- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
- Elektron siqaret qadağan edildi
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
“Tehran-43” sazişi - 79 il öncə bu gün...
Düz 43 il əvvəl bu günlərdə, daha dəqiqi, noyabrın 4-dən başlayaraq, minlərlə iranlı tələbə 444 gün ərzində ABŞ-ın Tehrandakı səfirliyini işğalda, əməkdaşlarını girovda saxlayıb.
Terrorçu tələbələrin əlində səfirliyin 52 əməkdaşı olub. Bu aksiyanı İranda islam inqilabına rəhbərlik edən Ruhulla Xomeyni "ikinci inqilab" kimi səciyyələndirib. Bu da o deməkdir ki, səfirliyin tutulması əmri birbaşa dövlət rəhbərliyi tərəfindən verilib. Sonradan o tələbələrdən biri hətta İranın prezidenti olub – Mahmud Əjmədinejad.
Bu hadisəyə görə Tehranla Vaşinqton arasındakı diplomatik əlaqələr kəsilib, müharibə vəziyyəti yaranıb, ancaq indi olduğu kimi, o zamanlar da həm hərbi, həm də kəşfiyyat baxımından dünyanın ən qüdrətli dövləti olan ABŞ islam respublikasına qarşı hərbi əməliyyata start verməyib.
Hazırda eyni situasiyanı təsəvvür etmək çətindir. İran eyni hərəkəti indi etsə, hansısa bir ölkədə və ya neytral sularda ABŞ vətəndaşlarını girov götürsə, bu, müharibəyə səbəb olarmı? Birmənalı şəkildə demək olar ki, bəli, bu ABŞ-a İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün tutarlı səbəb olar.
Bəs nədən 43 il əvvəl 52 vətəndaşı girov götürülən və ərazisi sayılan səfirlik binası işğal olunan ABŞ dişsiz davranıb, inqilab səbəbindən daxili sabitliyi pozulmuş, şahsevənlərlə klerikal qüvvələrin ciddi qarşıdurma halında olduğu İrana qarşı hərbi əməliyyatlara başlamayıb?
Nəzərə alaq ki, o vaxtlar İranın hərbi qüdrəti indikindən zəif durumdaydı və ABŞ kəşfiyyatı bu ölkənin hərbi gücü barədə müfəssəl bilgiyə sahib idi, üstəlik, iranın nüvə dövləti olmaması faktoru onun güclü müqavimət göstərməsini istisna edirdi.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Şəxsiyyət və Zaman” adlanan kitabında bu hadisənin pərdəarxasına işıq salan detallar var.
Heç demə, həmin o gərgin, təlatümlü, qan və barıt qoxuyan günlərdə sovet dövləti Azərbaycandakı 4-cü ordusunu tam döyüş hazırlığı vəziyyətinə gətirib, Lənkəran-Astara və Culfa rayonları istiqamətində 22 diviziya yerləşdirərək İrana hərbi müdaxilə etmək niyyətində olub. SSRİ-dən belə bir xahiş edən olmayıb, əksinə, İran inqilabının lideri Ruhulla Xomeyni SSRİ-ni də ABŞ-a qoşaraq “ikinci böyük şeytan” elan etmək fikrindəymiş. Ancaq o, ABŞ-la ölkəsinin müharibə vəziyyətində olduğunu nəzərə alaraq Moskvaya barmaq tuşlayıb. Əvəzində İran şahının devrilməsini alqışlayan, islam inqilabına dəstək verən və sığındıqları ölkədən İrana qayıdan kommunistlərin, əsasən də “Tudə” partiyasının fəallarının həbsinə, SSRİ-nin 5-ci kolonunun neytrallaşdırılmasına başlanıb. Beləliklə, Moskvanın bulanıq suda balıq tutmaq niyyəti çətinə düşüb.
ABŞ isə İrana hərbi müdaxilənin nüvə dövləti olan SSRİ ilə hərbi münaqişəyə səbəb olacağını düşünərək, daha dəqiqi, bunu bilərək bu avantüradan çəkinib. ABŞ-da prezident seçkilərinin qızğın vaxtı olduğundan, həm də yenidən prezident seçiləcəyi şübhə altına düşdüyündən Ceyms Karter İranla müharibəyə başlamaq istəməyib. Böyük Britaniya və Kanada kimi ənənəvi müttəfiqləri də ABŞ-a dəstək verməyiblər.
1980-ci ildə sovet dövlətinin İranın tərəfində olduğu SİTA-nın (TASS - sovet dövlətinin baş xəbər agentliyi) yaydığı xəbərlərin tonundan da anlaşılır. Həmin ilin aprelində SİTA xəbər verir: “Karterin administrasiyası İran İslam Respublkasına qarşı təxribat həyata keçirmişdir. Ağ Ev nümayəndəsinin bu gün gecə təcili çağırılmış mətbuat konfransında elan etdiyinə görə, İran ərazisində, ayrıca bir yerdə, səhra şəraitində yaradılmış gizli aerodromdan Amerikanın Tehrandakı səfirliyinin bu ölkəyə qarşı casusluq fəaliyyətində günahlandırılan əməkdaşlarını azad etmək üçün desant əməliyyatı planlaşdırılırdı”.
