvləri Mikayılı onun azad edilməsində dostu İsmayıl və Bayramın müsbət rolunun olmasına inandırıblar və həmin şəxslərə əlavə 20 min dollar verməsini boynuna qoyublar. Lakin bir müddət sonra Mikayıl aldadıldığını başa düşüb və hadisənin elə İsmayılla Bayram tərəfindən təşkil edilməsini öyrənib, hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli hökmü ilə Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.
Qeyd edək ki, müharibədən qanunsuz silah gətirib satmağa çalışan Mikayıl Mikayılov barəsində də əlavə araşdırmalar həyata keçirilib, cinayət işi açılıb.
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
6 aprel 2025 23:01
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
6 aprel 2025 21:12
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
5 aprel 2025 14:47
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
5 aprel 2025 12:31
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Estoniya XİN-dən Macarıstanla bağlı qalmaqallı AÇIQLAMA
05 aprel 23:37
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
04 aprel 21:25
- 10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
04 aprel 21:06
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
04 aprel 19:29
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
04 aprel 19:04