Daha sonra xəbər verilir ki, əməliyyat “texniki nasazlıq” üzündən baş tutmayıb, yerdə iki ABŞ təyyarəsi toqquşub, 8 nəfər həlak olub.
Göründüyü kimi, sovet dövləti səfirlik əməkdaşlarını girov götürən terrorçuları dəstəkləyib, onların azad edilməsi cəhdini isə təxribat adlandırıb. Halbuki bir ölkənin casusluqda ittiham edilən dilomatlarını normal ölkələrin heç birində girov götürmürlər, sadəcə, “persona non qrata” elan edir, ölkədən çıxarırlar.
Sözügedən kitabda bu məsələ haqqında o zamanlar SSRİ DTK-sının birinci müavini olmuş Filip Bobkovun da mülahizəsi yer alıb. Bobkov deyib: “İrandakı səfirliyin əməkdaşlarına yardım göstərmək üçün amerikanlar desant çıxarmağa hazırlaşırdı. Bilirsiniz ki, 1979-cu ildə orada səfirlik ətrafında iri münaqişə yaranmışdı. Belə olduqda, ABŞ Tehrana qoşun yeritməklə iranlıları cəzalandırmaq qərarına gəldi. Qoşun yeridilməsi yaxın günlərdə baş tuta bilərdi və bu, həlledici hal idi. Çünki amerikalılar İrana qoşun çıxarsaydı, müqaviləyə əsasən biz də qoşun çıxarmalı idik. Bir-birinə qarşı İranda iki qüvvə hərəkət edir. Təsəvvür edirsinizmi, bu nəyə gətirib çıxara bilərdi?”
Beləliklə, aydın olur ki, 42-43 il əvvəl İranı ABŞ-ın qəzəbli revanşından SSRİ amili, daha dəqiqi, 1943-cü ildə müttəfiq dövlətlərin (ABŞ, SSRİ və Böyük Britaniya) Tehranda imzaladıqları müqavilə xilas edib. Həmin konfransda Almaniya və Yaponiyanın taleyi ilə yanaşı, xarici qoşunların bu ölkədən çəkilməsi və İrana müstəqillik verilməsi (!!!) məsələsi də müzakirə olunub. Ona görə də ABŞ həmin sazişin pozulacağı halında SSRİ-nin İrana soxulacağından, onunla qarşı-qarşı gələcəyindən qorxub.
İndi nə SSRİ var, nə də onun varisi Rusiya İrana görə ABŞ-la kəllə-kəlləyə gəlmək gücündə və həvəsindədir. Üstəlik, bu dövlət ərəb dünyası və Avropa ölkələri ilə ciddi münaqişə içindədir, Türkiyə ilə münasibəti çox da isti sayılmaz, İsraillə barışmaz düşməndir. Başqa sözlə, İran hazırda təklənmiş vəziyyətdə və onunla 43 illik intriqası, hətta daha dəqiq desək, düşmənçiliyi olan ABŞ-la qarşı-qarşıyadır. Belə bir vəziyyətdə İran dilini bir az şirin etməli, Azərbaycan, İraq, Pakistan, Türkiyə, Əfqanıstan kimi qonşularıyla “sıfır problem” siyasəti yeritməlidir ki, sabah-birigün xarici aqressiya ilə üzləşəndə qonşuları ən azı ona humanitar yardım göstərsinlər.
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Azercell -Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası- mükafatına layiq görülüb
2 noyabr 2024 14:40
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- İran BOMBALANDI! Tehran və digər şəhərlər, stansiyalar, aeroport, qərargah VURULDU - VİDEO
26 oktyabr 2024 10:57
- İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi
24 oktyabr 2024 16:31
- Bayden Paşinyana tarix verdi - Azərbaycanla sülh sazişini başa çatdırın
23 oktyabr 2024 01:08
- Ermənistan Konstitusiyasında nələr yazılıb? - Türkiyədən bu ərazilər, Naxçıvan və Gədəbəydən isə...
22 oktyabr 2024 01:30
- Bayden İlham Əliyevə məktub göndərdi
21 oktyabr 2024 14:20
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
- Prezident İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi
22 noyabr 12:46
- Prezident iki qurumu ləğv etdi - SƏRƏNCAM
21 noyabr 19:08
- Siyasi dialoq: iqtidar müxalifət münasibətləri... VİDEO
21 noyabr 17:29
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 16:22
- Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar...
21 noyabr 15:24
- Erməni deputat dilə gəldi: Qarabağ Azərbaycan torpağıdır
21 noyabr 14:57
- Deputat: Niyə müharibə əlillərinə mənfi cavab verilir?
21 noyabr 13:55